hərb sözü azərbaycan dilində

hərb

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərb • 80.7508%
  • Hərb • 19.0495%
  • HƏRB • 0.1997%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Hərb Tarixi Muzeyi
Azərbaycan Hərb Tarixi Muzeyi - Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində struktur. Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 oktyabr 1992-ci il “Müstəqil Dövlətlər Birliyinin VI Ordu Qarnizonunun “Döyüş Şöhrəti” Muzeyinin Təhvil Alınması haqqında 418 n-li əmrinə əsasən” 10 dekabr 1992-ci ildə təşkil olunub. Muzey təşkil olunarkən Azərbaycan Hərb Tarixinə aid eksponatlar yox idi. Hazırda muzey kollektivinin zəhməti sayəsində muzey fondunda eksponatların sayı 11000-nə yaxındır. Bu gün muzeydə 5 ədəd tank, 9 ədəd zirehli transportyor (BTR kimi tanınır) və piyadaların döyüş maşını (BMP), 16 ədəd top, 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid 6 ədəd müxtəlif hərbi texnika nümayiş etdirilir. Muzeyin daxili ekspozisiyasında “Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, "44 günlük müharibə", “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri” ilə bağlı zallar fəaliyyət göstərir..
Hərb
Hərb — mənası döyüş, savaş anlamına gəlir. Qədim dövrlərə gedib çatan bir tarixə malikdir. Hərbidə işləyən və ya xidmət edən şəxsə isə hərbçi deyilir. Hərbçilərin mülki şəxslərdən fərqi odurki, onlar nizamnamə çərçivəsində hərəkət edir, müəyyən hərbi və mülki biliyə sahib, ekstremal vəziyyətlərdən çıxış yolunu asanlıqla tapan, fiziki cəhətdən güclü və mənəvi cəhətdən iradəli olurlar. İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tətbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrinin və inkişaf etməkdə olan ölkələrində hərbi xidmət 18 və ya 12 aydır. Azərbaycanda hərbi xidmət 18 ay müddətində olur.
Falanqa (hərb)
Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8-16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800-1000 hoplit olan 8-16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə - lohlara, ayırdı. == Makedon falanqası == Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar.E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi. Falanqa hələ Troya müharibəsi dövründən məlumdur, amma döyüş qaydası kimi e.ə VI-cı əsrdən təsdiq olunmuşdu.
Hərb incəsənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Hərb küçəsi
Hərb küçəsi — Azərbaycanda, İçərişəhərdə yerləşən küçə. Mirzə Əhməd məscidi burada yerləşir.
Hərb medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Hərb sənəti
"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir. == Yaranma tarixi == Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə.
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Sıra (hərb)
Sıra - hərbi qulluqçuların piyada və maşınlarla birgə hərəkəti üçün Nizamnamə ilə düzülüşünə deyilir.
Səngər (hərb)
Səngər — ön xəttə qazılan kanallar və yaxud kanal tipli dərin qazılan və insanları kənar təhlükələrdən qoruyan xəndəkdir. Səngər sözü qədim fars mənşəli söz olub, mənası (səngər - aşağı, aşağıda) mənası ilə tərcümə olunur.[mənbə göstərin]Səngər əsasən müharinə zamanı döyüş sahələrində qazılır. Güllədən, qəlpədən əsgərləri qorunmaq üçün nəzərdə tutlur. Səngər sözünə müxtəlif bədii əsərlərdə də rast gəlmək olur. Məsələn: – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”.
Xəndək (hərb)
Xəndək, xüsusi olaraq bir qala, bina və ya şəhəri əhatə edən böyük, dərin və əsasən su ilə doldurulmuş bir istehkamdır. Bəzi hallarda su maneəsi olaraq daha mürəkkəb süni göllərə çevrildiyi müşahidə edilmişdir. Müasir dövrdə xəndəklərin və ya su baryerlərinin qabaqlayıcı təsirləri itdiyindən vizual olaraq üstünlük verilməyə başlanmışdır.
Hərb tarixi
Nüvə silahları nüvə parçalanması və birləşmə reaksiyalarından böyük dağıdıcı gücə malikdir. 1930-cu illərdə edilən elmi kəşflərə əsaslanaraq, ABŞ, İngiltərə, Kanada və azad Fransa, II Dünya Müharibəsi dövründə Manhattan Layihəsi adlanan bir atom bombası olaraq da bilinən parçalanma silahı yaratmaq üçün əməkdaşlıq etdilər. 1945-ci ilin avqust ayında Hirosima və Naqasakinin atom bombardmanları ABŞ tərəfindən bu müharibənin sonlarında Yaponiyaya qarşı həyata keçirildi və bu günə qədər hərbi əməliyyatlarda nüvə silahının tək istifadəsi olaraq qaldı. Sovet İttifaqı, qısa müddət sonra öz atom bombası layihəsi ilə inkişafa başladı və çox keçmədən, hər iki ölkə hidrogen bombası kimi tanınan daha güclü birləşmə silahları inkişaf etdirdilər.
Marş (hərb)
Marş (it. marcia, fr.
Azərbaycanın hərb tarixi
