hərbi sözü azərbaycan dilində

hərbi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərbi • 82.4037%
  • Hərbi • 17.5872%
  • HƏRBİ • 0.0090%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hərbi
Ordu - hərbiyyə ilə əlaqədar olan termin İmam Əsgəri - On iki imam şiəliyindəki İmam, İmam Mehdi əleyhissalamın atasıdır.
Hərbi And
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar.Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədi ilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir.Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri:mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması;Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik;Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi;Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L.Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12-9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8-6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Hərbi diplomatiya
Hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olan və müəyyən müddətə diplomatik missiyaya təhkim edilən nümayəndələrindən ibarət olur. Hərbi attaşenin, eləcə də hərbi-dəniz yaxud hərbi-hava attaşesinin əsas vəzifələrindən biri, maraqların həmin dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsi ilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər və əksər ölkələrdə o eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.
Hərbi ensiklopediyalar
HƏRBİ ENSİKLOPEDİYALAR– hərbi biliklərin müəyyən və ya bütün sahələrini əhatə edib sistemləşdirən elmi-məlumat nəşri. Hərb sənətinin xüsusiyyətləri ilə bağlı məlumatlar (fəsillər, başlıqlar və paraqraflar şəklində) hələ orta əsrlərdə tərtib edilmiş kitablarda öz əksini tapmışdır. 16–17 əsrlərdə hərb sənətinin nəzəri və praktiki cəhətdən inkişafı xüsusi lüğətlərin – leksikonların yaranmasına gətirib çıxardı. C. Polmenin “Bizim əsrdə bütün dünyada, həm dənizdə, həm də quruda baş vermiş məşhur döyüşlər” (1577) və Fransız Giye de Sen-Jorjun “Hərbi adamın bilikləri, yaxud Zadəganın lüğəti...” (c. 1–3, Paris, 1670) əsərləri ilk H.e.-lar hesab edilir. 17–18 əsrlərdə İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələrində forma və struktur cəhətdən çoxcildli ensiklopedik lüğətlərə bənzər hərbi-ensiklopedik kitabların nəşrinə başlanıldı. Rusiyada hərbi mövzuda ilk ensiklopedik nəşrlər 18 əsrin əvvəllərində yarandı. 19 əsrdə hərbi texnikanın sürətlə təkmilləşməsi hərb sənətinin bütün sahələrində dəyişikliklərlə müşayiət olunmuş, müasir məlumatları ümumiləşdirilmiş və sistemləşdirilmiş şəkildə əhatə edən yenilənmiş H.e.-ın yaradılmasına ehtiyac doğurdu. Universal ensiklopediyalarla yanaşı müəyyən hərbi-tarixi dövrü əhatə edən, ayrı-ayrı hərbi silah və texnika növlərindən bəhs edən bircildli soraqçalar da nəşr olunmuşdur.
Hərbi geyim
Hərbi geyim — xüsusi dövlət qaydaları (fərmanlar, sərəncamlar, qaydalar və s.) ilə müəyyən edilmiş hərbçilərin geyməsi üçün müəyyən bir dövlətin silahlı qüvvələrinin və digər birləşmələrin hərbi qulluqçuları üçün məcburi olan geyimlərdir. Haaqa Konvensiyalarına uyğun olaraq, hərbi əməliyyatlar və ya silahlı qarşıdurmalar zamanı hərbi forma geyinmək, hərbçilərin bu statusdan irəli gələn bütün xüsusi hüquqları olan qanuni döyüşçü kimi müəyyənləşdirilməsinin vacib şərtidir. Eyni zamanda, silahlı qarşıdurmanın bu və ya digər tərəfinin silahlı qüvvələrinə mənsub olduğunu açıq şəkildə göstərən nişanlar, hərbi formanın məcburi bir elementidir. Bu cür qarşıdurmalarda iştirak edən xalq milisləri də qeyri-bərabər bir forma geyə bilərlər, lakin fərqlənən nişanlara sahib olmalıdırlar. == Tarixi == Hər dövr üçün xarakterik olan hərbi geyimlərin inkişafında ənənə həmişə mühüm rol oynamışdır. Hərbi geyimlərin müasir görünüşü də qədim adət-ənənələrin təsirini göstərir. Zaman keçdikcə müəyyən bir dövrü ifadə edən kostyumun təfərrüatları, orijinal məqsədlərini itirməsinə baxmayaraq, çox vaxt simvolik bəzək şəklində qorunurdu. Kasta sisteminin olduğu dövlətlərdə döyüşçü kastasının geyimləri də ordu formasında idi. Ümumiyyətlə, əvvəlcə silah gəzdirməyə qadir olan hər bir şəxs döyüşçü idi və hər dəfə geyindiyi paltarda müharibəyə gedirdi; xüsusi hərbi zireh çox ibtidai və müxtəlif idi. Ancaq qoşunlarını düşməndən mümkün qədər uzaq bir məsafədən ayırmaq istəyi, qədim zamanlarda silahlı qüvvələrin müxtəlif rəngli paltarlarla bir rəngli paltar və ya ən azı fərqli nişanlara sahib olmağa çalışmasına səbəb olmuşdur.
