hərbə-zorba sözü azərbaycan dilində

hərbə-zorba

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərbə-zorba • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hərbə-zorba
Hərbə-zorba — aşıq deyişmələrindəki mühüm mərhələlərdən biri. Bu mərhələdə aşıqlar sazlarını sinələrinə basaraq eyni hava, eyni kök, eyni şeir şəkli və eyni rədif üstündə biri-birinə meydan oxuyaraq mübaliğəli söz və ifadələrlə özlərinin sözsənət gücünü öyüb tərifləyir, qarşı tərəfi isə heçə sayır. Özünü öyüb tərifləyən aşıq onunla deyişmə meydanına çıxmağa cəsarət edən digər aşığı müxtəlif poetik təzyiq vasitələri ilə psixoloji sarsıntıya məruz qoymağa və bu üsulla da qorxudub qaçırtmağa çalışır.
Zorba
Zorba bu mənaları ifadə edə bilər:
Zorba (Talin)
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.

hərbə-zorba sözünün leksik mənası və izahı

  • 1 is. Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. □ Hərbə-zorba gəlmək – bax hərbələmək. Əsil deyişmə odur ki, bir məclisdə iki aşıq (şair) qarşıqarşıya eyni rədif, eyni qafiyə və eyni şəkildə bədahətən şeir söyləsin, bir-birinə hərbə-zorba gəlsin, qıfılbənd desin, müvafiq cavab alsın.

    Azərbaycan dilinin izahlı lüğəti / hərbə-zorba
  • 2 Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. (“Koroğlu” dastanının lüğəti) Belə deyəndə Koroğlu sazı alıb, görək Bəylərə necə hərbə-zorba gəldi. (“Koroğluynan Bəylər”) ( İ.A., B.A.) * Həsən baxdı ki, Zərnişan xanım onu hərbə-zorbası ilə imtahana çəkir. (“Zərnişan xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)

    Azərbaycan dastanlarının leksikası / hərbə-zorba
  • 3 Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. Qorxmayıram sənin hərbə-zorbandan, Nə bəyindən, nə paşandan, nə xandan. Al qan axıdaram indi yaxandan, Həramibaşıyam, adamsoyanam.                                        (“Baxış-Leyla”)

    Azərbaycan dastanlarının leksikası / hərbə-zorba

hərbə-zorba sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. угроза (обещание причинить какое-л. зло, неприятность) 2. лит. форма кошмы в состязании ашугов, содержащая больше самовосхваления и угрозы победить соперника; hərbə-zorba gəlmək грозить, угрожать кому

    Azərbaycanca-rusca lüğət / hərbə-zorba

hərbə-zorba sözünün fransız dilinə tərcüməsi

hərbə-zorba sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. куьчӀуьрарун патал ийидай гьерекат ва я лугьудай гаф; кичӀерар гун, сеперар, къургъар, гьелягъар, кичӀерар; // hərbə-zorba gəlmək кил. hərbələmək.

    Azərbaycanca-ləzgicə lüğəti / hərbə-zorba

Oxşar sözlər

#hərbə-zorba nədir? #hərbə-zorba sözünün mənası #hərbə-zorba nə deməkdir? #hərbə-zorba sözünün izahı #hərbə-zorba sözünün yazılışı #hərbə-zorba necə yazılır? #hərbə-zorba sözünün düzgün yazılışı #hərbə-zorba leksik mənası #hərbə-zorba sözünün sinonimi #hərbə-zorba sözünün yaxın mənalı sözlər #hərbə-zorba sözünün əks mənası #hərbə-zorba sözünün etimologiyası #hərbə-zorba sözünün orfoqrafiyası #hərbə-zorba rusca #hərbə-zorba inglisça #hərbə-zorba fransızca #hərbə-zorba sözünün istifadəsi #sözlük