heyvanat sözü azərbaycan dilində

heyvanat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • heyvanat • 79.9342%
  • Heyvanat • 19.4079%
  • HEYVANAT • 0.6579%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heyvanat baxçası
Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Bakı Heyvanat Parkı
Bakı Zooloji Parkı və ya qısaca Bakı zooparkı (ing. Baku Zoo) – Azərbaycanın Bakı şəhərininin Nərimanov rayonunda, Dədə Qorqud parkının və ADA Universitetinin yanında yerləşən zooloji park. Qafqaz regionunun ən kiçik zooparkıdır. Qızılqaz zooparkın simvolik canlısıdır. == Tarixi == XX əsrin əvvəlindən başlayaraq Bakıda zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər fəaliyyət göstərib. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. 14 dekabr 1928-ci ildə isə Xətai rayonunun keçmiş Lunaçarski parkında (indiki Nizami parkı) zoobağ açılıb. Bu tarix Bakı Zooloji parkının yaradılma tarixi kimi qəbul edilir. Zoobağ 2 yanvar 1942-ci ildə rəsmi olaraq zooparka çevrilsə də, rəsmi açılışı 1945-ci ildə baş tutub. Zooloji park 1958-ci ildə Bayıl ərazisinə köçürülüb.
Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. == Haqqında == Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; == Qırmızı kitab == Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Bakı şəhər heyvanat parkı
Bakı Zooloji Parkı və ya qısaca Bakı zooparkı (ing. Baku Zoo) – Azərbaycanın Bakı şəhərininin Nərimanov rayonunda, Dədə Qorqud parkının və ADA Universitetinin yanında yerləşən zooloji park. Qafqaz regionunun ən kiçik zooparkıdır. Qızılqaz zooparkın simvolik canlısıdır. == Tarixi == XX əsrin əvvəlindən başlayaraq Bakıda zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər fəaliyyət göstərib. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. 14 dekabr 1928-ci ildə isə Xətai rayonunun keçmiş Lunaçarski parkında (indiki Nizami parkı) zoobağ açılıb. Bu tarix Bakı Zooloji parkının yaradılma tarixi kimi qəbul edilir. Zoobağ 2 yanvar 1942-ci ildə rəsmi olaraq zooparka çevrilsə də, rəsmi açılışı 1945-ci ildə baş tutub. Zooloji park 1958-ci ildə Bayıl ərazisinə köçürülüb.
Lənkəran zonasının heyvanat aləmi
Kür-Araz ovalığının heyvanat aləmi
Qanıx-Həftəran vadisinin heyvanat aləmi
Böyük və Kiçik Qafqaz dağlarının heyvanat aləmi

heyvanat sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “heyvan” söz. cəmi] Heyvanlar, heyvanlar aləmi. [Fərhad:] …Yer, göy titrəşsin, göyün quşları, yerin heyvanatı, dəryaların balıqları, hamısı gərək mənim üçün ağlaşalar. Ə.Haqverdiyev. Heyvanat qissəsidir dünya “Kəlilə-Dimnə”; Ta ki axırda bir az qovzanıb insan olacaq; Azı insan da olursa, çoxu heyvan olacaq. Şəhriyar.

    Azərbaycan dilinin izahlı lüğəti / heyvanat

heyvanat sözünün sinonimləri (yaxın mənalı sözlər)

heyvanat sözünün rus dilinə tərcüməsi

  • 1 1. животное; 2. животный;

    Azərbaycanca-rusca lüğət / heyvanat
  • 2 собир. I сущ. животные, животный мир. Heyvanat aləmi животный мир (животное царство; фауна) II прил. животный (относящийся к животному миру). Heyvanat muzeyi музей животного мира, heyvanat bağı зоологический сад (зоосад), heyvanat parkı зоологический парк (зоопарк), heyvanat coğrafiyası география животных

    Azərbaycanca-rusca lüğət / heyvanat

heyvanat sözünün inglis dilinə tərcüməsi

heyvanat sözünün fransız dilinə tərcüməsi

heyvanat sözünün ləzgi dilinə tərcüməsi

"heyvanat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heyvanat nədir? #heyvanat sözünün mənası #heyvanat nə deməkdir? #heyvanat sözünün izahı #heyvanat sözünün yazılışı #heyvanat necə yazılır? #heyvanat sözünün düzgün yazılışı #heyvanat leksik mənası #heyvanat sözünün sinonimi #heyvanat sözünün yaxın mənalı sözlər #heyvanat sözünün əks mənası #heyvanat sözünün etimologiyası #heyvanat sözünün orfoqrafiyası #heyvanat rusca #heyvanat inglisça #heyvanat fransızca #heyvanat sözünün istifadəsi #sözlük