Həbibi sözü azərbaycan dilində

Həbibi

Yazılış

  • Həbibi • 99.2509%
  • həbibi • 0.3745%
  • HƏBİBİ • 0.3745%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həbibi
Həbibi (az.-əbcəd حبيبي‎; təq. 1470, Bərgüşad, Ucar rayonu – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, yaşadığı dövrün ən mühüm Azərbaycan şairi hesab olunur. Həbibi həyatının ilk illərini Ağqoyunlu hökmdarı Yaqub padşah sarayında keçirmiş və ilk şeirlərini burada yazmağa başlamışdır. O, 1502-ci ildə Səfəvi şahı I İsmayıl tərəfindən "şairlərin şahı" tituluna layiq görülmüş və beləliklə, Səfəvilər dövlətində saray şairi olmuşdur. Həbibi öz əsərlərini doğma Azərbaycan dilində yazmış, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs etmişdir. O, özündən sonrakı illərdə yazıb-yaratmış şairlərə, o cümlədən Füzuliyə ustadlıq etmiş, ümumi mənzərədə isə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Həbibi ömrünün son illərini Anadoluda keçirmiş, 1519-cu və ya 1520-ci ildə vəfat etmişdir. == Həyatı == Həbibi 1470-ci ildə Bergüşad kəndində (indiki Azərbaycan Respublikasına bağlı Ucar rayonunun tərkibində) anadan olmuşdur. O, uşaqlıq illərində çobanlıqla məşğul olmuşdur.
Arif Həbibi
Həbibi Arif İzzət oğlu (1 iyun 1943 – 27 yanvar 2021) — Azərbaycan aktyoru, rejissor dublyajist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007). == Həyatı == Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olmuşdur. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirmiş və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlamışdır. Dublyaj üzrə ali dərəcəli kinorejissordur. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və "ukladka" etmişdir. Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olmuşdur. R.İbrahimbəyevin "Sınıq körpülər" filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru olmuşdur. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs demişdir.10 ildən çox "Space" "Lider", "ANS", "ATV" tele kanallarında dublyajla məşğul olmuşdur. 1000-ə yaxın müxtəlif filmləri dublyaj etmişdir.
Füzuli Həbibi
Füzuli Nizami oğlu Həbibi (8 mart 1995, Cəlilabad, Azərbaycan — 31 oktyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həbibi Füzuli 8 mart 1995-ci ildə Cəlilabad şəhərində anadan olub. 2012-ci ildə Cəlilabad şəhər 8 saylı məktəb-liseyi bitirmişdir. 2013-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ildə hərbi xidmətini başa vurub evinə dönmüşdür. Nişanlı idi. Ailədə 3 qardaş idilər. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli Həbibi Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. 4 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Füzuli Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Natavan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycan müğənnisi, və aktrisası, aparıcı. == Həyatı == Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinifinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Natəvan Həbibi
Natavan Həbibi (20 may 1981, Krasnovodsk) — Azərbaycan müğənnisi, və aktrisası, aparıcı. == Həyatı == Natavan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinifinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 1999-cu ildə Vaqif Gərayzadə ilə tanış olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda fəaliyyətə başlayıb. 2006-cı ildən solo karyeraya başlayıb. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağli olub.
Nigar Həbibi
