qamət sözü azərbaycan dilində

qamət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qamət • 50.4274%
  • Qamət • 47.8632%
  • QAMƏT • 1.7094%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qamət (Urmiya)
Qamət (fars. قامت‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (20 ailə).
Qamət Qurbanov
Qamət Şəmşir oğlu Qurbanov (25 iyul 2001; Keşdiməz, Ağsu rayonu — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsu rayonunun Keşdiməz kəndində anadan olub. 2008–2019-cu illərdə Keşdiməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qamət Qurbanov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qamət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Qamət Qurbanov sentyabrın 29-da Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağsu rayonunun Keşdiməz kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qamətli kamfilium
Elmi adı - Camphylium protensum (Brid.) Kindb. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Kritik təhlükə həddində olanlar" - CR B2b(ii, iii) c(ii). Azərbaycanın nadir mamır növüdür. == Qısa morfoloji təsviri == Yarpaq – gövdəli mamırdır. Gövdəsi düz, hörülmüş, sarımtıl-yaşıl rənglidir. Nazik gövdəli olub, asimmetrik budaqlı, 0,8 mm hündürlüyündə olan mamır növüdür. Yarpaqcıqları ürəkvari, şiş ucludur. Yarpaqcığın hüceyrəvi quruluşu kvadrat şəkilli, spor qutucuğu şabalıdı-sarı rəngli olub, 2 mm-dir. Qutucuğun qapaqcığı konusvari, iti ucludur. Sporlar yaz-yay aylarında yetişir və ölçüsü 10–14 mm-ə çatır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.66 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •• 0.34
2005 •••• 0.67
2006 •• 0.23
2008 •• 0.24
2009 ••••• 0.80
2010 ••••• 0.82
2011 ••••• 0.86
2012 0.17
2013 •••• 0.73
2014 •••••••••••••••••••• 3.95
2016 •••• 0.69
2017 •••• 0.65
2018 ••• 0.45
2019 0.14
2020 ••• 0.53

qamət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Boy, boy-buxun, qədd. Der idim qamətinə sərv, vəli özgə imiş. Füzuli. Qamətin tək heç bir qamət biçilməz. M.P.Vaqif. Sərvi xar etdi, əcəb, bu qamətirənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş. X.Natəvan. 2. Bel. Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir! Buna şahid qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. □ Qaməti bükülmək (əyilmək) – beli əyilmək (bəzən qocalmaq mənasında). Dərd yükünün ağırlığı altında əyilməyə başlayan qamətini, ayaqları ağır-ağır qapıya sarı çəkdi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / qamət

qamət sözünün etimologiyası

qamət sözünün sinonimləri (yaxın mənalı sözlər)

qamət sözünün rus dilinə tərcüməsi

  • 1 рост, телосложение, осанка

    Azərbaycanca-rusca lüğət / qamət
  • 2 сущ. 1. стан, телосложение, осанка, фигура. Qamətini saxlamaq сохранить фигуру 2. спина. Qaməti büküldü спина у него согнулась ◊ qaməti bükülmək (əyilmək) согнуться (от старости, невзгод и т.п.)

    Azərbaycanca-rusca lüğət / qamət

qamət sözünün inglis dilinə tərcüməsi

qamət sözünün fransız dilinə tərcüməsi

qamət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. къамат, буй, буй-бухун, беден, бедендин кӀалуб; 2. юкь; qaməti bükülmək (əyilmək) юкь какун, юкь алгъун (гагь-гагь кьуьзуь хьун манада).

    Azərbaycanca-ləzgicə lüğəti / qamət

qamət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. boy, boy-buxun.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

boy, boy-buxun, qədd.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"qamət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qamət nədir? #qamət sözünün mənası #qamət nə deməkdir? #qamət sözünün izahı #qamət sözünün yazılışı #qamət necə yazılır? #qamət sözünün düzgün yazılışı #qamət leksik mənası #qamət sözünün sinonimi #qamət sözünün yaxın mənalı sözlər #qamət sözünün əks mənası #qamət sözünün etimologiyası #qamət sözünün orfoqrafiyası #qamət rusca #qamət inglisça #qamət fransızca #qamət sözünün istifadəsi #sözlük