== Azərbaycan tarixi == Azərbaycan hərb sənətinin tarixi çox qədimdir. Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816–837-ci illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olmuşdu. Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətləri, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə Azərbaycan dəfələrlə yadelli qəsbkarların hərbi təcavüzünə məruz qalmışdır. Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirmış, onu həyatın ən vacib məqsədinə çevirmişdir.
Türkiyənin hərb tarixi
Türkiyənin hərbi tarixi - Türkiyə Qurtuluş Savaşından sonra Türkiyə Cümhuriyyəti dönəmindən başlayan müasir silahlı qüvvələrin tarixidir. Türk inqilabçıları Mustafa Kamal Atatürkün başçılığı ilə Qurtuluş Savaşında qələbə qazanandan sonra Osmanlı İmperiyasının qəbul etdiyi Serv sülh sazişini rədd edərək, onu Lozan sazişi ilə əvəz edir və Ankarada oturan yeni hökumətin leqitimliyini bütün dünyaya qəbul etdirir. Məhz bu dövrdən sonra türk ordusunun müasir hərb tarixi başlayır.
Vəhşi ibn Hərb
Vəhşi ibn Hərb (ərəb. :وحشي بن حرب‎ه‎; VII əsrin əvvəli—VII əsrin 60-cı illəri) – İslamı qəbul etməmişdən əvvəl müşriklərin sıralarında 625-ci ildə Uhud döyüşünə qatılmış, İslam peyğəmbərinin əmisi Hz. Həmzəni öldürmüşdür. == Nəsli == Vəhşi Efiopiya mənşəli – həbəş idi. İslamı qəbul etməmişdən əvvəl Qureyş liderlərindən Cübeyr ibn Mütimin köləsi idi. Xüsusilə mükəmməl nizə atmağı ilə tanınırdı. == Hz. Həmzənin ölümü == Bir rəvayətdə deyilir ki, Məhəmməd peyğəmbərin əmisi və süd qardaşı olan Hz. Həmzə Bədr döyüşündə Cübeyrin əmisi Tuəyməni öldürmüşdü. Uhud döyüşündə Cübeyr əmisinin qisasını almaq üçün Vəhşiyə onu köləlikdən azad edəcəyi vədini verərək Həmzəni öldürməyi tapşırmışdı.
İstanbul Hərb Muzeyi
İstanbul Hərb Muzeyi (türk. Askerî Müze) — İstanbulda türklərin əcdadlarından müasir Türkiyəyə qədər olan türk hərbi tarixindən bəhs edən muzey. İstanbulun Harbiye səmtindəki Cümhuriyyət küçəsində yerləşən, 54.000 m² ərazidə qurulmuş, 18.600 m² bina olan tikililər kompleksidir. Geniş bir ərazini əhatə edən Mekteb-i Harbiye binası Osmanlı imperiyası üçün zabit yetişdirmək üçün qurulmuş və 1862-ci ildə inşa edilmişdir. Muzey bazar ertəsi və çərşənbə axşamı günləri istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. == Tarixi == Muzey əvvəlcə 1908-ci ildə Aya İrini Kilsəsində açılmışdı. 1950-ci ildə Şişli rayonu yaxınlığındakı Harbiye məhəlləsinə, çox sayda hərbi qurumun cəmləşdiyi ərazidə yerləşən Birinci Ordunun keçmiş qərargahına köçürüldü. 1957-ci ildə muzey General Əhməd Hulki Saral tərəfindən yenidən təşkil edildi. 1993-cü ildə muzey yenidən təşkil edildi və hələ də yerləşdiyi binada fəaliyyət göstərir. == Kolleksiya, ekspozisiya və silahlar == Muzey 9 salondan ibarət eksponatın nümayiş olunduğu 22 salondan ibarətdir.
"Hərb" medalı (Osmanlı imperiyası)
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Bolqarıstan Hərb Tarixi Muzeyi
Bolqarıstan Hərb Tarixi Muzeyi (bolq. Национален военноисторически музей) — Bolqarıstanda yerləşən hərb tarixi muzeyidir. Muzey Bolqarıstanın Sofiya şəhərində yerləşir. Müdafiə Nairliyinin tabeliyində olan muzey müxtəlif adlar altında 1 avqust 1914-cü ildə müəssisə şəklində yaradılmışdır. 4 iyul 1916-cı ildə isə muzey statusu almışdır. Qapalı sahənin ərazisi 5000 kvadrat kilometrdir. Açıq sərgi sahəsinin ərazisi isə 40000 kvadrat kilometrdir (500 kvadrat metr yaşayış sahəsi). Həmçinin muzeydə kitabxana və kompüter mərkəzi fəaliyyət göstərir. == Tarixi == Hərbi Tarix Muzeyi 4 iyul 1916-cı ildə yaradılmışdır. Hərbi Muzey Komissiyası, arxiv, kitabxana və sərgi isə 2 ildən sonra yaradılmışdır.
Hərb və Sülh (roman)
Hərb və sülh (rus. Война и миръ) — Rusiya yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. "Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873–1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur. "Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir. 2009-cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və sülh" birinci olmuşdur.Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır. O, göstərir ki, ən yaxşı Rusiya ədəbiyyatı nümunələri standart normalardan kənara çıxır.
Nasist hərb düşərgələrinin siyahısı
Taqanroq hərb-tarix muzeyi