Hərbi gəmilər
Hərbi gəmilər , ilk növbədə dənizdəki hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş olan gəmi növüdür. Əsasən ticarət gəmilərindən çox fərqli olurlar. Silahlarla təchiz edilməsinin mümkün olması ilə bərabər, kommersiya (ticarət) gəmilərindən fərqli olaraq xəsarətlərə qarşı dözümlü, manevr qabiliyyəti yüksək və sürətli olaraq hərəkət etmək qabiliyyətinə malik olaraq istehsal edilirlər. Kommersiya gəmilərindən fərqli olaraq tipik bir hərbi gəmi sadəcə olaraq silahlar, cəbbəxana və ekipajı üçün ərzaq daşıyır. Əsasən hər hansı bir donanmaya aid olduğu kimi, bəzən xüsusi şirkətlər tərəfindən də istehsal edilmiş olan hərbi gəmilər mövcud olmuşdur. İstehsalı çox qədim zamanlara gedib çıxan bu texnikanın istehsal səbəbi, dəniz və okeanlarda hərbi əməliyyatlar aparmaq qabiliyyətinə malik olmasıdır. Hərbi əməliyyatlar vaxtı hərbi gəmi ilə kommersiya gəmisi arasındakı fərq olduqca aşağı düşür. Müharibələr zamanı kommersiya gəmiləri də silahlandırılır və Birinci dünya müharibəsi zamanındakı Q-ship kimi köməkçi hərbi gəmi (İngiliscə: Auxiliary warship) olaraq da istifadə edilir. XVII əsrə kimi bir kommersiya gəmisinin, bir donanma gəmisinin yarısı qədər hərbi gəmi kimi fəaliyyət göstərməsi normal bir hal hesab edilirdi. Bu vəziyyət XIX əsrdə piratçılıq ilə başa çatdı.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Hərbi jurnalistika
Hərbi jurnalistika — müharibə yaxud hərbi konflikt hallarında münaqişə zamanı əsgərlərlə birgə hərəkət edən və hadisəni onların aspektindən görüb-yansıdan müxbirlər üçün işlədilən termindir. Bu termin haqqındaki qavramlar əvvəllərə dayansa da, mübahisəli şəkildə yayılması 2003-cü ildə başlayan İraq savaşında oldu. Bir çox qələm əhli üçün hərbi jurnalistika sivillər və ordu arasındaki əlaqələri qaydaya salan bir yol idi. Buna görə də bu jurnalistika metodunun geniş istifadə olunduğu zamanlar 2-ci Dünya Müharibəsinə təsadüf edir. Müharibə zamanlarında SSRİ bu metoddan istifadəylə həmin illəri əhatə edən 208 film çəkmişdir və bu günümüzə qədər gəlib çatmışdı. Yazıçılar üçün bu hal Böyük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələr və Jurnalistlər arasındaki münasibətin müsbət olduğunun göstəricisidir. == İraqın işğalı (2003) == 2003-cü ilin martında -müharibə başlayan zaman- 775 jurnalist və fotoqraf müharibə müxbiri olaraq iştirak etdi. Bu korrespondentlər (müxbirlər) hərbi şöbə ilə müqavilələr bağladılar. Orduların yerləşdiyi məkan, planlaşdırılan əməliyyatlar və silahlar haqqında məlumatları əks etdirən informasiyaları yaymayacaqlarına dair söz verdilər. Müharibə müxbirlərinin hazırlığı 2002-ci ilin, noyabr ayında müharibə başlamazdan əvvəl başlandı.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
Hərbi kommunizm
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir. == Haqqında == "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur. == Mənbə == Məktəblinin tarix lüğəti.
Hərbi kəşfiyyat
Hərbi kəşfiyyat, hərbi əməliyyatlar zamanı bir ərazidəki təbii xüsusiyyətlər və düşmən haqqında məlumat əldə etmək üçün həyata keçirilmiş olan xidmətdir. Hərbi kəşfiyyat nümunələrinə piyada əsgərlər, hərbi gəmilər və ya sualtı qayıqlar, pilotlu və ya pilotsuz uçuş aparatları və süni peyklər tərəfindən həyata keçirilmiş olan patrullar və ya gizli müşahidə nöqtələrinin qurulması daxildir. Casusluq əsasən hərbi kəşfiyyat sayılmır, çünki bu iş əsas qüvvələrin qabağında işləyən hərbi təyinatlı xüsusi qüvvələr tərəfindən həyata keçirilir. Cəsuslar düşmən mövqelərinin arxasında mübarizə aparırlar.
Hərbi magistr
Hərbi magistr (lat. Magíster mílitum — ordu magistrı, silah magistrı ya hərbi magistr) — Roma İmperiyasının son dövrünə aid yüksək hərbi rütbə ya vəzifə. IV əsrin ortalarında Böyük Konstantin tərəfindən pretoriya prefektlərinin hərbi funksiyası əllərindən alındıqdan sonra bu vəzifə təsis edilmişdir. Əvvəlcə iki vəzifə: piyadalar magistrı (lat. magister peditum) və suvari magistrı (lat. magister equitum, bu vəzifə hələ Roma Respublikası dövründə mövcud olmuşdur) təsis edilir. Piyadalar magistrı daha böyük sayılırdı. Öz növbəsində həm piyadalar həm də suvarilər rəisi hər iki qoşun növünə rəhbərlik etməyə başlayırdı və müvafiq olaraq bu vəzivə piyada və suvarilər rəisi (lat. magister equitum et peditum) və ya hər iki ordunun rəisi (lat. magister utriusquae militiae) adlandırılırdı.
Hərbi maşın
