hiylə sözü azərbaycan dilində

hiylə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hiylə • 86.5140%
  • Hiylə • 12.2137%
  • HİYLƏ • 0.7634%
  • hİylə • 0.5089%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kanada hiyləsi
Kanada hiyləsi — 1980-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi və Kanada hökuməti tərəfindən altı amerikalı diplomatı xilas etmək üçün təşkil edilən gizli əməliyyatın adıdır. 4 noyabr 1979-cu ildə Amerikanın Tehrandakı səfirliyinin islamçı tələbələr və milislər tərəfindən ələ keçirilməsi zamanı bu altı diplomat qaçmağa və girov yoldaşlarının taleyindən yayınmağa müvəffəq oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.66 dəfə / 1 mln.
2003 •••••••••••• 0.79
2004 •••••••••• 0.67
2006 ••••••• 0.45
2009 •••••••••• 0.64
2010 •••••••••••••••••••• 1.36
2011 •••••••••••• 0.77
2012 ••••••••••• 0.69
2013 ••••••••• 0.58
2014 •••••••••••••••• 1.03
2015 ••••••••••••• 0.85
2016 •••••• 0.35
2017 •••••••••• 0.65
2018 ••• 0.15
2019 ••••••••••••••••••• 1.25
2020 •••• 0.27

hiylə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Kələk, fırıldaq, fənd; məkr. [Şah vəzirə:] Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hiylə vardır. Ü.Hacıbəyov. Satqınların hiyləsindən; Neçə kərə; Tarix endi zirvələrdən dərələrə. B.Vahabzadə. ◊ Hiylə qurmaq (düzəltmək) – biclik işlətmək, kələk qurmaq. [Rüstəm bəy:] Cürbəcür hiylə qurmuşam. S.S.Axundov. Hiylə işlətmək (gəlmək) – hiylə ilə aldatmaq, yalan deyərək aldatmaq, biclik gəlmək. Vəzirin qızları hiylə işlədərək padşahın oğlanlarının onlara sataşdıqlarını analarına söylədilər. (Nağıl). [Şeyx Haşimi İbn-Xalidə:] Mən o sülh qasidinə inanmıram, Nofəl hiylə işlədir. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / hiylə

hiylə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bacarıq — məharət — ustalıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiylə
  • 2 kələk — fənd — biclik

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiylə
  • 3 HİYLƏ [Nailə:] Ey xalq, hiyləni bilirəm, yeni içki, qumar eşqi başına vurub, bizdən pul qoparmaq istəyirsən (A.Şaiq); AL (kl.əd.) (köhn.) Canım aldın mey üçün, saqi, içirin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun etdin (Füzuli); BADALAQ (məc.) Bir badalaq lazımdır, özü də çox balaca.. (N.Vəzirov); BİCLİK, FƏND Balağa ehtiyatlı tərpəndi. Bildiyi fəndləri, biclikləri işə saldı (H.Abbaszadə); ƏMƏL (məc.) Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun (Ə.Haqverdiyev); FEL (məc.) Tanrının, Allahın sözünə baxar; Şeytanın felinə uymaz bu dünya (Z.Yaqub); FIRILDAQ (dan.) Üç ay keçdi... Nəhayət fırıldaqlar, hiylələr; Gördü, hədərdir, hədər (B.Vahabzadə); HOQQA (məc.) Salamov: ..bütün hoqqalar mədənlər üstündədir (C.Cabbarlı); KƏLƏK (dan.) Reyhan: Sən məni belə oxşayanda qorxuram; də görüm nə kələyin var? (M.İbrahimov); MƏKR Bu təndürüst simada elə bil məkrlə məhəbbətin, xəyanətlə sədaqətin vəhdətini gördü (B.Bayramov); QURĞU (məc.) Hilal xanım: Bir müddət sonra mənə aydın oldu ki, bu qurğunu quran, tapançanı evimizə atan sənin öz “dostun” imiş (B.Bayramov); NÖMRƏ Yox, balam, deyəsən nömrəynən bunu başa vermək olmayacaq (Ə.Əbülhəsən); TƏLƏ (məc.) Safo: Demək bu dünyada qurulmuş minlərlə tələlərdən çıxmaq lazımdır (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiylə

hiylə sözünün rus dilinə tərcüməsi

  • 1 хитрость, уловка, ухищрение, плутня, махинация, подвох, увертка

    Azərbaycanca-rusca lüğət / hiylə
  • 2 сущ. 1. уловка (ловкий, хитрый прием, применяемый для достижения чего-л.), хитрость, ухищрение. Hiylə ilə ələ keçirmək приобрести хитростью, hiyləyə əl atmaq прибегнуть к уловкам, hiylə fikirləşib tapmaq придумать уловку 2. увёртка, манёвр (ловкий прием, употребляемый, чтобы уклониться от чего-л., избежать чего-л.). Yenə hiylələr işə düşdü опять в ход пошли увертки, düşmənin hiyləsi baş tutmadı манёвр противника не удался ◊ hiylə qurmaq (düzəltmək) строить козни (тайные, коварные, злые умыслы) против кого-л.; hiylə işlətmək хитрить, схитрить, сплутовать, ухищряться; hiylə (kələk) gəlmək kimə обманывать, обмануть кого

    Azərbaycanca-rusca lüğət / hiylə

hiylə sözünün inglis dilinə tərcüməsi

hiylə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. ruse f ; malice f ; astuce f ; détour m, subterfuge m ; artifice m ; hərbi ~ stratagème m, ruse de guerre ; ~ işlətmək ruser vi ; finasser vi ; faire le malin ; filouter vt, tricher vt

    Azərbaycanca-fransızca lüğət / hiylə

hiylə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гьилле, бижвал, фенд, келек; мекир; ** hiylə qurmaq (düzəltmək) гьилле туькӀуьрун, бижвал авун; hiylə işlətmək (gəlmək) гьилле атун, гьилле атана (табна) алцурарун, бижвал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / hiylə

hiylə sözünün türk dilinə tərcüməsi

hiylə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax hiylət. Hiylei-şər’i hiyləni şəri (qanuni) şəklə salma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"hiylə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hiylə nədir? #hiylə sözünün mənası #hiylə nə deməkdir? #hiylə sözünün izahı #hiylə sözünün yazılışı #hiylə necə yazılır? #hiylə sözünün düzgün yazılışı #hiylə leksik mənası #hiylə sözünün sinonimi #hiylə sözünün yaxın mənalı sözlər #hiylə sözünün əks mənası #hiylə sözünün etimologiyası #hiylə sözünün orfoqrafiyası #hiylə rusca #hiylə inglisça #hiylə fransızca #hiylə sözünün istifadəsi #sözlük