ibadət sözü azərbaycan dilində

ibadət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ibadət • 91.3377%
  • İbadət • 8.4351%
  • İBADƏT • 0.2272%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İbadət
İbadət Nəcəfov
İbadət (islam)
İbadət (ərəb. عبادة‎) — hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Ümumiyyətlə, Allaha ibadət Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Qurani-Kərimdə buyurulur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" Buradan, aydınlaşır ki, məsələn, Allaha şərik qoşmamaq, ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya və bir çox bu kimi insanlara yaxşılıq etmək ibadətdir. Allaha ibadət təkcə bunlarla bitmir. İslam peyğəmbərinin (s): "Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.", Əli ibn əbu Talibin : "Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.", Cəfər Sadiqin : "Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir." hədislərindən eləcə də bir çox başqa hədislərdən anlaşılır ki, Allahın əmrlərini yerinə yetirmək və onun qadağan etdiklərindən şəkinmək ibadətdir. İbadət xüsusunda rəvayət olan başqa bir hədisdə qeyd olunur ki, Hüseyn ibn Əli Buyurur: "Camaat!
Məscid və məscid həyəti ibadət yeri
1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Zaviyə (ibadətgah)
Zaviyə (ərəb. زَاوِيَةٌ‎) — hücrə, sufilərin ibadətgah yeri, İslam dini məktəbi. Əvvəlcə zəviyə məsciddə və ya oradakı otaq adlanırdı, burada müsəlmanlara ərəb dili ilə yanaşı Quran oxumaqda öyrədilirdi. 12-ci əsrdən, təsəvvüf qardaşlıqları (tarikatlar) yarandıqdan sonra, zaviyə onun tələbələrinin (müridlərin) təhsil aldıqları ruhani müəllimin (şeyx, mürşidin) iqamətgahı adlandırılmağa başladı. Orta əsrlərin sonlarında Şimali Afrikada zaviyələr istənilən tariqənin “təşkilati strukturun əsas vahidinə çevrilir”. Onlar “kiçik məscid, şeyx və müridlər üçün yaşayış yeri, həmçinin səyyahlar (dərvişlər) üçün sığınacaq da daxil olmaqla mürəkkəb bir quruluşdur”. Али-заде А. А. Завия // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0) Гогиберидзе Г. М. Исламский толковый словарь.
Gaur dərəsində ibadətgah
Gaur dərəsində ibadətgah — Azərbaycanın Qubadlı rayonunda tarixi-dini abidə. İbadətgah rayonun Gaur dərəsi adlanan ərazisindəki mağarada yerləşir. I və ya IV əsrə aiddir. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına 1456 qeydiyyat nömrəsi ilə əlavə edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.79 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •••••• 5.91
2004 •••••••••••• 12.80
2005 •••• 3.37
2006 ••••••• 6.98
2007 ••••••• 6.98
2008 •••• 4.14
2009 •••••••••••••••••••• 22.24
2010 ••••••••••••••• 15.89
2011 ••••••••••••• 14.16
2012 ••••••••••• 11.62
2013 •••••••••••••••••••• 22.03
2014 •••••••••••••••• 17.16
2015 ••••••••••••• 14.12
2016 ••••••••••• 11.28
2017 ••••••••• 9.10
2018 ••••••••••• 11.39
2019 •••••••••••• 12.38
2020 ••••••••• 9.42

ibadət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin. [Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım … ibadətdədir. M.F.Axundzadə. Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazlardan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra, axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin. C.Məmmədquluzadə. □ İbadət etmək – dini ayinlərlə məşğul olmaq, dua oxumaq, namaz qılmaq. Adamlar məbudun qarşısında bardaş quraraq dizi üstə oturub ibadət edir, dodaqaltı dua oxuyurlar. M.İbrahimov. 2. Sitayiş, pərəstiş. □ İbadət etmək – sitayiş etmək, səcdə etmək. Oda ibadət etmək. Bütlərə ibadət eləmək. // Məc. mənada. Qiblə deyil, qaşlarına baş əymək; Gecəgündüz mənim ibadətimdir. M.P.Vaqif. Məscidü minbər nə lazım maili-rüxsarına; Qaşların vəqti-ibadət aşiqə mehrabdır. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / ibadət
  • 2 dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin; sitayiş.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / ibadət
  • 3 ə. 1) sitayiş etmə, pərəstiş etmə; sitayiş, pərəstiş; 2) namaz, dua; 3) qulluq, köləlik.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ibadət

ibadət sözünün sinonimləri (yaxın mənalı sözlər)

ibadət sözünün rus dilinə tərcüməsi

  • 1 1. богослужение, моление, молебен, богомолье; 2. поклонение;

    Azərbaycanca-rusca lüğət / ibadət
  • 2 сущ. 1. богослужение, моление, молитва, служба. Gününü ibadətlə keçirmək проводить время за молитвой, axşam ibadəti вечерняя молитва, günorta ibadəti обедня, ibadətə getmək ходить на богослужение 2. поклонение, почитание, культ. Bütlərə ibadət поклонение идолам, ruhlara ibadət поклонение духам, oda ibadət поклонение огню

    Azərbaycanca-rusca lüğət / ibadət

ibadət sözünün inglis dilinə tərcüməsi

ibadət sözünün fransız dilinə tərcüməsi

ibadət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. ибадат (1. ибадат авун, дуьа кӀелун (авун), капӀ авун; 2. гзаф еке гьуьрмет авун, икрам авун, сажда авун; ibadət etmək ибадат авун, сажда авун).

    Azərbaycanca-ləzgicə lüğəti / ibadət

ibadət sözünün türk dilinə tərcüməsi

"ibadət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ibadət nədir? #ibadət sözünün mənası #ibadət nə deməkdir? #ibadət sözünün izahı #ibadət sözünün yazılışı #ibadət necə yazılır? #ibadət sözünün düzgün yazılışı #ibadət leksik mənası #ibadət sözünün sinonimi #ibadət sözünün yaxın mənalı sözlər #ibadət sözünün əks mənası #ibadət sözünün etimologiyası #ibadət sözünün orfoqrafiyası #ibadət rusca #ibadət inglisça #ibadət fransızca #ibadət sözünün istifadəsi #sözlük