nifrət sözü azərbaycan dilində

nifrət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nifrət • 93.0155%
  • Nifrət • 6.7627%
  • NİFRƏT • 0.2217%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nifrət
Nifrət müəyyən insanlara, əşyalara və ya ideyalara qarşı güclü mənfi emosional reaksiyadır, adətən nəyəsə qarşı müqavimət və ya nifrətlə bağlıdır. Nifrət çox vaxt güclü qəzəb və ikrah hissi ilə əlaqələndirilir. Nifrət bəzən sevginin əksi olaraq görülür. Nifrətlə bağlı bir sıra müxtəlif təriflər və perspektivlər irəli sürülmüşdür. Filosoflar nifrətin mahiyyətini və təbiətini anlamaqla məşğul olmuşlar, bəzi dinlər isə buna müsbət baxır və müəyyən qruplara qarşı nifrəti təşviq edir. Sosial və psixoloji nəzəriyyəçilər nifrəti utilitar mənada başa düşürlər. Bəzi ictimai nifrət nümayişləri bəzən tolerantlığa dəyər verən plüralist mədəniyyətlər kontekstində qanuni olaraq qadağan edilir. Nifrət emosiyaların geniş diapazonunu əhatə edə bilər və mədəni kontekstdən və emosional və ya intellektual reaksiyaya səbəb olan vəziyyətdən asılı olaraq çox fərqli ifadələrə malik ola bilər. Nifrətin baş verdiyi kontekstdən asılı olaraq, müxtəlif cəmiyyətlər ona müsbət, mənfi və ya neytral baxa bilər. == Emosiya == Bir emosiya olaraq nifrət qısamüddətli və ya uzunmüddətli ola bilər.
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Qadınlara qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.44 dəfə / 1 mln.
2002 ••• 3.43
2003 •••••••••••••••••• 23.23
2004 ••••••••• 11.45
2005 ••••••••••• 13.50
2006 ••••••••••••• 16.44
2007 •••••••• 10.36
2008 •••••• 7.06
2009 ••••••••• 10.72
2010 ••••••• 9.08
2011 ••••••• 8.32
2012 ••••••••• 10.67
2013 •••••••••••••• 17.65
2014 •••••••••••••• 17.50
2015 ••••••••• 11.23
2016 •••••••••••••••••••• 26.38
2017 •••••••••• 12.36
2018 •••• 4.34
2019 ••••••••••• 14.47
2020 ••••••••••• 13.66

nifrət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi. …Qıza qarşı [Ruhnəvaz xanımın] ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Çəmənzəminli. [Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli. □ Nifrət etmək (bəsləmək) – zəhləsi getmək, iyrənmək, acığı gəlmək, görmək istəməmək, kin bəsləmək. Etmisən hüsn ilə bu aləmə şöhrət məndən; Yeri vardır edəsən axırı nifrət məndən. S.Ə.Şirvani. …Vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəklər. M.S.Ordubadi. Nifrət yağdırmaq – acığını, qəzəbini, nifrətini bildirmək, kinli-kinli danışmaq. Müsafirələrin bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədik, – deyə Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi. 2. Sonsuz qəzəb, acıq, kin, lənət bildirən nida məqamında işlənir. Nifrət! Qan çanağı taclara nifrət! Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun. 3. Nifrətlə şəklində zərf – nifrət hissi ilə, öz nifrətini bildirməklə, hiddətlə, son dərəcə narazılıqla. Təklifi nifrətlə rədd etdi. Nifrətlə cavab vermək.