Taqanroq hərb-tarix muzeyi — Taqanroq şəhərində ilk qeyri dövlət muzeyi. Muzey rayonun mərkəzində, əsrarəngiz bir ərazidə, dəniz sahilinə yaxın bir ərazidə yerləşir. == Muzeyn tarixi == Muzeyin tarixi 2004-cü ilin 9 mayından başlayır. Onun əsası Avto-Retro Taqanroq klubu tərəfindən qoyulmişdur. Son dövrlərdə bir necə avto və moto texnikalar əldə edilmişdir. 2008-ci ildən muzey həebi istiqamət alır. 6 may 2010-cu ildə muzeyin daimi ekspozisiyası açılır. Bir müddət sonra burada minlərlə eksponat toplanmışdır. 2012-ci ilin iyulunda muzeyə rəsmi olaraq «Taqanroq hərb-tarix muzeyi» adı verilir. Muzeydə hərb-tarixi klubu təşkil edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi — Azərbaycan Xalq Cümhuriyyətinin ordusu, hərbi tarixi, donanmaları. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şərait, əldə edilmiş müstəqilliyin qorunması üçün bütün sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində də fəal siyasətin həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət, bir tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin qarşısının alınmasında, uyğun beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun formalaşmasına əlavə imkanlar aça bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət, məhz Azərbaycanla Osmanlı Türkiyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanması və həmin müqaviləyə əsasən, Azərbaycanla Osmanlı Türkiyəsi arasında tarixi hərbi əməkdaşlıq qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütünlükdə Azərbaycan xalqının mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi. Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun Hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi (isp. Golpe de Estado en Chile de 1973) — 1973-cü il 11 sentyabr tarixində Çilidə baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının icazəsi və dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində, dünyada seçim yolu ilə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edəcək diktator hakimiyyəti qurulmuşdur. == Çilidə Alyende dönəmi == Salvador Alyende, 1970-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 36,3% toplayaraq prezident seçildi. Alyende prezident seçildikdən sonra genişmiqyaslı reform layihələrinin icrasına başladı. Keçirilməsi nəzərdə tutulan reformlardan ən önəmlisi sənayenin (xüsusən mis sənayesinin) üzərində dövlət nəzarətinin tətbiq edilməsi və torpağların yenidən bölüşdürlüməsi idi. Alyende tərəfindən həyata keçirilən reformlar, ilk illərdən etibarən çox uğurlu alındı və Çili iqtisadiyyatı 8.6% genişəndi. Ancaq bu uğurlu nəticələr növbəti cari ildə təkrarlanmadı və 1972-ci ildəki, 140% infilyasiya ölkə iqtisadiyyatını yararsız hala saldı. Ölkədə ərzaq qıtlığı yaşanmağa başladı və qara bazar şəbəkəsi sürətlə genişləndi.
701 saylı hərbi briqada
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur.Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi.
701 saylı hərbi hissə
701-ci Briqada — Azərbaycan Silahlı Qüvvələri-nin ilk hərbi hissəsi.I Qarabağ müharibəsində şücaət və qəhrəmanlıqla iştirak etmiş hərbi birləşmə. == Yaranma tarixi == 9 oktyabr 1991-ci ildə Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18 110 saylı hərbi hissəsinin bazasında A.S.Q ilk motoatıcı briqadası formalaşdırılıb. == Döyüş yolu == Kəlbəcər rayonunu əvvəllər 701-ci briqada müdafiə edirdi, sonra 701-ci briqada Laçın rayonuna döyüş əməliyyatlara göndərilir. 1993 ilin fevralın ayının ortalarında Ağdərə rayonu düşmən tərəfindən işğal olunandan sonra Kəlbəcər rayonu əli yalın düşmənlə üz- üzə qalır. 701-ci briqada isə Əzizağa Qənizadənin MN rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılsa da Laçın rayonundan Kəlbəcər rayonuna qaytarılmır və beləliklə bu rayonun işğalı üçün münbit zəmin hazırlanmış olur.Düşmənin 6 alaya qədər olan qüvvəsinin Kəlbəcər rayonuna 3 istiqamətindən gedən irimiqyaslı hücumu zamanı hələ 701-ci briqada Laçın rayonunda döyüşürdü. Halbuki bu günədək kəlbəcərlilər də daxil olmaqla çoxları bu rayonun işğalında 701 saylı hərbi hissənin günahkar olduğunu düşünür. Amma əlahəzrət fakt tamam bunun əksini deyir. Laçın rayonunda döyüş əməliyyatları aparan 701-ci briqada Kəlbəcər rayonunda necə ola bilərdi? Düşmən Kəlbəcər rayonunda döyüşür, 701-ci briqada isə Laçın rayonunda mövqeləri qorumaqla məşğuldur.Ə. Qənizadə döyüşlərin birinci günündən və həmin hərbi hissə tam darmadağın edilənə qədər əsgərlərlə bir yerdə vuruşur. Onun xatirələrindən qısa təqdimat: “Başqa çıxış yolu yox idi.
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə
