* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Bir ölkəni, xalqı, camaatı soyma, var-yoxunu zorla əlindən alma; çapqın, çapovul, talan. Avarın qaniçən xanı Bayan, bulqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. A.Bakıxanov. Dəhşətli qarət davam edirdi. M.S.Ordubadi. □ Qarət etmək – 1) zorla və ya başqa bir vasitə ilə birinin var-yoxunu əlindən almaq; talamaq, çapmaq, soymaq. Onlar başıpozuqdurlar. Ola bilər ki, sənin kimi dinc adamları da qarət etsinlər. M.S.Ordubadi. Qaçaqlar tökülüb yolçuları qarət etdilər. Mir Cəlal; 2) məc. şairanə təşbehlərdə. Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. X.Natəvan. Nə könül qoydu, nə can məndə, nə səbrü nə qərar; Etdi qarət məni, ol şahidi-yəğma kim idi? S.Ə.Şirvani. Mən aşıq qara tellər; Ağ üzdə qara tellər; Bir namərd bir namərdin; Ömrünü qarət eylər. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / qarət2 ə. çapqın, çapovul, talan, yağma(lama).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qarət1 Ərəbcədir, “çapovul” (talan) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qarət1 1. грабеж, ограбление, разграбление, опустошение; 2. награбленное; 3. военная добыча, трофей;
Azərbaycanca-rusca lüğət / qarət2 сущ. ограбление, грабёж, разграбление. Silahlı qarət вооруженный грабеж; qarət etmək, eləmək грабить, ограбить, похищать, похитить, опустошать, опустошить; qarət olunmaq быть ограбленным, разграбленным
Azərbaycanca-rusca lüğət / qarət1 i. robbery, pillage; (xüs. düşmıni məhv etdikdən sonra əsgərlər tərəfindən) loot? (qatarda və s.) plunder, plundering; ~lə məşğul olmaq to rob (d.), to plunder (d.); to loot (d.); ~ etmək to plunder, (d.), to rob (d.); to loot (d.); ~ olunmaq to be* robbed / plundered; to be* looted
Azərbaycanca-ingiliscə lüğət / qarət1 is. pillage m, brigandage m, cambriolage m, ~ etmək piller vt, dépouiller vt, saccager vt, cambrioler vt ; ~ olunmaq être pillé, -e (saccagé, -e, dépouillé, -e)
Azərbaycanca-fransızca lüğət / qarət1 [ər.] сущ. гужуналди къакъудун, алажун (са уьлкве, халкь, жемят); чапхун, тараш; qarət etmək гужуналди къакъудун, чапхунун, тарашун, алажун.
Azərbaycanca-ləzgicə lüğəti / qarət