Həmidi sözü azərbaycan dilində

Həmidi

Yazılış

  • Həmidi • 99.1189%
  • həmidi • 0.8811%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elham Həmidi
Elham Həmidi (fars. الهام حمیدی‎‎) — İran aktrisasıdır. "Solomon kralı" serialında Məryəm, "Həzrəti Yusif" serialında isə Əsnad rolları ilə tanınmışdır.
Həmidi Mustafa Paşa
Həmidi Mustafa Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə qapıçıbaşı, sonra 1616-cı ildə miraxur, 1618-ci ildə isə yeniçəri ağası oldu. Ardından 20 iyul 1619-cu ildə Misir bəylərbəyi oldu ancaq 1620-ci ilin iyulunda vəzifədən alındı və ertəsi il vəzir rütbəsi ilə nişançı vəzir oldu. 1623-cü ildə Hələb bəylərbəyi oldu. Bu vəzifədə ikən 1624-cü ildə Bağdad uğrunda döyüşdə şəhid oldu. Sicill-i Osmani IV, səh.
Əbdülqədir Həmidi Çələbi
Əbdülqədir Həmidi Əfəndi (İsparta – 1548, Bursa) — Osmanlı alimi, müdərrisi, şairi və şeyxülislamı. Həmid sancaqbəyliyinə bağlı İspartalı Mehmed Əfəndinin oğludur. Bu səbəblə Həmidi və ya İsparta Çələbisi olaraq anılır. Müxtəlif şəxslərdən din dərsləri aldı və Qara Seyid Əfəndi tərəfindən məzun oldu. Zeyrəkzadə Rüknəddin Əfəndinin müridi olmuş, Bursadakı Sultan mədrəsəsində onun xidmətini görmüşdür. Bir müddət sonra Sultan Süleyman Qanuninin yaxın adamlarından Mustafa ağaya xüsusi dərslər verdi. Onun vasitəçiliyi ilə İstanbulda Hacı Həsənzadə, Bursada Sultan və ardından İstanbulda Sahn-ı Səman mədrəsələrində müdərris oldu. Daha sonra qazı olaraq Bursa və İstanbulda fəaliyyət göstərdi, 1523-cü ildə isə Anadolu başqazısı oldu. 14 il qaldığı bu vəzifədə dürüstlüyü ilə tanınan Əbdülqədir Əfəndi bir çox hadisəyə də şahid oldu. Rumeli başqazısı olan Fənarizadə ilə birlikdə Molla Qabizi divan məclisində mühakimə edə bilmədiyi üçün Sultan Süleyman tərəfindən danlanmış, elmi yetərsizliyi və bəzi siyasi məsələlər səbəbilə 1537-ci ildə 150 axca təqaüdlə vəzifədən alındı.
Həmidiya
Həmidiya-İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,611 nəfər və 7,252 ailədən ibarət idi.
Həmidiyə
Həmidiyə— İranın Xuzistan ostanının Əhvaz şəhristanının Həmidiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,977 nəfər və 3,949 ailədən ibarət idi.
Həmidiyə Alayları
Həmidiyə Alayları və ya Həmidiyə yüngül silahlı Süvari Alayları (hərfi mənası "Həmidə aid", tam rəsmi adı türkcə: Hamidiye Hafif Süvari Alayları) — yaxşı silahlanmış, nizamlı, əsasən sünni kürd eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz, türkmənlər, yörük və ərəblərdən ibarət Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində fəaliyyət göstərən süvari hərbi birləşmələri. Alaylar 1890-cı ildə yaradılmış və Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Həmidiyə alayları çərkəz Mehmet Zeki Paşa tərəfindən Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək yaradılmışdı. Osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi. 1894–96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdır. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir, lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur. Sultan II Əbdülhəmidin hakimiyyətindən sonra süvarilər dağılmadı, ancaq yeni bir ad aldılar — Qəbilə Yüngül Süvari Alayları. Osmanlı imperiyasının çökməsindən sonra Şeyx Səid Pirani (1925) və digərlərinin antitürk qiyamlarında iştirak etmişdilər. Ermənilər 13 iyun 1884-cü il tarixində Berlin konfransına "Ermənistan haqqında Layihə"ni təqdim etdikdən və bu layihə müsbət qarşılandıqdan sonra Osmanlı dövlətinin sərhədləri daxilində terror və qırğın aktları sürətləndi. Ermənilərin yaratdığı Hinçak və Daşnaktsutyun partiyaları terror yolunu seçmiş və nizami silahlı birliklərə malik təşkilatlara çevrilmışdi.
Həmidizadə Mustafa Əfəndi
Həmidizadə Mustafa Əfəndi (1731 – 25 noyabr 1793, Manisa) — Osmanlı alimi və şeyxülislamı. 1731-ci ildə doğulmuşdur. Misir qazısı ikən vəfat edən üləmadan Həmidi Mehmed Əfəndinin oğludur. Mükəmməl təhsil aldıqdan sonra 1754-cü ildə rüyus imtahanı ilə müdərrisliyə yüksəldi və bir müddət sonra sarayda müəllim olaraq xidmət etməyə başladı. Nəqşibəndi təriqətinə mənsub olduğu üçün saraydakılara verdiyi dərslərlə yanaşı təriqət ədəb-ərkanıyla bağlı da nəsihətlər edirdi. Bu səbəblə saray xidmətçiləinin bir çoxu onun müridi oldu. Xüsusilə də, oxuduğu və yazdığı duaların övladlarına xeyri olduğuna inanan Sultan Əbdülhəmid onun mənəvi təsiri altına düşmüşdü. Sultana və ailəsinə yaxınlığı səbəbilə qısa zamanda yüksəldi və Əyyubsultan bölgəsinin qazısı təyin edildi. Vəzifədən alındıqdan sonra üləma təftişi, müdərrislərin imtahan edilməsi kimi mühüm vəzifələrdə çalışdı. 18 iyun 1786-cı ildə Məkkə qazılığına namizəd seçildi.
