* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••• | 424.84 |
2003 | ••••• | 414.15 |
2004 | •••••• | 473.99 |
2005 | •••••• | 472.35 |
2006 | •••••• | 520.52 |
2007 | •••••• | 502.35 |
2008 | •••••• | 454.59 |
2009 | ••••• | 405.24 |
2010 | ••••• | 363.64 |
2011 | ••••• | 407.08 |
2012 | •••••• | 475.33 |
2013 | •••••• | 465.34 |
2014 | •••••••• | 672.03 |
2015 | •••••••••• | 791.22 |
2016 | ••••••••• | 759.93 |
2017 | •••••••••• | 822.37 |
2018 | ••••••••• | 765.61 |
2019 | •••••••••• | 787.53 |
2020 | •••••••••• | 830.12 |
1 is. [ər.] 1. Bir idarədə, müəssisədə və s.-də maaşla qulluq etmə, işləmə, rəsmi vəzifə yerinə yetirmə. □ Xidmət etmək – bir idarədə, müəssisədə və s.-də maaşla işləmək, qulluq etmək, rəsmi vəzifə yerinə yetirmək. Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq polis idarəsində xidmət edirdi. Ə.Haqverdiyev. // Vəzifə, iş. Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim. 2. Hərbi vəzifə yerinə yetirmə, ordu sıralarında və ya donanmada qulluq etmə; əsgəri vəzifə. Orduda xidmət. Həqiqi hərbi xidmətə çağırış. – Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırdıq, evdə su lüləsi yoxdu, qonşu evdən aldığımız quyu suyunu qaynadıb içirdik. Ə.Məmmədxanlı. 3. Orduda hərbi məşğələlər, vəzifələr sahəsi, habelə onlara xidmət edən idarələr sistemi. Ordunun tibbi xidmət idarələri. İnzibati xidmət. Kəşfiyyat xidməti. 4. İstehsalat sahəsi, habelə bir işin xüsusi sahəsinə baxan idarə, təşkilat. Hava xidməti. Qəza-bərpa xidməti. Dəmir yolunun hərəkət xidməti. // Adamların ehtiyaclarını, rahatlığını təmin edən təsərrüfat və ya başqa vasitələr sistemi. Kommunal xidməti. Rabitə xidməti. 5. Yüksək qiymətə, ada, nüfuza layiq olan hərəkət, fəaliyyət, iş. Vətən qarşısında böyük xidmət. Yubilyarın xidmətləri haqqında danışmaq. – Sənin işin, xidmətin, bir qəhrəmanlıq kimi tarixdə qalacaqdır. R.Rza. [Rəşid:] …Mən bizim xidmətimiz və mövqeyimiz arasındakı fərqi başa düşürdüm. İ.Hüseynov. □ Xidmət etmək (eləmək) – birinin və ya bir şeyin xeyri, səadəti, xoşbəxtliyi, rifahı naminə iş görmək, çalışmaq, əmək sərf etmək. Xidmət göstərmək – bax xidmət etmək. Mərhum Həsən bəy [Zərdabi] ömrünün əvvəlindən axırınadək … millət yolunda xidmət göstərməklə camaat içində çox şöhrət qazanmışdı. “Mol. Nəsr.”. 6. Birinə qulluq göstərmə; birinin ehtiyac və tələbatını təmin etmək üçün görülən iş. Dostcasına xidmət. Öz xidmətini təklif etmək. Əvəzsiz xidmət. Əhaliyə mədənimaarif xidməti. – Mən labüd qaldım bunlara [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə. [Fəxrəddin:] Gözəl Səba! – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Kosa bu xidmətin qabağında özünü ömürlük kuryerlik vəzifəsindən azad olmuş sayırdı. S.Rəhimov. □ Xidmət etmək (göstərmək) – başqalarının hər hansı bir ehtiyac və tələbatını təmin edəcək iş görmək. Alıcılara yaxşı xidmət etmək. – Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. M.S.Ordubadi. Tarix göstərir ki, öz zamanında tərəqqiyə xidmət edən əsərlərin ömrü daha uzun olur. M.Hüseyn. Rəşidin atası neft mütəxəssisi olmaq, xalqına kömək, Vətəninə xidmət etmək istəyirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / xidmət2 сущ. 1. служба: 1) работа по найму, исполнение обязанностей служащего. Dəmir yolunda xidmət служба на железной дороге; gəmidə xidmət служба на корабле 2) исполнение воинских обязанностей, пребывание в рядах армии. Orduda xidmət служба в армии, həqiqi xidmət действительная служба, qarovul xidməti караульная служба, müddəti xidmət срочная служба, müddətdən artıq xidmət сверхсрочная служба, hərbi xidmətə çağırmaq призывать на военную службу, xidmətdə olmaq проходить службу; отслужить 3) система обслуживающих учреждений в армии. Tibbi xidmət медицинская служба, kəşfiyyat xidməti