* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] köhn. 1. Arvad, zövcə. [Çopo:] Qəbir torpaqla örtülmədən əvvəl xaqan, onun hərəmi və dayə gəldi. Çəmənzəminli. [Həsən:] Ah … mənim hərəmim. Qardaşlar, niyə gözləyirsiniz, bu qədər zülmə dayanmaqmı olar? Zor ilə mənim hərəmimi aldılar, apardılar. C.Cabbarlı. 2. Hərəmxana qadınlarından hər biri. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otağa hazır olub müntəzir idilər. M.F.Axundzadə. [2-ci məhbus:] …Şah Abbas öz sarayında gözəl-göyçək hərəmləri ilə eyş-işrətlə məşğuldur. Ü.Hacıbəyov. 3. bax hərəmxana. // Keçmişdə müsəlman evlərində qadınlara məxsus hissə, otaqlar.
Azərbaycan dilinin izahlı lüğəti / hərəm2 HƏRƏM1 ə. 1) Misirdə qədim zamanlardan qalmış ehramlardan hər biri; 2) həndəsədə: piramida. HƏRƏM2 ə. 1) qadağan olunmuş yer; 2) bax hərəmxanə; 3) ərli qadın; 4) müqəddəs yer; ziyarətgah; 5) ətrafı divarla əhatə olunmuş həyət. Hərəmi-şərif «şərafətli hərəm» Kəbə və onun ətrafı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hərəm2 1 сущ. устар. 1. жена, супруга. Xanın hərəmi жена хана 2. наложница 3. см. hərəmxana; гарем 4. в прошлом: комнаты, отведенные для женщин 2 сущ. диал. ограда вокруг могилы или кладбища
Azərbaycanca-rusca lüğət / hərəm1 [ər.] сущ. куьгьн. 1. паб; 2. гьеремханадин папарикай гьар сад; 3. кил. hərəmxana; // виликра мусурманрин кӀвалера дишегьлийриз махсус тир пай, кӀвалер.
Azərbaycanca-ləzgicə lüğəti / hərəm(Hamamlı, Qazax) qəbrin, qəbiristanlığın ətrafına çəkilən hasar. – Hasan dədəsinin qavrının qıra:na hərəm çəx’dirif (Hamamlı); – Bu qəvirsannığın hərəmi niyə yoxdu (Qazax)
Azərbaycan dilinin dialektoloji lüğəti.