hiddət sözü azərbaycan dilində

hiddət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hiddət • 96.4523%
  • Hiddət • 3.1042%
  • HİDDƏT • 0.4435%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hiddət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Qəzəb, acıq, qeyz, hirs, sərtlik. [Gülər Gülsabaha:] Hiddət ancaq sizin boğazınızı yırta bilər. C.Cabbarlı. Hiddətindən bağbanın gözləri qızardı. S.Rəhimov. □ Hiddətə salmaq – bax hiddətləndirmək. Mirzə Cəlil öz son məqalələri ilə ruhani və qoçuları hiddətə salacağını bilirdi. S.Vəliyev. // məc. Şiddət, azğınlıq, tüğyan. Küləyin hiddəti. – Dənizin coşduqca qeyzi, hiddəti; Anam hey soruşur məndən türbəti. M.Rahim. 2. Hiddətlə şəklində zərf – qeyzlə, sərtcəsinə. Hiddətlə cavab vermək. – Fərhadoğlu … cibindən ağ dəsmalını çıxarıb … hiddətlə yaşaran gözlərini sildi. S.Rəhimov. // Məc. mənada. Yenə saymazyana qırmaclayaraq Abşeronu; Sovurur xəzri narın qumları hiddətlə, budur. S.Rüstəm.

    Azərbaycan dilinin izahlı lüğəti / hiddət
  • 2 ə. 1) acıq, qəzəb, hirs; 2) kəskinlik, sərtlik.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hiddət

hiddət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 qəzəb — qeyz — hirs — acıq — kin

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddət
  • 3 azğınlıq — quduzluq — coşğunluq — qudurğanlıq — qızğınlıq — dəlilik

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddət
  • 4 HİDDƏT [Balağa:] Bu məğlubiyyət ona Həmidə pis təsir eləmişdi, hiddətindən bığlarını gəmirirdi (H.Abbaszadə); ACIQ Cəmil .. güləndə acığından Tahirin əlləri titrəməyə başladı (M.Hüseyn); HİKKƏ Bu gülüş, yamanca dəydi hədəfə; Dala da baxmadı o, hikkəsindən (B.Vahabzadə); HİRS Məmməd bəyin qan beyninə vurdu. Hirsindən titrədi.. (Çəmənzəminli); QEYZ Pasi yırğalana-yırğalana qeyz və istehza ilə: “Mən neylamişəm?” – dedi (S.Rəhimov); QƏHƏR Qəndab: Ancaq ayaqlarım getmir, qəhər məni boğurdu (B.Bayramov); QƏHR (köhn.) Mirzə Rza: Əcəba qorxursunuzmu qəhri-ilahidən? (C.Cabbarlı); QƏZƏB ..Həya və qəzəbdən boğular kimi olub söz tapa bilmədim (M.İbrahimov); QIMIR (məh.) Zöhrə xanım dayənin qımırını başa düşüb, başladı Tahir Mirzəni oyatmağa (“Tahir və Zöhrə”); ÖFKƏ (dan.)

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddət

hiddət sözünün rus dilinə tərcüməsi

  • 1 гнев, бешенство, злость, буйство, ярость свирепость, исступление, запальчивость, неистовство, вспышка, задор

    Azərbaycanca-rusca lüğət / hiddət
  • 2 сущ. 1. гнев, возмущение, негодование, неистовство. Hiddətindən qızarmaq покраснеть от гнева, hiddətinin sonu yox idi его возмущению не было предела, öz hiddətini bildirmək выразить свое возмущение; hiddəti artmaq разгневаться 2. перен. ярость (неукротимость), свирепость (о явлениях природы). Dənizin hiddəti ярость моря, küləyin hiddəti свирепость ветра; hiddətə salmaq (gətirmək) гневать, разгневать, возмущать, возмутить кого

    Azərbaycanca-rusca lüğət / hiddət

hiddət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. anger; rage, fury; şair. ire; ~ə gəlmək to become* furious; to fly* into a rage; ~dən özünü bilməmək to be* transported with rage, to be* beside oneself with rage

    Azərbaycanca-ingiliscə lüğət / hiddət

hiddət sözünün fransız dilinə tərcüməsi

hiddət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. хъел; hiddətə salmaq кил. hiddətləndirmək; 2. пер. азгъунвал, пехъивал (мес. гьуьлуьн); кӀевивал, къативал (мес. гарун); 3. hiddətlə нареч. хъел кваз, хъел аваз; векъидаказ, туьнтдаказ (мес. жаваб гун).

    Azərbaycanca-ləzgicə lüğəti / hiddət

hiddət sözünün türk dilinə tərcüməsi

"hiddət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hiddət nədir? #hiddət sözünün mənası #hiddət nə deməkdir? #hiddət sözünün izahı #hiddət sözünün yazılışı #hiddət necə yazılır? #hiddət sözünün düzgün yazılışı #hiddət leksik mənası #hiddət sözünün sinonimi #hiddət sözünün yaxın mənalı sözlər #hiddət sözünün əks mənası #hiddət sözünün etimologiyası #hiddət sözünün orfoqrafiyası #hiddət rusca #hiddət inglisça #hiddət fransızca #hiddət sözünün istifadəsi #sözlük