Heyranıdil Qadınəfəndi
Heyranıdil Qadınəfəndi (2 noyabr 1846, Qars, Ərzurum əyaləti – 26 noyabr 1898) — 32. Osmanlı sultanı Əbdüləzizin dördüncü xanımı.
== Həyatı ==
Heyranıdil xanım 1846-cı ildə Qarsda dünyaya gəlmişdir. Ailəsinin mənsubiyyəti və saraya necə alınması barədə heç bir məlumat yoxdur. 21 sentyabr 1865-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə evlənmiş, bu nigahdan Nazimə Sultan adlı bir qızı və gələcəkdə son Osmanlı xəlifəsi olan Əbdülməcid Əfəndi adlı bir oğlu oldu.
Ərinin devrilməsi və ardından müəmmalı ölümündən sonra övladlarıyla birlikdə Fəriyə sarayında gözaltına alındı. V Muradın qısa səltənətinin ardından azadlığa çıxdı və qızıyla birlikdə yaşamağa başladı. 26 noyabr 1895-ci ildə Ortaköydə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinə dəfn edildi.