Hərbi maşın və ya hərbi avtomobil bir nəqliyyat vasitəsi növüdür. Bütün quru qoşunlarının döyüş texnikası və nəqliyyat vasitələri hərbi maşınlara daxildir. O, hərbi qüvvələr üçün nəzərdə tutulmuşdur və hərbi hissələr tərəfindən geniş formada istifadə olunur. Bir çox hərbi maşınların zirehləri və ya yolsuzluq imkanları mövcuddur. Cenevrə konvensiyalarına müvafiq olaraq, ərazi təcili yardım maşınları və mobil ilk yardım məntəqələri kimi bütün qeyri-döyüş hərbi maşınları müvafiq və aydın şəkildə işarələnməlidirlər.
Hərbi mühəndis
Mühəndis Qoşunları, Silahlı Qüvvələrin yaranmasından sonra, onların inkişaf prosesində hərbi mühəndis tədbirlərinin aparılmasına olan ehtiyacdan yaranmışdır. Qədim dünyanın tanıdığı, onun üçün hazırlanmış xüsusi ordugahlarda yerləşən bilinən ilk ordu Qədim Misir ordusudur. Aparılan müharibələrdə Qədim Çin, Mezopotamiya, Yunan ordularında mühəndis işlərinin görülməsi üçün ilk başda adi insanların, əhalinin, qulların əməyindən istifadə edilirdisə də, daha sonra, gələcəkdə "istehkamçılar" adlanacaq xüsusi hazırlanmış dəstələr tətbiq edilməyə başladı. Tarixçilərin verdiyi məlumatlara əsasən eramızdan 1000 il qədər əvvəl Assuriya ordusunda yollar salan, körpülər quran, düşərgələr qurub qazıntılar aparan, mühasirəyə alınmış şəhərlərin divarlarından daha yüksək olacaq torpaq yığınları hazırlayan xüsusi bölmələr vardı və onlar "yerqazan dəstələr" adlanırdı. Məlumatlara görə onlar çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış tuluğlardan istifadə edirdilər. Uzun səfərlərdə dayanacaqlar üçün Assuriyalılar, xəndək və torpaq hasarlardan ibarət səhra düşərgələri hazırlayırdılar. Orta əsrlərdə isə qala divarlarını uçurmaq üçün, onların təməlinin altından, qazılaraq torpağın çıxarılması kimi sadə və effektiv olduğu qədər, çox zəhmət tələb edən üsullardan istifadə edilməyə başladı. Eyni zamanda qazıntı işlərinin aparılmasını müdafiə olunanlar da müşahidə edə bildikləri üçün qarşı tədbirlər görə bilirdilər. Barıtın tapılmasından sonra dağıntıların aparılması daha da sadələşdi. Barıtdan istifadə edilməsi planlaşdırılan dağıntının harda baş verəcəyini-minananın harda və nə vaxt partlayacağını müdafiə olunanlar bilmirdilər.
Hərbi məhkəmə
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Hərbi mətbuat
Hərbi mövzunun müxtəlif məsələlərinə həsr edilmiş mətbu məhsulu; əsasən, hərbi oxucular üçün nəzərdə tutulan mühüm informasiya və təbliğat vasitəsidir. H.m.-a hərbi qəzetlər, jurnallar, kitablar, broşürlər, plakatlar və s. daxildir. H.m. silahlı qüvvələrin şəxsi heyətinin siyasi, hərbi, mənəvi və mədəni tərbiyəsində, hərbi biliklərinin təbliğində mühüm vasitədir. Azərb.-ın hərbi qüvvələri haqqında mətbu orqanlarda ilkin məlumatlara hələ 1828 ildə Tiflisdə çıxan "Tiflisskiye vedomosti" qəzetində rast gəlinir. Qəzet səhifələrində A. Bakıxanovun Rusiya-Türkiyə və Rusiya-İran müharibələri ilə bağlı yazılarında Azərb.-nın suvari alayları haqqında da bəzi məlumatlar verilmişdir. Azərb.-da H.m. tarixinin başlanğıcı isə 19 əsrin sonlarına – ölkədə ilk milli mətbuatın yarandığı dövrə təsadüf edir. 1875–77 illərdə çıxan "Əkinçi" qəzetinin "Tazə xəbərlər" rubrikasında hərbi sahə ilə bağlı bir sıra məlumatların, kiçik şərhlərin verilməsi ordu islahatlarına o dövr üçün yeni olan ictimai yanaşma qaydalarının formalaşdırılmasına gətirib çıxardı.
Hərbi parad
Hərbi parad və ya Hərbi mərasim nümayiş məqsədləri üçün nəzərdə tutulan məhdud sayda əsgərin nümayiş etdirdiyi manevr hərəkətləridir. XIX əsrə qədər paradlarda müharibələrdə iştirak etmiş əsgərlər iştirak edirdilər, lakin bu gün yalnız bu mərasimlər üçün xüsusi qoşun növləri hazırlanır. Mərasimlər bir dövlətin hərbi gücünü göstərmək və/və ya təbliğat üçün nümayiş olunur.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qrumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycana daxil olan bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma (Türkiyə) kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi (isp. Golpe de Estado en Chile de 1973) — 1973-cü il 11 sentyabr tarixində Çilidə baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının icazəsi və dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində, dünyada seçim yolu ilə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edəcək diktator hakimiyyəti qurulmuşdur. == Çilidə Alyende dönəmi == Salvador Alyende, 1970-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 36,3% toplayaraq prezident seçildi. Alyende prezident seçildikdən sonra genişmiqyaslı reform layihələrinin icrasına başladı. Keçirilməsi nəzərdə tutulan reformlardan ən önəmlisi sənayenin (xüsusən mis sənayesinin) üzərində dövlət nəzarətinin tətbiq edilməsi və torpağların yenidən bölüşdürlüməsi idi. Alyende tərəfindən həyata keçirilən reformlar, ilk illərdən etibarən çox uğurlu alındı və Çili iqtisadiyyatı 8.6% genişəndi. Ancaq bu uğurlu nəticələr növbəti cari ildə təkrarlanmadı və 1972-ci ildəki, 140% infilyasiya ölkə iqtisadiyyatını yararsız hala saldı. Ölkədə ərzaq qıtlığı yaşanmağa başladı və qara bazar şəbəkəsi sürətlə genişləndi.