777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə, daha sonra 777-ci Motorlu Tüfəng Alayı — Azərbaycan Silahlı Qüvvələrinə bağlı Azərbaycan Quru Qoşunlarında xüsusi təyinatlı hərbi hissə. == Tarixi == === Birinci Qarabağ müharibəsi === 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə 1 yanvar 1992-ci il tarixində, Azərbaycanın paytaxtı Bakı şəhərində, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə yaradılmışdır. Polkovnik-leytenant Elçin Məmmədov tabor komandiri, baş leytenant Rövşən Əkbərov isə tabor komandirinin müavini təyin edilmişdir. Taborun tərkibi ilkin olaraq Əfqanıstan müharibəsi zamanı Sovet Ordusunda xidmət etmiş 32 azərbaycanlı zabitdən ibarət idi. Buna görə tabor "Əfqan" ləqəbi ilə tanınırdı. Taborun formalaşdırılma prosesi davam etdiyi müddətdə dövrün Azərbaycan Müdafiə naziri Tacəddin Mehdiyevin əmri ilə hərbi hissənin Vaqif Musayevin rəhbərlik etdiyi bir kəşfiyyat qrupu Şuşa şəhərinə göndərilmişdir.1992-ci ilin yanvarında hərbi hissənin şəxsi heyəti keçirdiyi əməliyyat nəticəsində keçmiş SSRİ-nin 4-cü ordusunun 295-ci Motorlu Tüfəng Diviziyasının 7 PDM-ni ələ keçirmişdir. 1992-ci il fevral ayının əvvəlində, 30 zabit və 20 əsgərdən ibarət olan 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissə şəhəri müdafiə etmək üçün Şuşaya köçürülmüşdür. Şəhərə gələn batalyon dərhal döyüş tapşırıqlarını yerinə yetirməyə başlamışdır. Bu döyüş tapşırıqlarına Ermənistan Silahlı Qüvvələrinə aid döyüş xətlərinin arxasında kəşfiyyat və təxribat əməliyyatları, eləcə də Laçından Şuşaya doğru irəliləyən kolonlara müşayiət etmək aid idi. Şuşanın işğal edilməsinin ertəsi günü bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndində mühasirəyə düşmüşdür.
Abbas Quliyev (hərbçi)
Quliyev Abbas Şahbaz oğlu (15 sentyabr 1916, Şəkərabad, Naxçıvan rayonu – 30 dekabr 1998, Naxçıvan) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 1916-cı ildə Naxçıvan qəzasının (indiki Babək) Şəkərabad kəndində anadan olmuşdur. 1930-cu ildə ibtidai məktəbi, sonra Bakı şəhərindəki fabrik-zavod şagirdliyi məktəbini, 1936-cı ildə isə Pedaqofi məktəbi bitirib Naxçıvan Dövlət Dram Teatrında aktyorluq etmişdir. 1942-ci ildə Topçular Məktəbini bitirdikdən sonra cəbhəyə getmiş, Bryansk, "Mərkəz", 1 Belorusiya cəbhələri, Oryol, Belqorod, Poltava, Xarkov, Donbas şəhərləri, Dnepr, Visla, Oder çayları uğrunda döyüşlərdə, Varşavanın azad edilməsində fərqlənərək qvardiya kapitanı rütbəsinə qədər yüksəlmiş, 1945-ci ilin mart ayında Almaniyanın Noyştetin şəhəri yaxınlığında gedən döyüşlərdə ağır yaralanmış, müalicədən sonra 1945-ci il avqustun axırlarında 1I dərəcəli Vətən Müharibəsi əlili kimi tərxis olunmuşdur. Ona SSRİ MİK-nın 1934-cü il 16 aprel tarixli qərarı ilə təsis edilmiş 1945-ci il 21 fevral tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Polşada Visla çayı uğrunda mübarizədə çətin və məsul əməliyyatın yerinə yetirilməsində şəxsi qəhrəmanlıq və cəsurluq göstərdiyinə, Vislanın qərb "sahilində geniş mövqe tutmaqda piyadalara bacarıqla və qətiyyətlə kömək göstərdiyinə görə Topçu batareyasının komandiri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Lenin, 1-ci dərəcəli Vətən Müharibəsi "Aleksandr Nevski", Qırmızı Bayraq ordenləri və "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. 1945-ci ildən Naxçıvan Dövlət Dram Teatrının direktoru, 1946–1953-cü illərdə Naxçıvan MSSR Maarif nazirinin müavini, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1953-cü ildən isə Naxçıvan şəhər ZDS İK-nın sədri, 1956–1971-ci illərdə Naxçıvan rayon ZDS-nın sədr müavini, sonra isə Naxçıvan rayon İcraiyyə Komitəsində şöbə müdiri vəzifələrində çalışmışdır. İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur. IV, IX, X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. 1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazmışdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".
Abdulla Abdullayev (hərbçi)
Abdulla Abdullayev (1964, Alpı, Ucar rayonu – 1985, Əfqanıstan) — 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş hərbçi. == Həyatı == Abdullayev Abdulla Qədir oğlu 1964-cü il oktyabrın 25-də Ucar rayonunun Alpı kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Alpı kənd orta məktəbində almışdır. 3 aprel 1983-cü ildən 25 mart 1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. Ölümündən sonra 16 avqust 1985-ci ildə və 20 dekabr 1988-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əfqanıstan Respublikasında Beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi hərbi rəşadətə və igidliyə görə" döyüşçü Abdullayev Abdulla Qədir oğlu 2 dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Aqşin Abdullayev (hərbçi)
