* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Xırda-xırda, tikə-tikə. Əti qiymə-qiymə doğramaq. – [Ələmdar:] Bu ikiağızlı qılıncımla onu qiymə-qiymə doğraram! S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / qiymə-qiymə2 Tikə-tikə, xırda-xırda. (“Koroğlu” dastanının lüğəti) Şah Abbas Almas xanla Bəhram xanı dəlilərə verdi. Dəlilər o iki xaini qiymə-qiymə doğradılar. (Paris nüsxəsi, 13-cü məclis) * Amma əgər bu sirri bir yerdə desən, göydə olsan, kəmənd atıb yerə çəkərəm, cin olub yerin altına girsən, maşa ilə çəkib çıxanb qiymə-qiymə doğrayaram. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası / qiymə-qiymə1 нареч. на куски, на кусочки. Qiymə-qiymə doğramaq разрубить на кусочки, разрезать на куски
Azərbaycanca-rusca lüğət / qiymə-qiymə1 z.: ~ kəsmək / doğramaq to mince (d.), to chop (d.), to cut* (d.) into very small pieces
Azərbaycanca-ingiliscə lüğət / qiymə-qiymə