701 saylı hərbi briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur.Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi.
701 saylı hərbi hissə
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur.Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi.
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. == Tarixi == === Birinci Qarabağ müharibəsi === 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir.1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi. Şuşanın işğal edilməsinin ertəsi günü bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndində mühasirəyə düşmüşdür.
Azərbaycan Hərbi Dəniz Qüvvələri
Azərbaycan Hərbi Dəniz Qüvvələri — 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamış Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi. == HDQ Arsenalı == == Azərbaycan Xalq Cümhuriyyəti dövrü == Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır. Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi. Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı.
Azərbaycan Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə — Azərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri. == Tarixi == Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır.Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Haqqında == Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar. Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir. Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir. 2002–2009-cu illərdə AAHM-in rəisi, 2009–2013-cu illərdə Naxçıvan Muxtar Respublikasında ordu korpusunun qərərgah rəisi vəzifələrində xidmət etmişdir.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi — Ümummilli lider, böyük öndər Heydər Əliyevin uzaqgörənliyi, müstəqilliyimizin qorunub saxlanmasi üçün bütün sahələrdə olduğu kimi ordu quruculuğuna verdiyi töhfələrdən Azərbaycan Tibb Universitetinin fakültələrindən biri. == Tarixi == Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 25 may 2000-ci il tarixli 425 nömrəli Sərəncamına əsasən yaradılmış və Hərbi tibbi təhsilinin bütün formalarının Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində mərkəziləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr 2000-ci il 0128 nömrəli əmri ilə Tibb Heyətinin təkmilləşdirilmə kursları və Hərbi Tibb məktəbi (2017-ci ilin aprel ayından Feldşer Hazırlığı kursu adlandırılmışdır) də Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin tərkibinə daxil edilmişdir.Respublikamızda tibbi təhsilin iki pilləliyə keçidi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 №-li qərarına müvafiq olaraq Müdafiə nazirinin 22 oktyabr 2011-ci il tarixli 297 nömrəli əmri ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində rezidentura şöbəsi də yaradılmışdır.5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Haqqında == Hərbi Tibb Fakültəsinin tapşırığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim mütəxəssislər və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir.Hərbi Tibb Fakültəsinin tabeliyində 4 kafedra fəaliyyət göstərir: Hərbi cərrahiyyə kafedrası, Hərbi terapiya kafedrası, Tibbi-profilaktika kafedrası və Tibb xidmətinin təşkili və taktikası kafedrası. Bu günə kimi Hərbi Tibb Fakültəsində Rezidentura kursunda 57 nəfər həkim-mütəxəssis, Hərbi həkim hazırlığı kursunda 559 nəfər Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün, 71 nəfər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üçün, ümumilikdə 630 hərbi həkim hazırlanmış və Silahlı Qüvvələrin sərəncamına verilmişdir. Feldşer Hazırlığı kursunda isə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün 550 hərbi feldşer hazırlanmışdır.Hərbi Tibb Fakültəsində 535 nəfər (378 zabit, 157 mülki qulluqçu) müxtəlif tibb ixtisasları üzrə Təkmilləşdirmə kursunda təhsil almışdır. Hal Hazırda Hərbi Tibb Fakültəsində Rezidentura kursunda 60 rezident, Hərbi Həkim hazırlığı kursunda 388, Feldşer hazırlığı kursunda 39 nəfər tələbə və kursant təhsil alır. == Hərbi Tibb Fakültəsinə qəbul == Namizədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyasından keçirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir. Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçirlər. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.Hərbi tibb və Stomatologiya ixtisasları üzrə: Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər.
