* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 dan. bax yenə. Bilmənəm ki, sənə nə demiş əğyar; Xəyalındır məndən genə gen kimi. M.P.Vaqif. Ələsgər eşqə düşüb; Sevdi cəfakarı genə. Aşıq Ələsgər. Əziziyəm, genə sən; Səfa gəldin genə sən; Fikrim, zikrim, xəyalım; Sənsən, sənsən, genə sən. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / genə2 Yenə. (“Koroğlu” dastanının lüğəti) Ay həzərat, ay camaat, Ürək zərd oldu, zərd oldu!.. Genə namərdin sözləri Cana dərd oldu, dərd oldu! (“Koroğlunun qocalığı”) * ... Hasan paşa nədi, lap xotkar özü də bütün dünyanı yığıb Çənlibelə töksə, genə də bir adam bu yerlərdən keçə bilməz. (“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası / genə