hicrət sözü azərbaycan dilində

hicrət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hicrət • 68.1818%
  • Hicrət • 29.5455%
  • HİCRƏT • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634-644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Həbəşistan Hicrətləri
Həbəşistan Hicrətləri — İslam tarixində ilk müsəlman səfərləridir. == Birinci hicrətin səbəbləri == Müsəlmanların sayının və nüfuzunun artdığını görən Qureyş, artıq yalnız tənqidlə kifayətlənmir, təzyiq və zülmə də əl atırdı. Qəbiləsinin aman hüququndan məhrum etdiyi müsəlmanları müdafiə etməyə gücü çatmayan Məhəmməd peyğəmbər onların sığınması üçün ərəb qəbilələri arasında yer tapmadığı üçün Həbəşistana (Efiopiya) getmələrinə icazə verdi. Sual yaranır ki, bəs nə üçün Həbəşistan?! Qeyd edək ki, Həbəşistanı "Nəccaşi" tutullu xristianlığı qəbul etmiş Kral Əshəmə adlı şəxs idarə edirdi. Bundan əlavə İslama qədərki dövürdə Kral Əshəmənin məkkəli tacirlərlə ticarət münasibətlərində ədaləti ilə tanınması, bölgəyə Məkkə yaxınlığındakı Şüybə limanından asanlıqla gedilə bilməsi kimi səbəbləri də qeyd edə bilərik. == Birinci hicrət == Müşriklərin tənqidinə tab gətirə bilməyən müsəlmanlar hicrət etmək üçün Məhəmməd peyğəmbərə müraciət etdikdə Allah rəsulu vəhy gəlmədiyi üçün hicrətə icazə vermirdi. Lakin aşağıdakı ayə nazil olduqdan sonra icazə verdi. Ayədə belə buyurur: "Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2004 ••••••••• 0.34
2009 •••••••••••• 0.48
2010 •••••••••••••••••••• 0.82
2011 ••• 0.09
2012 ••••••••••••••••• 0.69
2013 •••••••••••••••••• 0.73
2014 ••••••••• 0.34
2016 ••••• 0.17
2018 •••••••• 0.30

hicrət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Öz vətənini tərk edib başqa bir yerə getmə, köçmə; mühacirət. □ Hicrət etmək (qılmaq) – öz vətənini tərk edib başqa bir yerə getmək, köçmək. Fətəli xan yanına əzm etdi, ol hicrət qılıb; Neylədi ol mərd, gör, düşmən ikən hörmət qılıb. M.V.Vidadi. 2. Məhəmməd Peyğəmbərin 622-ci il iyulun 16-da Məkkədən Mədinəyə köçməsi (islam tarixi bu vaxtdan başlanır).

    Azərbaycan dilinin izahlı lüğəti / hicrət

hicrət sözünün etimologiyası

  • 1 Təxminən 570-ci ildə Məkkənin tanınmış və hörmətli ailələrindən birində oğlan uşağı anadan olur. Uşağın adını Məhəmməd qoyurlar. Məhəmməd təxminən qırx yaşında olanda monoteist, yəni bir allaha inanan dini təbliğ etməyə başlayır. İlk vaxtlar ona qulaq asanları heç nə ilə maraqlandıra bilməmişdi. Amma tədricən onun moizələri insanların düşüncələrinə təsir etməyə başladı. Bu Məkkənin varlı tacirlərinin narahat olmasına səbəb oldu. Buna görə də Məhəmməd tez bir zamanda onlar tərəfdən sıxışdırılmağa başlandı. 622-ci il iyulun 16-da Məhəmməd Məkkədən qaçaraq oradan 200 mil şimalda yerləşən Mədinə şəhərində sığınacaq tapdı. Mədinəyə gələn gündən tale Məhəmmədin üzünə gülməyə başlayır. O, döyüşə gedən dəstələrə başçılıq edərək çoxlu qələbələr qazanır. 629-cu ildə Məhəmməd Məkkəyə qalib kimi qayıdır və 632-ci ildə o, dünyasını dəyişəndə bütün Ərəbistan onun nəzarətində idi. Onun davamçıları öz orduları ilə Ərəbistan hüdudlarından kənara çıxıb əhalisi bütünlüklə Məhəmmədin dininə (islama) etiqad edən nəhəng imperiya qurdular. 639-cu ildə yeni dövrün başlandığı tam aydın idi. Bu dövrün başlanğıc nöqtəsi məhz Məhəmmədin Mədinəyə hicrəti (mühacirət, qaçış) adı verilmiş qaçışı sayılmağa başlandı. İsa anadan olan gün xristian təqviminin başlanğıcı sayıldığı kimi, hicrət də indiyədək müsəlman tarixinin başlanğıcı hesab edilir. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / hicrət

hicrət sözünün rus dilinə tərcüməsi

  • 1 переселение, эмиграция

    Azərbaycanca-rusca lüğət / hicrət
  • 2 сущ. устар. 1. эмиграция (вынужденное или добровольное переселение из своего отечества в другую страну) 2. истор. хиджра (переезд пророка Мухаммеда и его приверженцев из Мекки в Медину в сентябре 622 года, положивший начало мусульманскому летосчислению); hicrət etmək эмигрировать (совершить эмиграцию)

    Azərbaycanca-rusca lüğət / hicrət

hicrət sözünün inglis dilinə tərcüməsi

hicrət sözünün fransız dilinə tərcüməsi

hicrət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гьижрет (1. жуван хайи ватан терг авуна маса чкадиз фин, куьч хьун; hicrət etmək (qılmaq) гьижрет авун, жуван ватан терг авуна маса чкадиз фин, куьч хьун; 2. Мегьамед пайгъамбар 622 лагьай йисан июлдин 16-даз Меккедай Мединадиз куьч хьун (ислам тарих авалзавай вахт).

    Azərbaycanca-ləzgicə lüğəti / hicrət

hicrət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) 622-ci il iyulun 16-da Məhəmməd peyğəmbərin öz azsaylı tərəfdarları ilə Məkkədən Mədinəyə köçməsi; müsəlman qəməri təqviminin başlanğıcı; 2) köçmə, mühacirət etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

başqa yerə getmə, köçmə (Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi 16 iyul 622-ci il; bu vaxtdan başlanan islam tarixi).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"hicrət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hicrət nədir? #hicrət sözünün mənası #hicrət nə deməkdir? #hicrət sözünün izahı #hicrət sözünün yazılışı #hicrət necə yazılır? #hicrət sözünün düzgün yazılışı #hicrət leksik mənası #hicrət sözünün sinonimi #hicrət sözünün yaxın mənalı sözlər #hicrət sözünün əks mənası #hicrət sözünün etimologiyası #hicrət sözünün orfoqrafiyası #hicrət rusca #hicrət inglisça #hicrət fransızca #hicrət sözünün istifadəsi #sözlük