Azərbaycan Xalq Cümhuriyyəti Hərbi məhkəməsi
Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı. == Yaradıldığı tarix == İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu. == Vəzifəsi == Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi.
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilikdə
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilik- Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918–1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin hərbi-strateji inkişafına əsaslı təsir göstərmişdir. == Xəzər dənizi AXC == 1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm olmuşdur. Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin – Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddə üç, dünya neftinin 15 faizini verirdi. Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla Neftayırma zavodu və digər böyük sənaye müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların – dəmir yolunun, şose və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər Hərbi Donanmasının Bakıda yerləşdirilməsi üçün mühüm hərbi-strateji amil hesab edilirdi.
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. == Fəaliyyəti == Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. == Yaradılması == 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. == Fəaliyyəti == Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı qüvvələr növü. == Yaradılması == Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi. == Fəaliyyəti == Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına başlayaraq, nazirliyin hərbi-dəniz şöbəsini təşkil etdi. Hərb gəmiləri heyətlərinin formalaşdırılması barədə də qərar verildi. Azərbaycan Hökumətinin Ukraynadakı diplomatik nümayəndəsi rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, tatar əsilli İslamov milli donanmanın yaradılması işinə yardım göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun hissələrində tibb xidmətinin təş- kilinə rəhbərlik edən orqan. == Yaradılması == Əsası 1918 il noyabrın 15-də qoyulmuş və əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində fəaliyyətə başlamışdı. Azərbaycanda tibbin kifayət qədər inkişaf etmədiyi bir vaxtda hərbi-tibb idarəsinin fəaliyyəti hərbi nazirin ciddi nəzarətində olmuşdur. Nazir Səməd bəy Mehmandarovun müvafiq əmri ilə həkim A.Sulakov 1918 il noyabrın 27-də hərbi-tibb şöbəsinin rəisi təyin edildi. Həmin tarixdə daha 15 nəfər tibb işçisi orduya qəbul edilərək, müxtəlif qoşun hissələrinə təyinat aldılar. == Fəaliyyəti == Qoşunlarda tibb xidmətinə olan ehtiyacın aradan qaldırılması üçün S.Mehmandarovun əmri ilə 1918 il dekabrın 14-də Gəncə Praporşiklər məktəbində 10 nəfərlik qəbul otağı, dekabrın 15-də Hacıqabulda yerləşən 2-ci Bakı alayında 60 nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci Cavanşir piyada alayında 60 nəfərlik əsgər xəstəxanası, 2-ci Qarabağ süvari alayında 20 nəfərlik müayinə otağı, 1919 il fevralın 4-də isə Əlahiddə Zaqatala taborunun 20 nəfərlik əsgər xəstəxanası fəaliyyətə başladı. Bakı, Gəncə və Xankəndidə hərbi xəstəxanalar təşkil edildi. Gəncə hərbi xəstəxanası nəzdində bölük feldşer köməkçiləri hazırlayan 4 aylıq kurslar yaradıldı. Hərbi nazirin əmri ilə 1919 il iyulun 19-da həkim Bahadur bəy Qayıbov strukturun rəhbəri təyin olundu. Onun rəhbərliyi ilə 1919 il noyabrın 5-də Şuşada 5 nəfər zabit və 100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər xəstəxanası, 1920 il yanvarın 1-də Bakı şəhərində 5-ci Bakı piyada alayının əsgər xəstəxanası, 1920 il yanvarın 13-də Xankəndidə 2-ci Qarabağ süvari alayın ın 30 nəfərlik müayinə otağı, 1920 il fevralın 1-də Xankəndidə 1-ci Cavanşir piyada alayının 30 nəfərlik müayinə otağı açılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müalicəsi və bundan ötrü müəyyən edilmiş xidmətlərin icrasını təşkil edən orqan. == Yaradılması == Müstəqil struktur kimi 1919-cu ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində baytar xidməti göstərirdi. Bu xidmətdən əsasən, süvari və topçu hissələrində, həmçinin piyada və təchizat bölmələrində istifadə olunurdu. == Fəaliyyəti == 1919-cu ilin martından başlayaraq hərbi baytar idarəsinin rəhbərliyi ilə nalbəndlər hazırlayan 4 təlim dəmirçixanası açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 2-ci dağ topçu divizionunda fəaliyyətə başlamışdılar. Bunlardan başqa, hərbi-baytar idarəsinin tabeliyində baytar xəstəxanası da fəaliyyət göstərirdi. Hərbi-baytar idarəsinə baytar həkimləri Yermonski və Kvitaşvili rəhbərlik etmişlər. == Ləğvi == 1920-ci il martın 15-də hərbi nazirliyin digər təminat və təchizat strukturları kimi hərbi-baytar idarəsi də Azərbaycan ordusunun təchizat rəisinin tabeçiliyinə verildi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. == Rəhbərlik == Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı qüvvələr növü. == Yaradılması == Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi. == Fəaliyyəti == Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına başlayaraq, nazirliyin hərbi-dəniz şöbəsini təşkil etdi. Hərb gəmiləri heyətlərinin formalaşdırılması barədə də qərar verildi. Azərbaycan Hökumətinin Ukraynadakı diplomatik nümayəndəsi rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, tatar əsilli İslamov milli donanmanın yaradılması işinə yardım göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. == Yaradılması == Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu. == Fəaliyyəti == Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış qoşun növü. == Zəmin == Mudros barışığının (1918) şərtlərinə əsasən, 1918 ilin noyabrında Bakını zəbt etmiş ingilis qüvvələri Xəzər dənizindəki hərbi gəmiləri hidrotəyyarələrlə birlikdə öz nəzarətləri altına aldılar. Sonra isə Xəzərdəki Hərbi Dəniz Qüvvələri Denikinə təhvil verildi və bununla Azərbaycan mövcud olan az-çox aviasiya texnikasından da məhrum edildi. == Fəaliyyəti == Hərbi hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919 il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu. Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi. Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi.Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919 il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi. Dəstə birbaşa Baş ərkani-hərbə tabe idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Şurası, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirliyinin nəzdində kollegial orqan. == Yaradılması == Hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələləri müzakirə edir və müvafiq qərarlar çıxarırdı. Əsası 1919 il yanvarın 10-da qoyulmuşdu. Hərbi şuranın əsasnaməsi və daimi tərkibi təsdiq edilənədək Müvəqqəti Hərbi Şura (MHŞ) yaradılmışdı. Hərbi nazir və onun müavini, piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, ləvazimat və istehkamçı idarələrinin rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı MHŞ-nın üzvləri idilər. MHŞ-nın iclaslarına hərbi nazir və ya onun müavini sədrlik edirdi. == Fəaliyyəti == Hərbi şuranın əsasnaməsi işlənib hazırlandıqdan sonra 1920 ilin əvvəlində şuranın daimi tərkibi təsdiq edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə iki hərbi şura yaradıldı: Böyük hərbi şura (BHŞ) və Kiçik hərbi şura (KHŞ). Təcili həllini tələb edən məsələlərə KHŞ-da baxılırdı. Tərkibinə hərbi nazirin müavini, Ümumi qərargahın, Baş ərkani-hərbin və Bakı İstehkamçılar hissəsinin rəisləri daxil idi.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. == Mahiyyəti == Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. == Əlavələr == Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarına əlavələr
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. == Mahiyyəti == Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. == Əlavələr == Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 760.03 dəfə / 1 mln.
2002 ••••••••• 757.18
2003 •••••••••• 858.62
2004 ••••••••••••• 1, 073.29
2005 ••••••••• 701.10
2006 •••••••••• 807.48
2007 ••••••••• 736.61
2008 ••••••• 565.44
2009 ••••••• 592.90
2010 •••••••• 687.97
2011 •••••••• 688.99
2012 •••••••• 638.21
2013 ••••••••••• 912.44
2014 ••••••••••••• 1, 074.28
2015 •••••••••• 848.21
2016 •••••••••••• 973.56
2017 •••••••••• 816.35
2018 •••••••••• 863.89
2019 •••••••• 661.37
2020 ••••••• 591.96