Aqşin İsmayıl oğlu Abdullayev (1 oktyabr 1982, Kiş, Şəki rayonu – 25 fevral 2017, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub, "Şücaətə görə" medalına layiq görülmüş ilk hərbçi. == Həyatı == Aqşin Abdullayev 1982-ci il 1 oktyabrda Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1-ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003-cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil almışdır. Aqşin 2004-cü ildə ailə həyatı qurmuşdur. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var. == Hərbi xidməti == Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini almışdır. 2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir.
Arif Məhərrəmov (hərbçi)
Məhərrəmov Arif Vəli oğlu (23 sentyabr 1965) — Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı (1998). == Həyatı == 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1983-1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Azərbaycan Hərbi Dəniz Qüvvələri
Azərbaycan Hərbi Dəniz Qüvvələri — 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamış Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü. 1919-cu ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi. == HDQ Arsenalı == == Azərbaycan Xalq Cümhuriyyəti dövrü == Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır. Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi. Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı.
Azərbaycan Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə — Azərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri. == Tarixi == Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Azərbaycan Xalq Cümhuriyyəti Hərbi məhkəməsi
Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı. == Yaradıldığı tarix == İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu. == Vəzifəsi == Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi.
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilikdə
Azərbaycan Xalq Cümhuriyyəti Xəzər hərbi dənizçilik- Azərbaycan Respublikası öz fəaliyyətinə başladığı dövrdə hərbi-siyasi şərait, Antantanın, Üçlər İttifaqı ölkələrinin və Sovet Rusiyasının qarşılıqlı təsirindən Xəzər bölgəsində yaranmış geosiyasi rəqabət özünəməxsus mürəkkəbliyi və gərginliyi ilə fərqlənirdi. 1918–1920-ci illərdə Avrasiyanın ən mühüm geosiyasi vəziyyətini dəyişdirən amillərdən birinə çevrilmiş Xəzər bölgəsinin qlobal hərbi-siyasi hadisələrini və dünya ölkələrinin hərbi-strateji inkişafına əsaslı təsir göstərmişdir. == Xəzər dənizi AXC == 1917-ci il Fevral inqilabı Rusiya imperiyasını kökündən silkələyən ən böyük sosial-siyasi kataklizm olmuşdur. Oktyabr bolşevik çevrilişindən sonra keçmiş nəhəng imperiyanın ərazisində vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin – Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta Şərqdə Xəzər bölgəsində öz nəzarətini yaratmaq uğrunda geosiyasi mübarizə daha da güclənmiş və yeni vüsət almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar rolu oynayırdı, müharibə ərəfəsində Bakı Rusiya imperiyası neftinin dörddə üç, dünya neftinin 15 faizini verirdi. Xəzər dənizinin ən böyük limanı sayılan Bakını tutmaq Xəzər dənizinin bütün akvatoriyasını tam nəzarət altına almaq üçün geniş imkanlar açırdı. Həm də Bakıda onlarla Neftayırma zavodu və digər böyük sənaye müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların – dəmir yolunun, şose və torpaq yollarının Azərbaycan ərazisindən keçməsi Xəzər Hərbi Donanmasının Bakıda yerləşdirilməsi üçün mühüm hərbi-strateji amil hesab edilirdi.
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti
Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur. == Fəaliyyəti == Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. == Yaradılması == 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. == Fəaliyyəti == Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı qüvvələr növü. == Yaradılması == Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi. == Fəaliyyəti == Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına başlayaraq, nazirliyin hərbi-dəniz şöbəsini təşkil etdi. Hərb gəmiləri heyətlərinin formalaşdırılması barədə də qərar verildi. Azərbaycan Hökumətinin Ukraynadakı diplomatik nümayəndəsi rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, tatar əsilli İslamov milli donanmanın yaradılması işinə yardım göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun hissələrində tibb xidmətinin təş- kilinə rəhbərlik edən orqan. == Yaradılması == Əsası 1918 il noyabrın 15-də qoyulmuş və əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində fəaliyyətə