* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••• | 85.65 |
2003 | ••••••••••••• | 103.14 |
2004 | •••••••••• | 79.50 |
2005 | •••••••••••••• | 111.34 |
2006 | ••••••••••• | 87.84 |
2007 | •••••••••••••••• | 130.24 |
2008 | •••••••••••••• | 109.87 |
2009 | ••••••••••• | 88.63 |
2010 | •••••••••••••••• | 129.35 |
2011 | ••••••••••••••••• | 132.89 |
2012 | ••••••••••••••••• | 134.84 |
2013 | •••••••••••••••• | 123.12 |
2014 | •••••••••••••• | 108.29 |
2015 | •••••••••••••••••••• | 162.80 |
2016 | •••••••••••••••••••• | 156.53 |
2017 | ••••••••••••••••• | 131.05 |
2018 | •••••••••••••••• | 127.65 |
2019 | ••••••••••••••• | 115.17 |
2020 | ••••••••••••••• | 116.30 |
1 is. [ər.] 1. Bir şeyin (əmtəənin) pul vahidləri ilə ifadə olunan dəyəri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır. 2. məc. Əhəmiyyət, dəyər, rol; etibar. Bu sözlərin heç bir qiyməti yoxdur. O, mənim gözümdə bütün qiymətini itirmişdir. Bu şeyin bizim üçün qiyməti azdır. – Haqq sözə gərəkdi, düz qiymət olsun; Qiyməti verməyə mərifət olsun. Aşıq Ələsgər. □ Qiymətdən salmaq – hörmətdən, etibardan salmaq, gözdən salmaq. [Şəmsiyyə] …özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şərəfə layiq olmadığını kəsdirdi. M.İbrahimov. // məc. Qədir-qiymət, dəyər. Bilməz vəfanın qiymətin hər kim cəfayə tən edər. Nəsimi. 3. Şagirdin, tələbənin bilik dərəcəsi haqqında verilən nömrə. Orta qiymət. Pis qiymət. Dərslərindən əla qiymət almaq. ◊ Qiymət vermək (qoymaq) – 1) bir şeyin dəyəri və keyfiyyəti haqqında fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək. – Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Sağlığında qiymət verin insanlara! C.Novruz; 2) şagirdi, tələbəni və b. imtahan edərək bilik dərəcəsinə nömrə vermək; 3) bax qiymətləndirmək. Mənim rəncimə, yəni zəhmətimə qiymət verərsən. S.Rəhimov. Damla zəhmətimə, zərrə şerimə; Sənsən qiymət verən dəryalar qədər. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qiymət3 QİYMƏT Çox ucuz qiymətə hər şey satıram.. (M.Ə.Sabir); BAHA Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır (M.Hüseyn); MALİYYƏT (dan.) [Həsən:] A başınıza dönüm, qoyunun maliyyəti dörd abbasıdır (Ə.Haqverdiyev); MƏZƏNNƏ (bazar qiyməti) ..boş mənzil tapan kimi, məzənnəyə məhəl qoymadan, köçünü düşünür.. otağını ikiqat qiymətə sırıyır (B.Bayramov); DƏYƏR.
Azərbaycan dilinin sinonimlər lüğəti / qiymət1 1. цена; 2. оценка, расценка; 3. значение; 4. отметка (по успеваемости);
Azərbaycanca-rusca lüğət / qiymət2 сущ. 1. цена. Biletin qiyməti цена билета, dövlət qiyməti государственная цена, экон. qiymət miqyası масштаб цен, qiymət indeksi индекс цен 2. значение: 1) значимость, важность кого-л., чего-л. Öz qiymətini saxlamaq сохранять своё значение 2) оценка физической величины в виде некоторого числа принятых для неё единиц. “X”ın verilmiş qiymətləri мат. заданные значения “х” 3. оценка, расценка. Qiymət vermək дать оценку, yüksək qiymət высокая оценка 4. отметка (за успеваемость). İmtahandan yaxşı qiymət almaq получить хорошую отметку на экзамене 5. такса (установленная расценка товаров или норма оплаты чего-л.). Yüklərin daşınma qiyməti такса на перевозку грузов 6. ценность. Qiyməti göstərilmiş banderol бандероль с объявленной ценностью 7. стоимость (денежное выражение ценности вещи). Alınmış şeyin qiyməti (dəyəri) стоимость купленной вещи II прил. 1. экон. ценностный. Qiymət göstəricisi ценностный показатель, qiymət ölçüsü ценностный измеритель 2. оценочный. Qiymət komissiyası оценочная комиссия; qiymətdədir в цене; высоко ценится; qiyməti yoxdur kimin, nəyin цены нет: 1. чему-л (об очень дорогой