* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. Mütəşəkkil, düzəlmiş, tərtib olunmuş. Beş adamdan ibarət heyət. Mütəxəssislərdən ibarət komissiya. Dörd nəfərdən ibarət ailə. Tələbələrdən ibarət komanda. – Nəhayət, Toğrul iraqlılardan ibarət bir dəstə qoşun təşkil etmək və Hüsaməddinin əlində olan qoşunu tərk-silah etdirmək qərarına gəldi. M.S.Ordubadi. 2. İbarətdir şəklində – eyniyyət bildirir. “Veçer” ibarətdir bir məclisdən ki, axşam vaxtı oraya adamlar cəm olub söhbətə, qiraətə, musiqiyə və yeyib-içməyə məşğul olurlar. C.Məmmədquluzadə. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng bir dərədən ibarətdir. Ə.Sadıq. // Mütəşəkkildir. “Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. Ə.Haqverdiyev. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdir. A.Şaiq. □ İbarət olmaq – 1) …mütəşəkkil olmaq, …düzəlmiş olmaq; 2) ehtiva etmək, …məzmununu təşkil etmək. [Zeynal] Mehribanı Bakıya gətirdikdən sonra birinci yapdığı iş, onun çadrasını başından atmaq, onu tanış-bilişləri ilə tanış etməkdən ibarət olmuşdu. S.Hüseyn. 3. klas. bax ibarə 2-ci mənada. Şeyxə verdi xəbər qiraət ilə; Mədd ilə, çox uzun ibarət ilə. S.Ə.Şirvani. Rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədirdilər ki, xoruz səsi eşitməmiş olsunlar. C.Məmmədquluzadə. “Millət ötrü, ağlayan axırda olur kor”; Məzmunlu məsəldir bu ibarət, uçitellər! M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / ibarət3 ə. 1) mütəşəkkil, mürəkkəb // düzəldilmiş; 2) ifadə, cümlə; 3) bir neçə söz və ya cümlədən ibarət tərkib; söz, kəlmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ibarət2 прил. состоящий из кого, чего. Dörd nəfərdən ibarət komissiya комиссия, состоящая из четырех человек, beş nəfərdən ibarət ailə семья, состоящая из пяти человек, otuz nəfərdən ibarət dəstə отряд в составе тридцати человек, on beş vaqondan ibarət qatar поезд, состоящий из пятнадцати вагонов; ibarət olmaq состоять, быть составленным из кого-л., чего-л., иметь в своем составе кого-л., что-л.; kimdən, nədən ibarətdir состоит и з кого, чего
Azərbaycanca-rusca lüğət / ibarət1 s. consisting (of); beş nəfərdən ~ komissiya committee consisting of five men (people); ~ olmaq to consist (of)
Azərbaycanca-ingiliscə lüğət / ibarət1 [ər.] 1. ибарат, ибарат тир; səkkiz nəfərdən ibarət ailə муьжуьд касдикай ибарат (муьжуьд кьил) хзан; ibarətdir ибарат я; тешкил хьанва; ibarət olmaq ибарат яз хьун; ...тешкил хьанваз хьун, ...туькӀвенваз хьун; 2. клас. кил. ibarə 2).
Azərbaycanca-ləzgicə lüğəti / ibarət