Nigar Həbibi — incəsənət tarixçisi. O, İsveçrənin Cenevrə Universitetində islam incəsənət tarixi üzrə lektor və Sudavar fondunun əməkdaşıdır. Onun tədqiqatları əsasən İran tarixinin erkən müasir dövrünün rəsm əsərlərinə yönəlmişdir. Onun multidissiplinar yanaşmanı mənimsəyən akademik işi rəssamların karyerasına və həyatına, imzalarının həqiqiliyinə, gender məsələlərinə və bədii himayəçiliyə əsaslanır. Həbibi XVII əsrin sonlarında İranın incəsənəti və rəssamları haqqında bir neçə məqalə dərc etmişdir. == Seçilmiş əsərləri == Habibi, Negar. ʿAli Qoli Jebādār et l'Occidentalisme Safavide: Une étude sur les peintures dites farangi sāzi, leurs milieux et commanditaires sous Shāh Soleimān (1666-94) (fransız). Brill. 2018. 1–157.
Rövşən Həbibi
Rövşən Həbibi (1980, Bakı) — Aktyor == Həyatı == 1980-ci ildə Bakıda andan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq faküləsini bitirib. Azərbaycanfilm kinostudiyasın asistent işləyib. 2005-ci ildən Space telekanalında assistent və sonra rejissor kimi çalışıb. 2010-cu ildə Milli Dram teatrında səs rejissoru olub.
İmaməli Həbibi
İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi. 1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir. Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
Şəhriyar Həbibi
Şəhriyar Vidadi oğlu Həbibi (d. 19 yanvar 1993; Osaküçə, Lənkəran rayonu – ö. 6 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Şəhriyar Həbibi 19 yanvar 1993-cü ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olmuşdur. Kənd orta məktəbdə orta təhsil almışdır. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. == Hərbi xidməti == 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, noyabrın 6-da Qubadlının azad edilməsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İmam Əli Həbibi
İmam Əli Həbibi Gudərzi (fars. امامعلی حبیبی گودرزی‎, 27 may 1931, Babül, Mazandaran ostanı) — "Mazandaran pələngi" ləqəbi ilə tanınan iranlı güləşçi, sərbəst güləşdə 67 kq çəki dərəcəsində 1956-cı il Yay olimpiya oyunlarının qalibi. 1960-cı il Roma Olimpiadasında ABŞ təmsilçisi Duqlas Blyuboya uduzaraq 4-cü olmuşdur. Həbibi hazırda Mazandaran ostanının Babol şəhərində yaşayır. O, FİLA-nın şərəf zalına daxil edilmişdir. Karyerasını 1961-ci ildə başa vurmuşdur. İdmançı karyerasını bitirdikdən sonra İran parlamentinə seçildi. Bundan əlavə, Həbibi kinoşirkət yaradaraq avtobioqrafik "Mazandaran pələngi" filmində və daha 3 filmdə baş rolda çəkildi.
Buharuddin Yusif Həbibi
Buharuddin Yusif Həbibi (ing. Bacharuddin Jusuf Habibie; 25 iyun 1936[…], Pare-Pare[d] – 11 sentyabr 2019[…], Mərkəzi Cakarta[d]) — İndoneziyanın vitse-prezidenti.
Buharuddin Yusuf Həbibi
Buharuddin Yusif Həbibi (ing. Bacharuddin Jusuf Habibie; 25 iyun 1936[…], Pare-Pare[d] – 11 sentyabr 2019[…], Mərkəzi Cakarta[d]) — İndoneziyanın vitse-prezidenti.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.99 dəfə / 1 mln.
2006 ••• 0.68
2007 ••• 0.63
2009 •••••• 1.44
2010 •••••••••••••••••• 4.27
2011 •••••••••••••••• 3.69
2012 •••••••••••••• 3.36
2013 •••••••••••••••••••• 4.67
2014 •••••••••••••••••••• 4.81
2015 ••• 0.51
2016 •••• 0.87
2017 •••• 0.81
2018 •• 0.45
2019 •• 0.42
2020 •• 0.27

"həbibi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həbibi nədir? #həbibi sözünün mənası #həbibi nə deməkdir? #həbibi sözünün izahı #həbibi sözünün yazılışı #həbibi necə yazılır? #həbibi sözünün düzgün yazılışı #həbibi leksik mənası #həbibi sözünün sinonimi #həbibi sözünün yaxın mənalı sözlər #həbibi sözünün əks mənası #həbibi sözünün etimologiyası #həbibi sözünün orfoqrafiyası #həbibi rusca #həbibi inglisça #həbibi fransızca #həbibi sözünün istifadəsi #sözlük