niyyət sözü azərbaycan dilində

niyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • niyyət • 76.0042%
  • Niyyət • 23.7188%
  • NİYYƏT • 0.2770%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Niyyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Xoş niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş-niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Niyyət (film, 2010)
Niyyət — 2010-cu ildə çəkilmiş Azərbaycan filmi. == Haqqında == Samir Kərimoğlunun rejissoru olduğu film "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunub. "Niyyət" filmi özünəməxsus süjet xətti və bu gün üçün aktual olan mövzusu ilə diqqətçəkəndir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.40 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 ••••••••••••• 12.99
2004 •••••••••• 10.11
2005 •••••••••• 9.45
2006 ••••••••••••••• 15.09
2007 ••••••••••• 11.21
2008 ••••••••••••• 12.42
2009 •••••••••••••• 14.24
2010 •••••••••••••••• 15.98
2011 ••••••••• 8.66
2012 ••••• 5.08
2013 •••••• 5.98
2014 •••••••• 7.21
2015 •••••••• 7.83
2016 ••••••••••• 11.11
2017 ••••••••••••• 13.17
2018 •••••••••• 10.04
2019 •••••••••••• 12.10
2020 ••••••••• 9.02

niyyət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. – Niyyətin hara, mənzilin də ora. (Ata. sözü). [Fərraşbaşı:] Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Salmanın niyyətini duyub, şahzadəyə bildirmişdi. M.F.Axundzadə. □ Niyyət etmək (eləmək, qoymaq) – bir iş görmək arzusunda, məramında olmaq. [Sitarə:] Gəl toyumuz barəsində niyyət eləyək, gedək bayıra, qulaq asaq, görək kim nə eşidər. C.Cabbarlı. [Fərəc:] Yox, niyyət eləmək azdır, Fizzə xanım, gərək ümumi iş uğrunda mübarizə edəsən! Ə.Məmmədxanlı. Niyyətdən düşmək – bir işi yerinə yetirmək fikrindən əl çəkmək, məramından vaz keçmək. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toyxərci hazır edim. M.F.Axundzadə. Niyyəti yerinə gəlmək (baş tutmaq) – arzusuna çatmaq, məramına, məqsədinə yetmək. Tale atanın xətrini sındırmadı, Kərimbəyin niyyəti yerinə gəldi. Mir Cəlal. …niyyətinə düşmək – bir şeyin qəsdində olmaq, bir şeyi məqsəd kimi qarşısına qoymaq, özünə məqsəd etmək. [Xəlil] o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə düşmüşdü. Çəmənzəminli. 2. Niyyətlə şəklində zərf – …məqsədlə, …arzusu ilə, qarşısına məqsəd qoyaraq (əsasən, “o”, “bu” işarə əvəzlikləri ilə işlənir). Girdim bağa üzümə; Tikan batdı dizimə; Niyyətlə evdən çıxdım; Yar göründü gözümə. (Bayatı). Lotular bu niyyətlə evdən çıxıb padşahın imarətinə tərəf gəlməkdə oldular. “Aşıq Qərib”. [Mozalanbəy:] Mən Qafqazı səyahət edirəm və bu niyyətlə Gəncəyə gəlmişəm. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / niyyət

niyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

niyyət sözünün rus dilinə tərcüməsi

  • 1 намерение, преднамеренность, замысел, умысел, тенденция, чаяние

    Azərbaycanca-rusca lüğət / niyyət
  • 2 сущ. 1. намерение, замысел (предложение, желание сделать что-л.). Xoş niyyətlər добрые (благие) намерения, niyyətini başa düşmək kimin разгадать чьё намерение, niyyətlərin saflığı чистота намерений 2. умысел (заранее обдуманное, тайное намерение). Xain (məkrli) niyyət коварный умысел, pis niyyət злой умысел; niyyət etmək (eləmək): 1. иметь намерение сделать что-л. 2. загадывать, загадать: 1) задумав что-л., искать ответ посредством гадания 2) иметь намерение что-л. сделать, задумать; niyyətindən əl çəkmək отказываться от каких-л. намерений; niyyəti yerinə yetdi (baş tutdu) исполнилось желание; niyyətində olmaq nəyin намереваться, иметь намерение сделать, совершить что

    Azərbaycanca-rusca lüğət / niyyət

niyyət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. resolve; intention; formal resolve to perform some (religious) act; ~ etmək to resolve; ~ ilə... with the intention of... ~ tutmaq to think of the matter about which you are inquiring when consulting a fortune-teller

    Azərbaycanca-ingiliscə lüğət / niyyət

niyyət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. intention f, dessein m ; xoş ~ bonne intention ; pis ~ mauvaise intention ; xoş ~lə dans une bonne intention ; gizli ~ləri olmaq avoir des desseins secrets ; ~i olmaq avoir l’intention de, avoir envie de ; ~i ilə dans l’intention de, dans le dessein de, en vue de ; ~indən əl çəkmək renoncer à son intention

    Azərbaycanca-fransızca lüğət / niyyət

niyyət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. ният, макьсад, къаст; niyyət etmək (eləmək, qoymaq) ният авун, са кар авунин къастуна хьун; niyyəti yerinə gəlmək (baş tutmaq) ният кьилиз акъатун, мураддихъ (макьсаддихъ) агакьун; 2. niyyətlə нареч. ният аваз, ниятдалди, ...мураддалди, ...макьсаддалди, вилик макьсад туна.

    Azərbaycanca-ləzgicə lüğəti / niyyət

niyyət sözünün türk dilinə tərcüməsi

niyyət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. qəsd, məram, məqsəd.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

məram, arzu, istək, məqsəd.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"niyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#niyyət nədir? #niyyət sözünün mənası #niyyət nə deməkdir? #niyyət sözünün izahı #niyyət sözünün yazılışı #niyyət necə yazılır? #niyyət sözünün düzgün yazılışı #niyyət leksik mənası #niyyət sözünün sinonimi #niyyət sözünün yaxın mənalı sözlər #niyyət sözünün əks mənası #niyyət sözünün etimologiyası #niyyət sözünün orfoqrafiyası #niyyət rusca #niyyət inglisça #niyyət fransızca #niyyət sözünün istifadəsi #sözlük