    Azərbaycan dilinin izahlı lüğəti / nifrət

nifrət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ikrah — kin — ədavət — qərəz

    Azərbaycan dilinin sinonimlər lüğəti / nifrət
  • 2 1. NİFRƏT, İKRAH [Qəndab:] Mən ona Şirinə baxdıqca sanki bu istehza nifrətə çevrilir, əmimdən zara gəlmiş bir adamın ikrahını ifadə edirdi (B.Bayramov); TƏNƏFFÜR (arx.) Sitarə: Ah, mən bu adamı artıq görməyirəm, ismindən belə tənəffür edərkən yenə də sevirəm (A.Şaiq). 2. nifrət bax kin; lənət

    Azərbaycan dilinin sinonimlər lüğəti / nifrət

nifrət sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 NİFRƏT – MƏHƏBBƏT Məhəbbət və nifrətdən başqa laqeydlik də var (A.Məmmədov). NİFRƏT – RƏĞBƏT Rəsulovun bu baxışında həm maraq, həm də nifrət oxunurdu (C.Əmirov); Əsər tamaşaçıların rəğbətini qazanmışdı.

    Azərbaycan dilinin antonimlər lüğəti / nifrət

nifrət sözünün rus dilinə tərcüməsi

  • 1 1. отвращение, омерзение, неприязнь, антипатия; 2. ненависть, презрение;

    Azərbaycanca-rusca lüğət / nifrət
  • 2 сущ. 1. ненависть (чувство очень сильной вражды, неприязни). Nifrət hissi чувство ненависти, düşmənlərə nifrət ненависть к врагам, nifrət bəsləmək kimə, nəyə питать к кому, к чему ненависть 2. отвращение (крайне неприязненное чувство, вызываемое кем-л., чем-л.). Nifrət doğurmaq вызвать отвращение 3. презрение (чувство полного пренебрежения, крайнего неуважения к кому-л., чему-л.); nifrət etmək презирать кого; nifrət oyatmaq возбуждать ненависть; вызывать отвращение

    Azərbaycanca-rusca lüğət / nifrət

nifrət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. disgust; loathing; 2. hate, hatred, detestation, abhorrence; ~ bəsləmək to nurse / to nourish hatred; ~ etmək to hate (d.), to detest (d.), to abhor (d.), to execrate (d.); ~ oyatmaq to stir up / to arouse hatred

    Azərbaycanca-ingiliscə lüğət / nifrət

nifrət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. haine f ; dégoût m, aversion f, répugnance f, répulsion f ; mépris m, dédain m ; ~ bəsləmək avoir de la haine pour qn, contre qn, éprouver de la haine pour qn, contre qn ; ~ etmək haïr vt, détester vt, exécrer vt ; ~ oyatmaq exciter le dégoût chez qn ; exciter la haine chez qn

    Azərbaycanca-fransızca lüğət / nifrət

nifrət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. нифрет (1. садаз (ва я са гьерекатдиз) къарши такӀанвилин, икрагьвилин, наразивилин, киндин гьисс; nifrət etmək (bəsləmək) нифрет авун, зегьле фин, такӀан хьун, хъел атун, аквадай вилер тахьун, рикӀе кин хуьн, нифретун; 2. хъел, кин, лянет къалурдай междометие; 3. nifrətlə нареч. нифретдалди, гзаф хъел кваз, акьалтӀай наразивилелди).

    Azərbaycanca-ləzgicə lüğəti / nifrət

nifrət sözünün türk dilinə tərcüməsi

nifrət sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – nəyəsə istiqamətlənmiş hiss. Kiminsə pisliyini istəməyə istiqamətlənmiş hiss. Yox etmə istəyinə varan bir xatırlama.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. ikrah.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nifrət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nifrət nədir? #nifrət sözünün mənası #nifrət nə deməkdir? #nifrət sözünün izahı #nifrət sözünün yazılışı #nifrət necə yazılır? #nifrət sözünün düzgün yazılışı #nifrət leksik mənası #nifrət sözünün sinonimi #nifrət sözünün yaxın mənalı sözlər #nifrət sözünün əks mənası #nifrət sözünün etimologiyası #nifrət sözünün orfoqrafiyası #nifrət rusca #nifrət inglisça #nifrət fransızca #nifrət sözünün istifadəsi #sözlük