* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 534.48 |
2003 | •••••••••••••• | 370.85 |
2004 | ••••••••••• | 282.64 |
2005 | •••••••••• | 252.37 |
2006 | ••••••••••• | 269.16 |
2007 | •••••••••• | 258.79 |
2008 | •••••••••• | 243.13 |
2009 | ••••••••••••• | 322.05 |
2010 | •••••••••••••• | 373.26 |
2011 | •••••••••••••• | 356.98 |
2012 | •••••••••••• | 304.44 |
2013 | ••••••••••••••••••• | 497.28 |
2014 | ••••••••••••••• | 397.11 |
2015 | •••••••••••• | 296.69 |
2016 | •••••••••• | 256.15 |
2017 | •••••••••• | 252.01 |
2018 | ••••••••• | 235.97 |
2019 | ••••••••• | 227.69 |
2020 | ••••••••••••• | 323.96 |
1 zərf 1. İnkar cümlələrində gözlənilən bir işin vaxtında baş vermədiyini, gecikmiş olduğunu bildirir – hələ də. Camaat hələ yığılmayıb. Məktub hələ mənə çatmayıb. Soyuqlar hələ düşməyib. – Uzaqdan görünən meşəli silsilə dağların başı sübh dumanından hələ təmizlənməmişdi. Q.İlkin. Qızlar təpənin quzeyində hələ günəşdən yanmamış göy otluqda bir müddət sakitcə əyləşdilər. İ.Hüseynov. // İndiyədək, hələ də, hələ ki. Halbuki boş otaqlarda haradansa gətirilmiş, hələ qaydası ilə qoyulub yerbəyer edilməmiş şkaflardan, stollardan, lülələnmiş kağızlardan başqa bir şey yox idi. Mir Cəlal. Alaqaranlıqda hələ yer ilə göy bir-birindən seçilmir, … bildirçinlər, turaclar səs-səsə verib doğacaq günəşi pişvaz edirdi. M.Rzaquluzadə. // Vaxt, yer bildirdikdə – artıq, daha. Hələ uşaqkən təbiəti sevmişəm. Hələ bu gün onu görmüşəm. Hələ məktəbdə oxuyarkən biz dostlaşmışdıq. – [Maya] hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. M.İbrahimov. 2. Bir də, əlavə, üstəlik. Hələ bir məsələ də qalmışdır. Hələ iddiası da var! Hələ xəstəyə də baş çəkməliyəm. Hələ bazara da gedəcəyəm. – Hələ daş yol da təmir edilməli idi. Ə.Əbülhəsən. // Bu vaxta qədər, indiyədək, hələ ki. Mən hələ bilmirəm ki, onun fikri nədir? Gözü hələ yuxuya getməyib. Hələ ay çıxmayıb. – Divar peçləri hələ təzəcə qalanırdı. S.Rəhimov. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. // Hələlik, indi. Sən hələ uşaqsan, başa düşməzsən. O bu işdə hələ naşıdır. Kollektivlə hələ tanış deyil. Hələ yeni məlumat yoxdur. – Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.P.Vaqif. Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi. M.İbrahimov. // Bir şeyin qurtarmadığını, davamı, dalı, sonrası olacağını bildirir. İşlər hələ qurtarmayıb. Səninlə hələ sonra danışacağıq. Hələ söhbətimizin dalı qalıb. – [Mərcan bəy:] Saat ikidir, hələ dörd saat var. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / hələ1 Ərəb mənşəli sözdür, ilkin mənası indi sözünə uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / hələ1 HƏLƏ – SONRA Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi (S.Rəhman); Sonra yenidən düşüncəyə daldı (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / hələ2 нареч. 1. пока: 1) в течение некоторого времени, некоторое время; покамест, пока что. Hələ burada gözlə пока подожди здесь, hələ məktəbdə oxuyur пока учится в школе 2) на некоторое время, временно. Hələ Bakıdadır он пока находится в Баку, hələ iş davam edəcəkdir пока работа будет продолжаться 2. ещё: 1) до сих пор. Hələ qayıtmayıb еще не вернулся, hələ heç nə məlum deyil еще ничего неизвестно 2) пока что. Sən hələ uşaqsan ты еще ребенок 3) уже. Hələ məktəb yaşlarından dostluq edirik мы дружим еще со школьных лет ◊ hələ ki пока что (независимо от того, что произойдет потом). Hələ ki mən onun işindən razıyam пока что я доволен его работой
Azərbaycanca-rusca lüğət / hələ1 z. 1. for the present, for the time being; Bunu hələ belə qoymaq olar You can leave it as it is for the present; 2. still; (inkarda) yet; Yarpaqlar hələ yaşıldır The leaves are still green; O, hələ yorulmayıb He / She is not tired yet; Sən bu kitabı oxuyubsanmı? Hələ yox Have you read this book? Not yet; Hələ yağış yağır It is still raining
Azərbaycanca-ingiliscə lüğət / hələ1 zərf. pour le moment, pour l’instant, pour le temps, en attendant ; encore ; ~ yox pas encore
Azərbaycanca-fransızca lüğət / hələ1 нареч. гьеле (1. гьелени; гилалди; 2. алава; 3. и чӀавалди, гилалди; 4. гьелелиг, гьелени).
Azərbaycanca-ləzgicə lüğəti / hələhələ biçməg: (Salyan) hədə, hədə-qorxu gəlmək. – Səxavət sə: hələ biçirdi
Azərbaycan dilinin dialektoloji lüğəti.