* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. Vətən həsrəti. Övlad həsrəti. – [Fitnə:] El qızıyam mən, Bəxtiyar; Ürəyimdə həsrətim var. A.Şaiq. Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov. // Ələ keçməyən və ya əldən çıxmış bir şeyə təəssüflənərək çox acıma, mənəvi iztirab keçirmə. Mayanın kədəri və göz yaşlarında sanki Zeynəbin öz gəncliyinin həsrətləri dilə gəlib danışırdı. M.İbrahimov. □ Həsrət qalmaq – istədiyinə çatmamaq, arzu etdiyi bir şeyi ələ keçirə bilməmək, arzusu ürəyində qalmaq. Ömrüm ah-vayınan keçdi dünyada; Həsrət qaldım, əlim yara yetmədi. Aşıq Ələsgər. [Padşah oğluna:] Məgər Allaha rəvadırmı, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalım? Çəmənzəminli. [Qönçə] Ataşın üzünə həsrət qalmaq qorxusu ilə titrədi. Ə.Vəliyev. Həsrət qoymaq – arzusuna, istəyinə çatmağa, arzusu həyata keçməyə qoymamaq. Xan Əsliyə həsrət qoydun Kərəmi. “Əsli və Kərəm”. Həsrət(ini) çəkmək – çox arzusunda olduğu, lakin əldə edə bilmədiyi bir şeyin üzüntüsünü çəkmək; son dərəcə arzulamaq. Doğma yerlərin həsrətini çəkmək. – Aylar, illər həsrətini çəkərdim; Şükür, yetdim vüsalına, sevdiyim! M.V.Vidadi. [C.Cabbarlı] üçün, onu bir dəfə görmək üçün hamı həsrət çəkirdi. S.Rəhman. Həsrətində olmaq – bax həsrətini çəkmək. [Əsəd] sanki ömrü boyu həsrətində olduğu böyük bir arzusuna çatmışdı. B.Bayramov. 2. Yaxın adamından, sevgilisindən ayrılma; ayrılıq, fəraq, hicran. Vaxt yetişdi, anası … rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Hicran çəkən bilir həsrət yamandır. R.Rza. 3. Həsrətlə şəklində zərf – şiddətli arzu ilə, həsrət ifadə edən nəzərlərlə. Həsrətlə oğluna baxmaq. – [İncə səs:] Vəhşi bir gül olsam, ətrafım tikan; Həsrətlə süzərdi hər görən məni. H.Cavid. Meydanın başında bir ağ bina var; Qız hərdən çevrilib həsrətlə baxır; Kitablı-dəftərli gedən uşaqlar; Ordan gülər çıxır, ordan şən çıxır. N.Xəzri.
Azərbaycan dilinin izahlı lüğəti / həsrət3 ə. ələ gəlməyən və ya əldən çıxan şeyi istəmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / həsrət1 HƏSRƏT – VÜSAL Necə dözmək olar bəs; Əbədi həsrətinə (R.Rza); Çəkilin, ey düşüncələr, çəkilin; Vüsal günü gələcək (R.Rza).
Azərbaycan dilinin antonimlər lüğəti / həsrət2 сущ. 1. тоска, уныние, тоскливость. Vətən həsrəti тоска по родине, oğul həsrəti тоска по сыну, azadlıq həsrəti тоска по свободе (жажда свободы). Həsrət qəlbimi sıxır тоска сжимает сердце, həsrət üzür kimi тоска мучит кого 2. желание, жажда, охота. Görüş həsrəti жажда встречи, arzuya çatmaq həsrəti жажда достичь желаемого 3. вожделение (сильное чувственное влечение к кому-л., страстное желание) 4. разлука: 1) расставание. Həsrət ağrısı боль разлуки, uzun həsrətdən sonra после долгой разлуки 2) житьё вдали от кого-л. близкого. Həsrətə dözmək переносить разлуку, həsrət qalmaq быть лишенным кого-л., чего-л.; не иметь желаемого; sevinc üzünə həsrət qalmaq быть лишенным радости, şirin yuxuya həsrət qalmaq лишиться крепкого сна; həsrət qoymaq kimi nəyə лишить кого возможности делать что. Teatra həsrət qoymaq kimi лишить возможности посетить театр кого; həsrətini çəkmək kimin, nəyin 1. тосковать, горевать по кому-, чемулибо. Qardaşının həsrətini çəkmək тосковать по брату 2. испытывать непреодолимую потребность в чём-л.; həsrətində olmaq kimin, nəyin см. həsrətini çəkmək
Azərbaycanca-rusca lüğət / həsrət1 i. regret (for); longing for a person or place, feeling a loss; bir kəsin ~ini çəkmək to long to see smb. again; bir şeyə ~ qalmaq not to have / to gain smth. desirable; bir şeyə ~ qoymaq to deprive of / to take* away smth. desirable; bir kəsin / bir şeyin ~ini çəkmək to miss smb. or smth.; ~ çəkmək to be* bored, to have* a tedious time
Azərbaycanca-ingiliscə lüğət / həsrət1 is. angoisse f ; cafard m fam ; spleen m ; affliction f ; attente f, espoir m ; ~ini çəkmək ennuyer (s’) de ; ~ qalmaq être privé, -e de ; ~ çəkmək languir vi, être triste ; ennuyer (s’)
Azərbaycanca-fransızca lüğət / həsrət1 [ər.] сущ. гьасрет (1. тамарзувал, цӀигелвал, рикӀ акъатун, вил хьун (мес. ватандихъ); са затӀ ва я са кас акунин ва я гьадав агакьунин мурад; // həsrət qalmaq гьасрет яз амукьун, кӀани, вил галай, рикӀе авай, цӀигел тир затӀунив агакь тавун, мурадар рикӀе амукьун; həsrət qoymaq гьасрет яз тун, цӀигел яз тун, кӀанидав, мураддив агакьиз тун тавун, мурадар рикӀе тун; həsrət(ini) çəkmək гьасрет чӀугун, дерт чӀугун; вил хьун, цӀигел хьун, гьасретда хьун, дарих хьун; həsrətində olmaq кил. həsrətini çəkmək; 2. ччаравал, гьижран; 3. həsrətlə нареч. гьасретдалди, цӀигелвилелди, кӀанивилелди).
Azərbaycanca-ləzgicə lüğəti / həsrət