başlamışdı. Azərbaycanda tibbin kifayət qədər inkişaf etmədiyi bir vaxtda hərbi-tibb idarəsinin fəaliyyəti hərbi nazirin ciddi nəzarətində olmuşdur. Nazir Səməd bəy Mehmandarovun müvafiq əmri ilə həkim A.Sulakov 1918 il noyabrın 27-də hərbi-tibb şöbəsinin rəisi təyin edildi. Həmin tarixdə daha 15 nəfər tibb işçisi orduya qəbul edilərək, müxtəlif qoşun hissələrinə təyinat aldılar. == Fəaliyyəti == Qoşunlarda tibb xidmətinə olan ehtiyacın aradan qaldırılması üçün S.Mehmandarovun əmri ilə 1918 il dekabrın 14-də Gəncə Praporşiklər məktəbində 10 nəfərlik qəbul otağı, dekabrın 15-də Hacıqabulda yerləşən 2-ci Bakı alayında 60 nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci Cavanşir piyada alayında 60 nəfərlik əsgər xəstəxanası, 2-ci Qarabağ süvari alayında 20 nəfərlik müayinə otağı, 1919 il fevralın 4-də isə Əlahiddə Zaqatala taborunun 20 nəfərlik əsgər xəstəxanası fəaliyyətə başladı. Bakı, Gəncə və Xankəndidə hərbi xəstəxanalar təşkil edildi. Gəncə hərbi xəstəxanası nəzdində bölük feldşer köməkçiləri hazırlayan 4 aylıq kurslar yaradıldı. Hərbi nazirin əmri ilə 1919 il iyulun 19-da həkim Bahadur bəy Qayıbov strukturun rəhbəri təyin olundu. Onun rəhbərliyi ilə 1919 il noyabrın 5-də Şuşada 5 nəfər zabit və 100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər xəstəxanası, 1920 il yanvarın 1-də Bakı şəhərində 5-ci Bakı piyada alayının əsgər xəstəxanası, 1920 il yanvarın 13-də Xankəndidə 2-ci Qarabağ süvari alayın ın 30 nəfərlik müayinə otağı, 1920 il fevralın 1-də Xankəndidə 1-ci Cavanşir piyada alayının 30 nəfərlik müayinə otağı açılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müalicəsi və bundan ötrü müəyyən edilmiş xidmətlərin icrasını təşkil edən orqan. == Yaradılması == Müstəqil struktur kimi 1919-cu ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində baytar xidməti göstərirdi. Bu xidmətdən əsasən, süvari və topçu hissələrində, həmçinin piyada və təchizat bölmələrində istifadə olunurdu. == Fəaliyyəti == 1919-cu ilin martından başlayaraq hərbi baytar idarəsinin rəhbərliyi ilə nalbəndlər hazırlayan 4 təlim dəmirçixanası açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 2-ci dağ topçu divizionunda fəaliyyətə başlamışdılar. Bunlardan başqa, hərbi-baytar idarəsinin tabeliyində baytar xəstəxanası da fəaliyyət göstərirdi. Hərbi-baytar idarəsinə baytar həkimləri Yermonski və Kvitaşvili rəhbərlik etmişlər. == Ləğvi == 1920-ci il martın 15-də hərbi nazirliyin digər təminat və təchizat strukturları kimi hərbi-baytar idarəsi də Azərbaycan ordusunun təchizat rəisinin tabeçiliyinə verildi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəmiryolçular Məktəbi — hərbi xarakterli yükləri daşımaq, dəmir yolu nəqliyyatı işinin hərbi tələblərə uyğun qurulması üçün mütəxəssislər hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Məktəbin açılması ilə bağlı təşkilati işlərə 1919 ilin yazında başlanılmışdı. Hərbi nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə xüsusi diqqət yetirirdi. Həm də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-azərbaycanlılar olduğundan onların etibarlılığı şübhə doğururdu. Hərbi yüklərin daşınmasında fasiləsiz iş rejiminə və sabit vəziyyətə nail olmaq üçün 1919 il avqustun 10-da hərbi dəmiryolçular məktəbi təsis edildi. Baş ərkani-hərbin rəisi Məmməd bəy Sulkeviçin 1919 il 28 may tarixli məktubuna əsasən, praporşiklər məktəbinin 20 nəfər məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular məktəbinə göndərildi. Məktəbdə 120 nəfər əsgərin təhsil alması planlaşdırılmışdı. == Rəhbərlik == Hərbi nazirin əmrinə əsasən, məktəb 1919 il sentyabrın 4-dən fəaliyyətə başladı. Məktəbin rəisi vəzifəsi poruçik Qluxova həvalə olunmuşdu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Dəniz Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-Dəniz Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış silahlı qüvvələr növü. == Yaradılması == Cümhuriyyət Hökuməti obyektiv çətinliklər üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının "Sentrokaspi diktaturası" və ingilis müdaxiləçilərindən təmizlənməsi ərəfəsində buradakı əsas hərb gəmiləri — "Qars", "Ərdəhan" və "Astrabad" Petrovsk-Porta aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri adları çəkilən gəmiləri geri qaytarsa da, onları Azərbaycan Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. Cümhuriyyət Hökuməti bir neçə dəfə həmin gəmilərin Azərbaycana qaytarılması barədə vəsatət qaldırmışdı. Belə ki, xarici işlər naziri Məmməd Yusif Cəfərov 1919-ci il avqustun 