Yapon heyvası
Yapon xenomelesi (lat. Chaenomeles japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Yaponiyadır. Çin və Avropada da becərilir.
== Botaniki təsviri ==
Hündürlüyü 3 m-ə qədər olan qollu-budaqlı koldur. Budaqları əlifi-yaşıl rəngdə, çılpaq, tikanları 1–1,5 sm uzunluğundadır. Yarpaqları 3–8 sm uzunluğunda olub, yumurtavari və ya uzunsov yumurtavaridir; uc hissədə itiləşmiş, əsasına doğru tədricən daralan, kənarı iti mişardişlidir. Yazda qırmızımtıl, sonralar hər iki tərəfdən çılpaq olub, üstdən parıltılı, tünd yaşıl rəngli, alt tərəfdən açıq rəngli, dekabr ayınadək ağacın üzərində qalır. Saplağı 6–12 sm uzunluqdadır. Çiçəkyanlığı tumurcuqşəkilli olub, kənarları dişlidir.