hərbi sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Hərbə, müharibəyə aid olan, müharibə ilə əlaqədar olan. Hərbi vəziyyət. – Öz əlinlə öz yurduna ölüm dartmaq! Bu “yeni” bir hərbi məntiq! M.Araz. // Müharibə ehtiyacları üçün olan. Hərbi zavod. Hərbi sənaye. – Gurlayır dalbadal hərbi gəmilər; Soruşur parolu Hüseyndən şəhər. M.Rahim. Şəhərdə bütün əhalini ayağa qaldırmaq, düşmənin hərbi sursat və avadanlıq aparmasına yol verməmək lazım idi. S.Vəliyev. 2. Orduya aid olan, orduda xidmətlə əlaqədar olan; əsgəri. Hərbi həkim. Hərbi məktəb. Hərbi xidmət. Hərbi mükəlləfiyyət. 3. Orduda xidmət edən adamla əlaqədar olan; əsgəri. Hərbi and. // Hərbi xidmətçiyə aid; əsgəri. Hərbi forma (geyim). – Bir dəfə istirahət günü hərbi libası dəyişib sivil libas geyərkən [Zərqələm] məni tanımadı. Ə.Sadıq. 4. Orduda xidmət edən; hərbçi, hərbiyyəli. Hərbi adam.