4-də Bakıdakı müttəfiq qoşunlarının komandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərinin mühafizəsi, dövlətin ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini xahiş etmişdi. Xəzərdəki hərbi-dəniz qüvvələrinin əsas hissəsi Denikinin tabeliyində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o cümlədən "Qars", "Ərdəhan" və "Astrabad" 1919-cu il sentyabrın əvvəllərində Azərbaycan Hökumətinin sərəncamına keçmişdi. == Fəaliyyəti == Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrinin formalaşdırılmasına başlayaraq, nazirliyin hərbi-dəniz şöbəsini təşkil etdi. Hərb gəmiləri heyətlərinin formalaşdırılması barədə də qərar verildi. Azərbaycan Hökumətinin Ukraynadakı diplomatik nümayəndəsi rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, tatar əsilli İslamov milli donanmanın yaradılması işinə yardım göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Feldşer Məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. == Yaradılması == Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919 il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919 il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini müdafiə etdi. Hərbi nazirin 1919 il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, ştat cədvəlinin rəs mən təsdiqlənməsini gözləmədən, dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun ştatı 1919 il avqustun 31-də Hərbi şurada təsdiq olunmuşdu. == Fəaliyyəti == Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Səməd bəy Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun tərkibində formalaşdırılmış qoşun növü. == Zəmin == Mudros barışığının (1918) şərtlərinə əsasən, 1918 ilin noyabrında Bakını zəbt etmiş ingilis qüvvələri Xəzər dənizindəki hərbi gəmiləri hidrotəyyarələrlə birlikdə öz nəzarətləri altına aldılar. Sonra isə Xəzərdəki Hərbi Dəniz Qüvvələri Denikinə təhvil verildi və bununla Azərbaycan mövcud olan az-çox aviasiya texnikasından da məhrum edildi. == Fəaliyyəti == Hərbi hava qüvvələrinin təşkilinin zəruriliyini nəzər alaraq, hərbi nazirlik bu işə ən əvvəl müvafiq kadrlar hazırlanmasından başladı. Hərbi nazir Səməd bəy Mehmandarov 1919 il yanvarın 22-də Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərova məktubla müraciət edərək, azərbaycanlıların Tiflisdəki Aviasiya məktəbinə göndərilməsinin mümkünlüyünü öyrənməsini xahiş etdi. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi (1919) bağlandıqdan sonra Azərbaycandan bir qrup əsgər və zabit Gürcüstana ezam olundu. Onlardan 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnməli idi. Kapitan Firidun Mirzə Qacar, praporşiklər Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, Həsənzadə və Qaraşarov həmin zabitlərdən idi.Milli ordunun hərbi-hava strukturunun formalaşdırılmasından əvvəl onun rəhbərliyi müəyyənləşdirildi. Hərbi nazirin 1919 il 19 avqust tarixli əmri ilə podporuçik Teymur xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi. Dəstə birbaşa Baş ərkani-hərbə tabe idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbi
Hərb və Sülh romanındakı obrazların siyahısı
Aşağıdakı siyahıda Lev Tolstoyun «Hərb və Sülh» romanındakı obrazların siyahısı təqdim edilmişdir. Siyahı əsas, ikinci dərəəli və epizodik obrazların ayrıca qeyd edilməsi şəklində hazırlanmışdır. Rahat olması üçün siyahı kateqoriyalara bölünmüş, kateqoriyalar tərkibində isə adla əlifba sırası ilə düzülmüşdür. Kateqoriyalar tarixilik əsasında yox, obrazların romandakı mövqeyinə görə müəyyən edilmişdir. Hər obrazın qarşısında, onun romanda ilk dəfə göründüyü səhifə qeyd edilmişdir. İlk rəqəm (rum rəqəmi) kitabın cildini (E həri isə Epiloqu), ikinci rəqəm (ərəb rəqəmi) cilddəki hissəni, üçüncü rəqəm (rum rəqəmi) isə fəsli bildirir. Adların bəzisinin qarşısında olan Y işarəsi isə həmin obrazın tarixi şəxsiyyət olduğunu bildirir. == Əsas obrazlar — rus zadəgan ailələrinin təmsilçiləri == === Rostovlar === Rostov Andrey (Andryuşa) Nikolayeviç , Nikolay Rostovun oğlu. E, 1, IX Rostov İlya Andreyeviç, qraf. I, 1, X Rostov Nikolay İliç.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.67 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 20.56
2003 •••••••••• 9.45
2004 ••••• 4.38
2005 •••••• 5.40
2006 ••••••••• 8.33
2007 •••••••••• 9.94
2008 •••••• 5.85
2009 •••••••• 8.00
2010 •••••••• 7.81
2011 ••••••• 6.43
2012 ••••••• 6.54
2013 •••••••• 8.17
2014 •••••••• 7.21
2015 ••••••••• 8.51
2016 •••••••••••• 11.63
2017 •••••••••• 9.43
2018 •••••••• 8.09
2019 ••••••• 6.82
2020 •••••• 5.97

