* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Sarı rəngli, turşməzə, üstü tüklü, xırda çəyirdəkli meyvə. Heyva mürəbbəsi. – [Əyyar:] Elə ki, budaqlar başını əyir; Nar, heyva, şaftalı, gavalı dəyər. A.Şaiq. Almalar qızarır, armudlar, heyvalar saralır, əzgillə zoğal bir-birinə qarışırdı. S.Rəhimov. // Bu meyvənin ağacı. [Məmməd:] Yatır tut ağacı, yatır xan çinar; Əyir budağını heyva, iydə, nar. Z.Xəlil.
Azərbaycan dilinin izahlı lüğəti / heyva2 sarı rəngli, turşməzə, üstü tüklü, xırdaçəyirdəkli meyvə və onun ağacı.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / heyva1 Alınma sözdür.Bizdə onun yerinə öküzalması sözündən istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / heyva1 HEYVA Söyüddən bağ saldım, peyvəst eylədim; Almasın, heyvasm, narın görmədim (Aşıq Ələsgər); SƏFƏRCƏL (kl.əd., arx.) Ol cümleyi-müşkili edən həll; Adımı mənim qoyub səfərcəl (Füzuli).
Azərbaycan dilinin sinonimlər lüğəti / heyva2 I сущ. айва: 1. плодовое дерево сем. розоцветных 2. плод этого дерева, похожий на яблоко желтой окраски II прил. айвовый: 1. относящийся к айве, состоящий из айвовых деревьев. Heyva bağı айвовый сад 2. приготовленный из айвы. Heyva mürəbbəsi айвовое веренье, heyva kompotu айвовый компот
Azərbaycanca-rusca lüğət / heyva