разведывательная служба, ştab xidməti штабная служба, inzibati xidmət административная служба 4) учреждение, организация, ведающие какой-л. специальной областью работы. Hava xidməti служба погоды (метеорологическая служба), avariya-bərpa xidməti аварийновосстановительная служба, dəmiryolunun hərəkət xidməti служба движения на железной дороге 6) система обслуживания людей, их нужд и запросов. Kommunal xidmət коммунальная служба, rabitə xidməti служба связи, məişət xidməti служба быта; бытовое обслуживание 2. обслуживание: 1) работа по удовлетворению чьих-л. нужд, потребностей. Alıcılara xidmət обслуживание покупателей, yeməkxanaya gələnlərə xidmət обслуживание посетителей в столовой, əhaliyə tibbi xidmət медицинское обслуживание населения, müştərilərə xidmət обслуживание клиентов 2) работа, связанная с эксплуатацией чего-л. (машины, станка и т.п.). Texniki xidmət техническое обслуживание, maşınlara xidmət обслуживание машин, dəzgahlara xidmət обслуживание станков 3. служение (работа, труд во имя чего-л., на благо кого-л., чего-л.). Vətənə xidmət служение Родине, xalqa xidmət служение народу, elmə sədaqətlə xidmət беззаветное служение науке 4. услуга (действие, приносящее помощь, пользу другому). Dostcasına xidmət дружеская услуга, öz xidmətlərini təklif etmək предложить свои услуги, xidmət göstərmək оказать услугу, xidmət mərkəzi центр услуг 5. заслуга (поступок, деятельность, заслуживающие признания, высокой оценки). Görkəmli xidmətlərinə görə за выдающиеся заслуги, döyüş xidmətlərinə görə за боевые заслуги, Vətən qarşısında xidmətlərinə görə за заслуги перед Родиной, kadr hazırlığında xidmətlərinə görə за заслуги в подготовке кадров, xidmətlərinə görə qiymətləndirmək оценивать за заслуги II прил. служебный (относящийся к исполнению своих обязанностей). Xidmət vəzifələri служебные функции (обязанности); связь. xidmət telefonu служебный телефон, xidmət kodu служебный код, морск. xidmət gəmisi служебное судно, ж.-д. xidmət otağı служебное помещение ◊ xidmət göstərmək оказывать услуги; xidmət etmək: 1. служить; 2. услужить; 3. обслуживать, обслужить; 4. прислуживать; xidmətində olmaq kimin находиться на службе у кого; xidmətinə gəlmək kimin явиться к услугам кого, чьи м
Azərbaycanca-rusca lüğət / xidmət1 i. 1. service; həqiqi ~ hərb. service with the colours, active service; həqiqi ~də olmaq to be* on the active list; hərbi ~də olmaq to serve in the (armed) forces; 2. service; good turn, attendance; yaxşı ~ good offices; pis ~ ill turn; tibb-sanitar ~i medical service / attendance; rabitə ~i hərb. signal service; amer. communication service; kiməsə ~ göstərmək to do* / to render smb. a service; d.d. to do* smb. a good turn; kiməsə pis ~ göstərmək to do* smb. an ill turn; 3. care (of), maintenance; dəmiryol ~i track maintenance; maşınların texniki ~i maintenance of machines / engines; Bu sanatoriyada xəstələrə yaxşı xidmət göstərirlər The patients are taken good care of in this sanatorium; vəzifə ~i official duty; kommunal ~i public utilities pl.
Azərbaycanca-ingiliscə lüğət / xidmət1 is. service m ; hərbi ~ service militaire ; hərbi ~də olmaq être sous les drapeaux ; əlaqə ~i service de transmission ; tibbi ~ service de santé ; ~ göstərmək rendre service
Azərbaycanca-fransızca lüğət / xidmət1 [ər.] суш. хидмет (1. къуллугъ; xidmət etmək (göstərmək) хидмет авун, къуллугъ авун, къуллугъун; 2. къуллугъзавай чка, везифа, кӀвалах; 3. къуллугъ (производстводин, кардин са кьилдин пай, кьилдин везифа кьиле тухузвай са идара, тешкилат).
Azərbaycanca-ləzgicə lüğəti / xidmətə. 1) xidməti və ya hərbi vəzifə; 2) fəaliyyət, iş, qulluq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiiş Malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət
Terminlər lüğəti