* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf 1. Gəzərək, yeriyə-yeriyə, hərəkət edə-edə. Gəzə-gəzə danışmaq. – Rüstəm bəy otaqda gəzə-gəzə öz-özünə danışarkən qapı taqqıldadı. Çəmənzəminli. İndi professor xiyabanda tək-tənha gəzəgəzə bunları da xəyalında dolandırırdı. B.Bayramov. 2. Bir çox yerləri dolaşaraq, gəzərək. Gəzə-gəzə kəndə çatdı. – [Qarı:] Gəzə-gəzə sən də gəldin buraya; Eşitdiyin şəhri-Tiflis buradır. “Aşıq Qərib”. 3. Yavaş-yavaş, ağır-ağır, tələsmədən yeriyə-yeriyə. Gəzə-gəzə getmək. – Dəmirovgil gəzə-gəzə xırmanların üstünə tərəf gəlirdilər. S.Rəhimov. [Qələndər:] Qatar gecə yarısı gəlir. Dedim, elə piyada gəzəgəzə gedərəm… Q.İlkin.
Azərbaycan dilinin izahlı lüğəti / gəzə-gəzə