* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Kiçik xəncər. Əlini ətəyinin altındakı qəmənin dəstəsinə aparıb səsləndi: – Uşaqlar! Hazır olun! M.S.Ordubadi. Hər kəs dəyənək, tüfəng, qəmə, it götürüb getdi. A.Şaiq. Almurad baba … dəri qından bir qəmə çıxardıb satıla çəkdi. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / qəmə2 Kiçik xəncər. (“Koroğlu” dastanının lüğəti) Misri qılınc, ləzgi qəmə, Mən səni tər saxlamışam, Dolaşma cübbə-covşənə, Düşmana var saxlamışam. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası / qəməI (Quba) qurudulmuş zoğal. – Qəməni bizdə boş yiməzlər II (Cəlilabad, Yardımlı, Gədəbəy, Qazax, Salyan) balaca xəncər. – Qəmə birdən əlimnən yerə düşdü (Gədəbəy); – Çoban qəməsin çıxartdı (Salyan); – Qəmeynən qoyun kəseylər (Cəlilabad)
Azərbaycan dilinin dialektoloji lüğəti.