hərb sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Müharibə, döyüş, savaş. Dünya hərbi. – O təmiz alnında gördüyüm vüqar; Vətəndaş hərbindən qalmış yadigar. S.Vurğun. Xəyalın qanadı yenə yüksəlir; Yadıma qanlı hərb illəri gəlir. N.Rəfibəyli. □ Hərb etmək – müharibə etmək. [Birinci işçi:] Hərb edib çarpışırıq sizlər üçün! Çalışıb çarpışırıq sizlər üçün! H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / hərb

hərb sözünün sinonimləri (yaxın mənalı sözlər)

hərb sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 HƏRB – SÜLH Bu gündən hazır ol, hərbə girişək; Taxtını-tacını mən alam gərək (S.Vurğun); Əmiraslan ağa, mən də, Hacı da sülh tərəfdarıyıq (S.S.Axundov).

    Azərbaycan dilinin antonimlər lüğəti / hərb

hərb sözünün rus dilinə tərcüməsi

  • 1 война, баталия

    Azərbaycanca-rusca lüğət / hərb
  • 2 I сущ. война (в противоположность миру). Hərb və sülh bir birinə zidd məfhumlardır война и мир – противоположные друг другу понятия, hərbin öz qanunları var у войны свои законы, biz hərb istəmirik, ancaq hərbə hazır olmalıyıq мы не хотим войны, но должны быть готовыми к войне II прил. военный. Hərb gəmisi военный корабль, hərb elmi военная наука, hərb sənəti военное искусство, münaqişənin hərb yolu ilə həlli решение конфликта военным путем; hərb etmək воевать, сражаться

    Azərbaycanca-rusca lüğət / hərb

hərb sözünün inglis dilinə tərcüməsi

hərb sözünün fransız dilinə tərcüməsi

hərb sözünün ləzgi dilinə tərcüməsi

hərb sözünün türk dilinə tərcüməsi

hərb sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

HƏRB1 f. müharibə, dava. HƏRB2 ə. qaçma, fərarilik etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"hərb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hərb nədir? #hərb sözünün mənası #hərb nə deməkdir? #hərb sözünün izahı #hərb sözünün yazılışı #hərb necə yazılır? #hərb sözünün düzgün yazılışı #hərb leksik mənası #hərb sözünün sinonimi #hərb sözünün yaxın mənalı sözlər #hərb sözünün əks mənası #hərb sözünün etimologiyası #hərb sözünün orfoqrafiyası #hərb rusca #hərb inglisça #hərb fransızca #hərb sözünün istifadəsi #sözlük