hiddətli sözü azərbaycan dilində

hiddətli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hiddətli • 85.7143%
  • Hiddətli • 10.9890%
  • HİDDƏTLİ • 3.2967%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2010 •••••••• 0.09
2011 •••••••••••••••••••• 0.26
2012 •••••••••••••• 0.17
2013 •••••••••••• 0.15
2015 •••••••••••••• 0.17
2017 ••••••••••••• 0.16

hiddətli sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf Qəzəbli, qeyzli, hirsli, acıqlı, qəzəbnak. Hiddətli cavab vermək. Hiddətli otaqdan çıxmaq. Hiddətli kişi. – Hiddətli dalğalar yatan çağında; Günəşin üfüqdə batan çağında; Sahillər qarşımda ümman göründü. Ə.Vahid.

    Azərbaycan dilinin izahlı lüğəti / hiddətli

hiddətli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 qəzəbli — qeyzli — hirsli — acıqlı — kinli

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətli
  • 3 quduz — azğın — coşğun — qudurğan — dəli

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətli
  • 4 HİDDƏTLİ Hiddətli halda içəri girən usta fəhlələrə dedi.. (M.Hüseyn); HİKKƏLİ ..sanki bu adamların hamısı, hətta onunla acıqlı və hikkəli danışanlar da xoşuna gəlir, hamısına kömək etmək istəyir (M.İbrahimov); HİRSLİ Bunu deyib Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı və hirsli yemək otağından çıxdı (S.S.Axundov); QEYZLİ Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə (C.Məmmədquluzadə); ACIQLI Acıqlı adam tez qocalar (Ata. sözü); QƏZƏBLİ [Kamil] ezamiyyətdən vaxtından qabaq və çox qəzəbli qayıtmışdı (X.Hasilova); QƏZƏBNAK Könlünü ayna tək eylədi pak; Bir söz desəm, olmayaydı qəzəbnak (M.P.Vaqif); ÖFKƏLİ (dan.) Mühasib: ..Kosanın bu cürə öfkəli hökm etməyindən bu teleqramı öyrənməyə daha da artıq maraqlandı (S.Rəhimov); YELLİ (məc., dan.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiddətli

hiddətli sözünün rus dilinə tərcüməsi

  • 1 гневный, взбешенный, разъяренный, рассвирепевший, яростный, злобный, буйный, запальчивый, неистовый

    Azərbaycanca-rusca lüğət / hiddətli
  • 2 I прил. гневный, яростный, свирепый, разъярённый, разгневанный, возмущённый, взбешенный, неистовый: 1. охваченный гневом. Hiddətli adamlar разгневанные люди, hiddətli dəniz яростное море, hiddətli dalğalar яростные волны 2. выражающий гнев. Hiddətli baxış гневный взгляд, hiddətli səs разгневанный голос; hiddətli etiraz гневный протест II нареч. гневно, разгневанно, возмущённо, яростно, свирепо. Hiddətli (hiddətlə) cavab vermək гневно ответить, hiddətli (hiddətlə) demək гневно сказать

    Azərbaycanca-rusca lüğət / hiddətli

hiddətli sözünün inglis dilinə tərcüməsi

hiddətli sözünün fransız dilinə tərcüməsi

hiddətli sözünün ləzgi dilinə tərcüməsi

"hiddətli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hiddətli nədir? #hiddətli sözünün mənası #hiddətli nə deməkdir? #hiddətli sözünün izahı #hiddətli sözünün yazılışı #hiddətli necə yazılır? #hiddətli sözünün düzgün yazılışı #hiddətli leksik mənası #hiddətli sözünün sinonimi #hiddətli sözünün yaxın mənalı sözlər #hiddətli sözünün əks mənası #hiddətli sözünün etimologiyası #hiddətli sözünün orfoqrafiyası #hiddətli rusca #hiddətli inglisça #hiddətli fransızca #hiddətli sözünün istifadəsi #sözlük