xiffət sözü azərbaycan dilində

xiffət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xiffət • 84.7222%
  • Xiffət • 9.7222%
  • XİFFƏT • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xiffət (1929)
Xiffət (film, 1929)

xiffət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Fikir, dərd, qəm, qüssə; fikir çəkmə. Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin. S.Ə.Şirvani. Bəsdir mənə verdiyin bu xiffət. Natəvan. [İbrahim:] Gövhərtac … xiffətdən, qüssədən müqəvvaya dönübdür. Ə.Haqverdiyev. □ Xiffət çəkmək – 1) fikir çəkmək, kədərlənmək, qüssələnmək, qəm-qüssə etmək. Dolanım başına, mürüvvət deyil; Bu qədər ki, sənsiz xiffət çəkirəm. Q.Zakir. [İnsan] hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecəgündüz xiffət çəkir. İ.Şıxlı; 2) başqasının fikrini, qayğısını çəkmək. Əzəlindən oldum eşqə dəlalət; Sirr verdim namərdə, etdi ədavət; Yolunda çəkməkdən xiffət, xəcalət; Əriyib bu Cümə çağaya döndü. Molla Cümə. Əzizim, meşə mənsiz; Dağ mənsiz, meşə mənsiz; Qorxuram xiffət çəkə; Yar dərdə düşə mənsiz. (Bayatı). □ Xiffət eləmək (etmək) – bax xiffət çəkmək 1-ci mənada. [Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohuməqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Ə.Haqverdiyev. Qardaşbacı … dağlar qədər dərdi olan analarını xiffət etməyə qoymurlar. S.S.Axundov. Gənc ömrümün bağında yazım sənsən, gülüm sən; Xiffət edib, sıxılıb, qüssələnmə, gülüm, sən. N.Xəzri. Xiffət gətirmək – kədər-qüssə gətirmək, kədərləndirmək, kədərə-qüssəyə səbəb olmaq. Evlərin təhər-tövründə qəlbə xiffət gətirən bir köhnəlik vardı. Ə.Əbülhəsən. Xiffət vermək – fikir çəkməsinə, dərdlənməsinə, kədərlənməsinə səbəb olmaq, dərdə salmaq, xiffətləndirmək.

    Azərbaycan dilinin izahlı lüğəti / xiffət
  • 2 ə. 1) xəfiflik, yüngüllük; 2) dərd, kədər; 3) yelbeyinlik; 4) pərtlik.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xiffət

xiffət sözünün sinonimləri (yaxın mənalı sözlər)

xiffət sözünün antonimləri (əks mənalı sözlər)

xiffət sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. грусть, печаль, уныние, кручина; xiffət vermək печалить кого-л.; xiffət gətirmək причинять, причинить кому-л. печаль, грусть; xiffət çəkmək (eləmək): 1. грустить, печалиться, унывать 2. думать, заботиться о ком-л.

    Azərbaycanca-rusca lüğət / xiffət

xiffət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] суш. хифет, фикир, дерт, гъам; фикир чӀугун; xiffət çəkmək хифет чӀугун а) фикир чӀугун, дерт чӀугун, гъам чӀугун; б) масадан фикир (къайгъу) чӀугун; xiffət etmək хифет авун (кил. xiffət çəkmək а).

    Azərbaycanca-ləzgicə lüğəti / xiffət

"xiffət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xiffət nədir? #xiffət sözünün mənası #xiffət nə deməkdir? #xiffət sözünün izahı #xiffət sözünün yazılışı #xiffət necə yazılır? #xiffət sözünün düzgün yazılışı #xiffət leksik mənası #xiffət sözünün sinonimi #xiffət sözünün yaxın mənalı sözlər #xiffət sözünün əks mənası #xiffət sözünün etimologiyası #xiffət sözünün orfoqrafiyası #xiffət rusca #xiffət inglisça #xiffət fransızca #xiffət sözünün istifadəsi #sözlük