по цене вещи) 2. кому-л., чему-л. (о ком-л. или о чем-л., имеющем большое значение, ценном в каком-л. отношении); qiymət vermək: 1. давать, дать оценку, оценивать, оценить; 2. ценить. Adamlara dilinə (sözünə) görə yox, işinə görə qiymət vermək lazımdır людей надо ценить не по словам, а по делам; qiymət qoymaq1 nəyə назначать, назначить цену ч ему; qiymət qoymaq2 (hörmət göstərmək) kimə ценить кого-л. по достоинству; qiymət qoymamaq kimə, qiymətini bilməmək kimin не знать цены к ому, не ценить, не уважать кого, не считаться с кем; ucuz qiymətə satmaq дёшево продавать, продать; дёшево ценить, оценить кого, что; qiymət danışmaq торговаться, сторговаться, договариваться, договориться о цене, насчёт цены; qiymətdən düşmə обесценение; qiymətdən düşmək обесцениваться, обесцениться; qiymətdən salınmaq обесцениваться, быть обесцененным, qiymətinə görə мал по цене и товар; qiyməti üstündə: 1. на лбу написана цена; 2. в цене; qiymətini qaldırmaq, babasının qiymətini üstünə qoymaq набивать, набить цену на что, заломить цену; qiymətini itirmək обесцениваться, обесцениться, терять, потерять значение; qiymət kəsmək установить, определить цену; qiymətdən salmaq обесценивать; qiymətini aşağı salmaq снизить цену; qiymətləri şişirtmək взвинтить цены; qiymətə minmək вздорожать, подняться в цене; öz qiymətinə за свою цену, по своей цене; bu təcavüz öz hüquqi və siyasi qiymətini almalıdır эта агрессия должна получить свою правовую и политическую оценку
Azərbaycanca-rusca lüğət / qiymət1 I. i. 1. price; value, worth, cost; bazar ~i market price; sabit ~ fixed / stable price; ən aşağı ~ the lowest price; ilkin ~ prime cost; baha ~ə at a high price; ~dən düşmək (ucuzlaşmaq) to go* down (in price); ~i yuxarı qalxmaq (bahalaşmaq) to go* up (in price); ~lərin qalxması rise in prices; ~lərin düşməsi fall / drop in prices; ~lərin aşağı salınması price-cutting; ~lərin qeyri-sabitliyi instability of prices; nə ~ə olursa-olsun at any price / cost; həyatı ~inə (bahasına) at the cost / expense of one’s life; ◊ öz ~ini bilmək to know* one’s own worth / value, to have* a high opinion of oneself; Bunun qiyməti yoxdur It is invaluable / priceless; 2. estimate, appraisal; valuation; yüksək ~ almaq to receive / to win* a high appraisal; müsbət ~ almaq (kitab, məqalə və s.) to be* favourably received; 3. (imtahanda) mark(s); yüksək ~ almaq to get* / to receive a high mark; ~ vermək bax qiymətləndirmək; ~ qoymaq / kəsmək to fix the price (of); ~dən salmaq to depreciate II. s. rate, price; ~ komissiyası rates commission
Azərbaycanca-ingiliscə lüğət / qiymət1 is. prix m, valeur f ; bazar ~i prix courant ; sabit ~ prix fixe ilkin ~ premier prix
Azərbaycanca-fransızca lüğət / qiymət1 [ər.] сущ. 1. мас, къимет (са затӀунин (метягьдин) пулунин текралди къалурдай къимет); kitabın qiyməti ктабдин мас; 2. пер. къимет, метлеб, роль; ихтибар; къадир-къимет; qiymətdən salmaq къиметдай авудун, гьуьрметдай (ихтибардай) авудун, виляй вегьин; 3. къимет, нумра (кӀелзавайдан чирвилерин дережа къалурнавай); pis qiymət пис къимет; ** qiymət vermək (qoymaq) а) къимет гун (тун, эцигун); б) кил. qiymətləndirmək.
Azərbaycanca-ləzgicə lüğəti / qiymətdanışanın mühakiməsi, onun münasibəti-bəyənməsi, yaxud bəyənməməsi, arzu, istək, mükafatlandırma və s. bütün bunların hamısı üslubi konnotasiyanın əsas hissələrindən biridir.
İzahlı tərcüməşunaslıq terminləri lügətiə. 1) dəyər; 2) m. əhəmiyyət, rol, etibar; 3) tələbələrə, şagirdlərə verilən bal.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətihər hansı mal və əşyanın dəyəri.
Azərbaycan qadın adlarının izahlı lüğəti.