* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İnəyin, camışın, ceyranın, maralın hələ kələ və ya təkəyə gəlməmiş, doğmamış balası. Maral düyəsi. İnək düyəsi. – Yelini dolmuş inəklər balasına çatmaq üçün mələyir, yazabuğalar, düyələr birbirini buynuzlayıb qovurdular. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / düyə1 Buzov və danadan sonrakı yaş dövründəki (2 yaşda) olan dişi, lakin hələ doğmamış (buğaya gəlməmiş) inək və ya camışdır. Güman ki, dəvə (bunun bir neçə növü var: boz dəvə, bukur dəvə, çatıl dəvə) sözünün təhrif olunmuş formasıdır və mənaca dəyişib. Başqa yozum da ola bilər: düyə doğmaq sözü ilə bağlıdır, “buğaya gəlmə ərəfəsi” deməkdir. Dialektlərdə işlənən day (daylaq, dayça), bəzi türk dillərində özünü göstərən doqan (2 yaşlı dişi day) sözləri də buna müəyyən əsas verir. Buğa sözü də buğra sözünün həm forma, həm də mənaca dəyişmiş şəklidir. Buğra –“erkək dəvə” demək olub, buğa isə döllük kələyə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / düyə2 сущ. 1. нетель (молодая, ещё не телившаяся корова); тёлка. Düyə bəsləmək вскармливать тёлку 2. диал. трехгодовалая корова или буйволица; düyə dərisi яловка (шкура телки)
Azərbaycanca-rusca lüğət / düyə1 сущ. дуьгве (калин, гамишдин, маралдин ва мс. эркекдал тефенвай, хун тавунвай диши бала); camış duyəsi гамишдин дуьгве; // дуьгведин (мес. як).
Azərbaycanca-ləzgicə lüğəti / düyə