Hələbi sözü azərbaycan dilində

Hələbi

Yazılış

  • Hələbi • 90.9091%
  • hələbi • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hələbi
Hələbi — təxəllüs. Yaşayış məntəqələri Hələbi (Sulduz) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Hələbi (Sulduz)
Hələbi (fars. حلبي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (81 ailə).
Hələbin mühasirəsi (637)
Hələbin mühasirəsi — 637-ci ilin avqust-oktyabr aylarında baş vermişdir. Yərmuq döyüşündə həlledici qələbədən sonra ərəblər Şimali Levantda Bizansın qalan bir neçə qalasından birini mühasirəyə alırlar. == Döyüş öncəsi == Həlledici Yərmuq döyüşündən sonra ərəblər şimala, Suriyanın dərinliklərinə doğru irəliləyirlər. Yolda bir çox kiçik və böyük şəhərləri ələ keçirən sərkərdələr Əbu Übeydə ibn Cərrah və Xalid ibn Vəlid Qinnasrində görüşürlər. Onlar qüvvələrini sonra Hələbə doğru yönəldirlər, burada müdafiəni tutan Yoahim adlı bir Bizans komandirinin komandanlığı altında güclü qarnizon yerləşirdi. Hələb böyük, möhkəm divarlı şəhər və şəhərdən kənarda, eni 400 metrdən bir qədər çox olan, geniş xəndəklə əhatə olunmuş kiçik, lakin demək olar ki, keçilməz təpə qalası idi. == Döyüş == Hələbdəki Bizans sərkərdəsi Yoahim, qalanın kənarında açıq döyüşdə Xalid ibn Vəlid və Əbu Übeydə ibn Cərrahın başçılıq etdiyi ərəb ordusu ilə qarşılaşır. O, məğlub olur və tələsik qalaya çəkilir. Bizanslılar blokadanı yarmaq üçün güclü hücumlar edirlər, lakin hər dəfə uğursuzluğa düçar olurlar. Yoahim İmperator I İraklidan hərbi yardım gözləsədə heç vaxt kömək almır.
Hələbin işğalı
Hələbin işğalı - 1516-1517-ci illərdəki Osmanlı-Məmlük müharibəsinin mərhələlərindən biridir. 24 avqust 1516-cı ildə Mərcidabık döyüşündə Qansu Qavri komandanlığı altında olan Məmlük ordusunu ağır məğlubiyyətə düçar edən Yavuz Sultan Səlimin komandanlığındakı Osmanlı ordusu kampaniyanı davam etdirərək 28 avqust 1516-cı ildə Hələbi işğal etmişdir. == Hərbi əməliyyatlar və şəhərdə Osmanlı hakimiyyətinin yaradılması == Osmanlı ordusunun Mərcidabık qələbəsindən sonra Hələblilər Hələb qalasının qapılarını açaraq Yavuz Sultan Səlimi şəhər xaricində qarşılayaraq öz təbəəliklərini təqdim etmişdirlər. Osmanlı ordusu Hələb xəzinəsində olan bir milyon Misir Əşrəfi qızıl sikkə ilə bərabər və 200 okkadan çox olan külçə qızıl və həmçinin də ona bərabər olan zinət əşyaları, qiymətli parçalar və xəzlər ələ keçirmişdirlər. Yavuz Sultan Səlim Hələbdə 19 gün qalaraq şəhərdə Osmanlı inzibati təşkilatının yaradılmasının qayğısına qalmışdır. Bu çərçivədə Qaraca Əhməd Paşa Bəylərbəyi, Çömləkçizadə Kamal Çələbi isə Qazı təyin edilmişdir. Avqustun 29-u Cümə günü Böyük Hələb məscidində cümə namazını qılan Yavuz Sultan Səlim, xətibin onu Xadimül-Hərəmeyn əş-Şərəfeyn titulu ilə xatırlamasından sonra ona əynində olan min qızıl sikkə dəyərindəki kaftanını çıxardaraq hədiyyə etdiyi bildirilir (bəzi mənbələrdə bu hadisənin Şamda baş verdiyi bildirilir). Osmanlı ordusunun Mərcidabıkda qələbə qazanması və Hələbin Osmanlı ərazisinə birləşdirilməsindən sonra bu regiondakı Malatya, Divriği, Darende, Antakya və Kal'at-ür-Rum kimi digər Məmlük qalaları da döyüşmədən Osmanlılara təslim olmuşdurlar. Yavuz Sultan Səlim Hələbdə olarkən, (Mərcidabik döyüşündən əvvəl Osmanlı ordusuna qoşulan) Bığlı Məhəmməd Paşanı iyun ayından bəri Divanə Xosrov Paşanın mühasirəsinə müqavimət göstərən Mardinə göndərdi. 15 sentyabr 1516-cı ildə isə özü Osmanlı ordusunun başında Hələbi tərk edərək Şam istiqamətində hərəkət etmişdir.

hələbi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Astara, Cənubi Azərbaycan, Lənkəran, Masallı, Saatlı, Salyan) ağ dəmirdən neft qabı. – Hələbi deşilib (Cənubi Azərbaycan); – Qoşunun hələbisi çox bö:ydi (Salyan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#hələbi nədir? #hələbi sözünün mənası #hələbi nə deməkdir? #hələbi sözünün izahı #hələbi sözünün yazılışı #hələbi necə yazılır? #hələbi sözünün düzgün yazılışı #hələbi leksik mənası #hələbi sözünün sinonimi #hələbi sözünün yaxın mənalı sözlər #hələbi sözünün əks mənası #hələbi sözünün etimologiyası #hələbi sözünün orfoqrafiyası #hələbi rusca #hələbi inglisça #hələbi fransızca #hələbi sözünün istifadəsi #sözlük