* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Eyni cinsdən olan şeylərin hər biri, ədəd (cansız şeyləri sayarkən işlədilir). Beş dənə kitab. İki dənə alma. – Hacı Məcid əfəndinin Diyallı kəndindəki atadanqalma evi məhz iki-üç dənə balaca örtülüdən ibarətdir. C.Məmmədquluzadə. Telli özünə toxuduğu yun corabı aldı. Onun üstünə bir on dənə yumurta qoyub Molla Xəlilin yanına getdi. S.Hüseyn. □ Bir(cə) dənə – tək, yalnız, vahid. Balamsan, bir dənəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm, sənə qurban; Sən ölmə, bir dənəsən. (Layla). Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən; Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən. Ə.Vahid. 2. Dənli bitkilərin məhsulunun hər bir dəni. Düyü dənəsi. – Bir taxıl dənəsi itməsin deyə; Gündüzə qarışır gecələrimiz. B.Vahabzadə. 3. Səpələnən, yaxud ovulan şeylərin ən kiçik hissəcikləri. Qum dənələri. – Qəhvənin dənələrinə qeyri dənələr qarışdırıb satırlar, onu tanımaqdan ötrü qovurub qaynar suya atanda o dənələr partlayıb dağılır. H.Zərdabi. 4. Çəyirdək, toxum, tum. Arvad bir də baxır ki, molla iydələrin dənəsini də yeyir. “M.N.lətif.”
Azərbaycan dilinin izahlı lüğəti / dənə3 1. DƏNƏ Restoran tərəfə gedib gördüm qapının ağzında iki dənə samovar qoyublar, rəngləri qapqara (Ə.Haqverdiyev); ƏDƏD Həzrət çox fikrindən sonra yüz ədəd çubuğu topa bağlayıb bir dəfə arvadın belinə vurdu (Ə.Haqverdiyev); NÜSXƏ [Səfərəli:] Alyoşa, bu kağızlardan neçə nüsxə çap ediləcək? (H.Nəzərli). 2. dənə bax toxum 1; 3. çəyirdək; 4. tum 1
Azərbaycan dilinin sinonimlər lüğəti / dənə1 DƏNƏ I is. bot. Toxum, tum. Gülün dənələrini yığıb saxlamaq lazımdır. DƏNƏ II num. söz Ədəd. Bu il bir dənə də armud yox idi (Ə.Əylisli).
Azərbaycan dilinin omonimlər lüğəti / dənə2 сущ. 1. зерно (плод и семя злаков). Buğda dənələri пшеничные зёрна, arpa dənələri ячменные зёрна, düyü dənələri рисовые зёрна, xaşxaş dənəsi маковое зёрнышко, dənənin böyüklüyü величина зерна, dənələrin xırdalanması измельчение зёрен, xırda dənələr мелкие зёрнышки, iri dənələr крупные зёрна 2. крупинка (мельчайшая частица чего-л.). Duz dənəsi крупинка соли, dolu dənəsi крупинка града (градина) 3. гранула (мелкий плотный комок какого-л. вещества в виде зерна); биол. Bazofil dənələr базофильные гранулы, hüceyrə dənələri клеточные гранулы, neytrofil dənələr нейтрофильные гранулы 4. штука (в сочет. с колич. числит.). Bir dənə одна штука, iki dənə две штуки, beş dənə пять штук, neçə dənə? сколько штук?, bir neçə dənə несколько штук, bir dənəsi nəyin: 1. один (одна, одно) из … 2. одна штука чего; iki dənəsi nəyin: 1. два (две) из … 2. две штуки чего; (bir) dənəsi neçəyədir? сколько стоит (одна) штука?, dənəsi yüz manatdan по сто манатов за штуку, dənəsi yüz manata сто манатов за штуку, inci dənəsi жемчужина, qum dənəsi песчинка, qar dənəsi снежинка, muncuq dənəsi бусина, kürü dənəsi икринка, barıt dənəsi порошинка, çay dənəsi чаинка, noxud dənəsi горошина; bir dənədir один-единственный (только один, всего один), dünyada bir dənədir (он) единственный в мире
Azərbaycanca-rusca lüğət / dənə1 [fars.] сущ. 1. са жуьредикай тир затӀарикай гьар сад (ччан алачир затӀарин гьакъинда); üç dənə kitab пуд улуб; beş dənə yumurta вад кака; // bir(cə) dənə сад, тек сад, тек, авайни-авачир сад; 2. (са) ттвар; buğda dənəsi къуьлуьн ттвар; // чкӀидай затӀарин лап куьлуь пай; qum dənələri къумадин ттварар; 3. цил, тум (мес. игидадин, цпицӀдин ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / dənəI (Lənkəran) günəbaxan tumu. – Qo:rulmuş dənə çıtdıyısa:n? II (Salyan) da, də. – Gedəy dənə, kimi gözziyirsən III (Salyan) tilov. – Kiçig qarmağa dənə di:llər
Azərbaycan dilinin dialektoloji lüğəti.