həvvari sözü azərbaycan dilində

həvvari

Yazılış

  • həvvari • 60.0000%
  • Həvvari • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alban Həvvari Kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.

həvvari sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#həvvari nədir? #həvvari sözünün mənası #həvvari nə deməkdir? #həvvari sözünün izahı #həvvari sözünün yazılışı #həvvari necə yazılır? #həvvari sözünün düzgün yazılışı #həvvari leksik mənası #həvvari sözünün sinonimi #həvvari sözünün yaxın mənalı sözlər #həvvari sözünün əks mənası #həvvari sözünün etimologiyası #həvvari sözünün orfoqrafiyası #həvvari rusca #həvvari inglisça #həvvari fransızca #həvvari sözünün istifadəsi #sözlük