* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2009 | •••••••••••••••••••• | 0.16 |
2010 | •••••••••••• | 0.09 |
2012 | ••••••••••• | 0.09 |
2013 | ••••••••••••••••••• | 0.15 |
1 is. Çiyindən, bəzən də atın tərkindən aşırılan kiçik xurcun. Tahir xalı kimi rəngbərəng iplərdən toxunmuş balaca dolu heybəsini çiyninə aldı… M.Hüseyn. Yalıncaq ax-ufla heybəsini açıb oradan … bir ipək köynək çıxardı. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / heybə1 Bu, alınma sözdür, bizdə onun yerində arçıs kəlməsi mövcud olub. “Hermafrodit (xonsa)” mənasında arzu sözü işlədilib. Görünür, ar sözü “ikili” mənasını əks etdirib; arçıs “iki gözü olan qab” (heybə), arsu isə “ikili əlamətə malik şəxs” kimi başa düsülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / heybə2 сущ. переметная сума. Heybəsini çiyninə atdı (он) перекинул суму через плечо
Azərbaycanca-rusca lüğət / heybəKiçik xurcun. Altında at, tərkində heybə, heybənin içi kitabla dolu, dedi: – A, bu dərvişdi, gəlsin dərdimi açım buna deyim, bəlkə, bir çarə eylədi. (“Sayat bəy-Səyalı xanım”)
Azərbaycan dastanlarının leksikasıKiçik xurcun. (“Koroğlu” dastanının lüğəti) Əyləşib bunların tellərini yolub heybələrə yığdılar, ətlərindən də kabab çəkib xurma ağacının dibində yeməyə başladılar. (“Durna teli”)
Azərbaycan dastanlarının leksikası