* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 13.70 |
2003 | ••••••••••••• | 8.66 |
2004 | •••• | 2.70 |
2005 | •••••••••••••••••• | 12.15 |
2006 | •••• | 2.25 |
2007 | •• | 1.06 |
2008 | ••• | 1.95 |
2009 | •••• | 2.24 |
2010 | •••• | 2.54 |
2011 | ••••• | 3.00 |
2012 | ••• | 1.72 |
2013 | •••••••• | 4.81 |
2014 | •••• | 2.06 |
2015 | •• | 1.36 |
2016 | • | 0.52 |
2017 | • | 0.16 |
2018 | ••• | 1.80 |
2019 | •• | 0.83 |
2020 | ••• | 1.46 |
1 əvəz. Toplu halında olan adamlardan hər biri; hər kəs. Hərə bir söz deyir. Hərə bir tərəfə getdi. Hərənin öz fikri var. – Qayadibi kəndinin əhalisi durub hərə öz işinə getdi… S.S.Axundov. Hərə bir iş görürdü: bir yanda xəmir yoğrulur, bir yanda yumurta çalınır, bu biri tərəfdə sabah xörəyi üçün düyü arıdılırdı. T.Ş.Simurq. Çəkdi bu milləti hərə bir yerə; Məqsəd – kürsü eşqi, amal – mənfəət. B.Vahabzadə. // Hərəsi şəklində – ayrı-ayrılıqda, hər biri. Adamların hərəsi bir işlə məşğuldur. – Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. “Koroğlu”. Sarı bülbüllər, torağaylar, göyçə qarğalar, … ənlikli bülbüllər hərəsi bir cür səslə oxuyub, səs-səsə verirlər. E.Sultanov. Külək qalxmışdı. Hərəsi bir rəngdə, hərəsi bir biçimdə olan yarpaqlar xışıldaşırdı. B.Bayramov. ◊ Hərə bir zurna çalır – bax hər ağızdan bir avaz gəlir (“hər”də). Hərə öz atını minib istədiyi yerə çapır – bir işdə birlik, həmrəylik, yekdillik olmadığını ifadə edir. Hərənin ağzından bir avaz (hava) gəlir (çıxır) – bax hər ağızdan bir avaz gəlir (çıxır) (“hər”də).
Azərbaycan dilinin izahlı lüğəti / hərə2 мест. в знач. сущ. 1. каждый (всякий человек). Hərə bir iş görürdü каждый выполнял определенную работу, hərənin öz fikri var у каждого свое мнение 2. в форме hərəsi: каждый из (один из ряда подобных). Oturanların hərəsi каждый из сидящих, uşaqların hərəsinə bir kitab verdilər каждому ребёнку дали по одной книге ◊ hərə bir dərədə кто где, кто где попало; hərə bir zurna çalır каждый по своему: кто в лес, кто по дрова; hərə öz atına minib (istədiyi yerə) çapır каждый твердит своё (об отсутствии согласованности, единодушия в работе, в мыслях); hərənin ağzından bir avaz (bir hava) gəlir (çıxır) кто в лес, кто по дрова
Azərbaycanca-rusca lüğət / hərə1 əv. everyone; Hərə öz yerini tutmalıdır Everyone must take his seat
Azərbaycanca-ingiliscə lüğət / hərə1 əv. chacun ; ~ öz yerində olmalıdır chacun doit être à sa place
Azərbaycanca-fransızca lüğət / hərə1 тӀв-эв. гьар сад, гьар (са) кас; гьарма; hərə bir söz deyir гьарда са гаф лугьузва; hərəsi гьар сад, гьар са кас, чара-чараз; ** hərə bir zurna çalır кил. hər (hər ağızdan bir avaz gəlir); hərənin ağzından bir avaz (hava) gəlir (çıxır) кил. hər (hər ağızdan bir avaz gəlir).
Azərbaycanca-ləzgicə lüğəti / hərəI (Cəlilabad, Əli Bayramlı) böyük mişar. – Hərə biz deyüg iri mişar oley ona (Cəlilabad) II (Kürdəmir, Salyan) cərgə, sıra. – İki hərə bossan əkmişəm. – Qalxoz pambığı hərəynən əkib (Kürdəmir) III (Salyan) kotanın açdığı şırım IV (Culfa, Qarakilsə) taxça, rəf. – Hərəyə samavar, istəkan, nəmnə qoyarıx; – Hərə duharda olar, ora qab-qaşıx qoyarıx; – Hərə axçadan qəvliyətdi olur (Culfa)
Azərbaycan dilinin dialektoloji lüğəti.