    Azərbaycan dilinin izahlı lüğəti / hərbi

hərbi sözünün sinonimləri (yaxın mənalı sözlər)

hərbi sözünün rus dilinə tərcüməsi

  • 1 военный, воинский

    Azərbaycanca-rusca lüğət / hərbi
  • 2 прил. 1. военный: 1) относящийся к войне, связанный с ней. Hərbi vəziyyət военное положение, hərbi əməliyyatlar военные действия, военные операции, hərbi sirr военная тайна, hərbi qənimətlər военные трофеи, hərbi blokada военная блокада; hərbi ittifaq военный союз, hərbi blok военный блок, münaqişəni hərbi yolla həll etmək решить конфликт военным путем 2) предназначенный для нужд войны. Hərbi sənaye военная промышленность, hərbi potensial военный потенциал, hərbi sursat военное снаряжение, hərbi zavod военный завод, hərbi xərclər военные расходы; hərbi arsenal военный арсенал, hərbi təyyarə военный самолет 3) состоящий на службе в армии, проходящий в ней службу. Hərbi həkim военный врач, hərbi müxbir военный корреспондент, 4) относящийся к военнослужащим. Hərbi xidmət военная служба, hərbi diktatura военная диктатура, hərbi komissariat военный комиссариат (военкомат), hərbi bilet военный билет, hərbi məktəb военная школа 2. воинский: 1) относящийся к военному делу, воинской службе. Hərbi and воинская клятва (присяга), hərbi rütbə воинское звание, hərbi hissə воинская часть, hərbi geyim (форма) воинская форма; hərbi eşelon воинский эшелон 2) свойственный, подобающий воину. Hərbi fədakarlıq (rəşadət) воинская доблесть; hərbi borc воинский долг; hərbi əsir военнопленный, hərbi rəhbər военрук, hərbi qulluqçu военнослужащий, hərbi mükəlləfiyyətli военнообязанный

    Azərbaycanca-rusca lüğət / hərbi

hərbi sözünün inglis dilinə tərcüməsi

  • 1 s. military; ~ elm military science, science of war; ~ kommunizm war communism tar.; ~ əməliyyat military operations pl.; ~ komissariat military registration and enlistment office; ~ nazirlik (İngiltərədə) War Office, (ABŞ-da) War Department; ~ nazir (İngiltərədə) War Minister; Secretary of State for War; (ABŞ-da) Secretary of War; ~ gəmi warship, manof-war (pl. men-); ~ akademiya Military Academy; ~ sənaye war industry; ~ xidmət military service; ~ attaşe military attache; ~ yol military road; ~ məhkəmə court martial; ~ vəziyyət martial law; ~ təlim military training; ~ zavod munition factory; ~ cani war criminal; ~ avantüra military adventure

    Azərbaycanca-ingiliscə lüğət / hərbi

hərbi sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. militaire ; de guerre ; ~ elm art m militaire, art m de la guerre ; ~ əməliyyat opérations f pl militaires ; ~ nazirlik ministère m de la Défense ; ~ gəmi bâtiment m de guerre ; ~ xidmət service m militaire ; ~ attaşe attaché m militaire ; ~ vəziyyət loi f martiale

    Azərbaycanca-fransızca lüğət / hərbi

hərbi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. дяведиз талукь тир, дяведихъ галаз алакъалу тир; дяведин (мес. везият); // дяведин игьтияжар патал тир (мес. завод); 2. армиядиз талукь тир, дяведин къуллугъдихъ галаз алакъалу тир (мес. школа); 3. армияда къуллугъзавай (мес. кас); 4. дяведин къуллугъчидин; аскердин; аскервилин, дяведин (мес. форма).

    Azərbaycanca-ləzgicə lüğəti / hərbi

hərbi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

HƏRBİ(YYƏ) ə. 1) hərbi işlərə baxan dövlət idarəsi; 2) hərbi məktəb.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

hərbə, müharibəyə aid olan, müharibə ilə əlaqədar olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"hərbi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hərbi nədir? #hərbi sözünün mənası #hərbi nə deməkdir? #hərbi sözünün izahı #hərbi sözünün yazılışı #hərbi necə yazılır? #hərbi sözünün düzgün yazılışı #hərbi leksik mənası #hərbi sözünün sinonimi #hərbi sözünün yaxın mənalı sözlər #hərbi sözünün əks mənası #hərbi sözünün etimologiyası #hərbi sözünün orfoqrafiyası #hərbi rusca #hərbi inglisça #hərbi fransızca #hərbi sözünün istifadəsi #sözlük