Ulduz Həmidiyyə məscidi
Ulduz Həmidiyyə məscidi — İstanbulda Ulduz sarayının girişində yerləşən XIX əsrə aid məscid. Banisi Sultan II Əbdülhəmid səbəbi ilə Həmidiyyə məscidi olaraq adlansa da, daha çox Ulduz məscidi olaraq tanınır. Sultan Əbdülhəmid 1876-cı ildə taxta çıxdıqdan sonra bir müddət Dolmabağça sarayında yaşamış, daha sonra isə Ulduz sarayına köçmüşdür. Taxtdan endirilən böyük qardaşı Sultan Muradın yenidən taxta çıxarılmasından qorxan Sultan Əbdülhəmid cümə salamlığında saraydan uzaqlaşmamaq üçün Ulduz sarayının girişindəki yüksəkliyə yeni bir məscid tikilməsini istədi. 1881-1885-ci illərdə inşa edilən məscidin inşaat prosesindən baş mabeynçi Osman bəy məsul idi. Bir çox mənbədə məscidin memarı olaraq erməni arxitekt Sarkis Balyan göstərilsə də, bu düz deyil. Dolmabağça sarayı arxivlərindəki sənədlərə görə, məscidin memarı Nikolaidis Jelpuylo adlı yunan əsilli memar idi. Osmanlı mənbələrində Nikolaki kalfa adıyla qeyd olunan Nikolaidis, vəzifəni aldıqdan sonra hazırladığı plan və rəsmlərlə birlikdə məscidin maketini quraraq Sultan Əbdülhəmidə təqdim etdi. Sultanın təsdiqindən sonra 20 dekabr 1881-ci ildə baş tutan mərasimlə məscidin təməli atıldı. Plana görə, məscidin minbəri Bursa Ulu məscidin minbərində olduğu kimi taxtadan olmalı idi.
Həmidiyyə qırğınları
Həmidiyyə qırğınları (erm. Համիդյան ջարդեր; Romanizasiyası: Hamidyan çarter) və bəzi qeyri-türk mənbələrindəki adı ilə 1894-1896-cı illər erməni qırğınları və Böyük Qırğınlar 1890-cı illərin ortalarında Osmanlı imperiyası hökumətinin ölkədə yaşayan ermənilərə qarşı törətdiyi iddia edilən qırğınlardır. Qırğınlar nəticəsində ölənlərin sayının 100.000 ilə 300.000 arasında olduğu göstərilir və dövrün qəzetlərində verilmiş olan xəbərlərə görə, 50.000 uşağın yetim qaldığı bildirilir. “The New York Times”ın 1895-ci il sentyabr tarixli məqaləsində bu qırğın Erməni Holokostu kimi qeyd edilmişdir. Digər tərəfdən isə, o dövrün Osmanlı mənbələri bunun əksinə olaraq bu qədər erməninin öldürülmədiyini, müsəlmanları kütləvi şəkildə qətlə yetirən erməni quldur dəstələrinə qarşı əməliyyat keçirildiyini və bu dəstələrin və üsyanların yatırıldığını iddia edir. Qırğınlar Osmanlı imperiyasının dağılan imperiya regionlarını mühafizə etmək üçün Ümmətçiliyi dövlət ideologiyasına çevirən II Əbdülhəmiddən sonra adlandırılmışdır.Hücumların əsas diqqət mərkəzində erməni xalqı olsa da, bir çox başqa xristian xalqlarına qarşı da talanlar həyata keçirilirmişdir. Bunlardan biri olan Diyarbakır qırğını zamanı, Aysorlar hədəf alınmış və bu qırğın haqqındakı ən azı bir müasir mənbəyə görə 25.000 insan öldürülmüşdür. 1894-cü ildə Osmanlı İmperiyasının daxili regionlarında başlayan qırğınlar sonrakı illərdə daha geniş ərazilərə yayılmışdır. Qətllərin çoxu 1894-1896-cı illər arasında baş verimiş və beynəlxalq ictimaiyyətin Əbdülhəmidə təzyiqlərinin artması nəticəsində 1897-ci ildə sona çatmağa başlamışdır. Əbdülhəmid hökuməti 1890-cı illərdə başlayan erməni millətçiliyini və separatçı hərəkatını yatızdırmaq üçün qırğınlarda kürd yaraqlılarından aktiv surətdə istifadə etmiş, lakin erməni yaraqlıları və mülki əhali arasında fərq qoyulmamışdır.
Həmidiyyə qətliamları

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.83 dəfə / 1 mln.
2003 ••••••• 1.57
2004 ••••••••• 2.02
2005 ••• 0.67
2007 •••••••••••••••••••• 4.86
2008 •••••••••••••••• 3.65
2009 ••••••••••••• 3.04
2010 ••• 0.64
2011 ••• 0.69
2012 •• 0.26
2014 •• 0.34
2016 0.17
2017 •• 0.33
2018 •• 0.45

"həmidi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həmidi nədir? #həmidi sözünün mənası #həmidi nə deməkdir? #həmidi sözünün izahı #həmidi sözünün yazılışı #həmidi necə yazılır? #həmidi sözünün düzgün yazılışı #həmidi leksik mənası #həmidi sözünün sinonimi #həmidi sözünün yaxın mənalı sözlər #həmidi sözünün əks mənası #həmidi sözünün etimologiyası #həmidi sözünün orfoqrafiyası #həmidi rusca #həmidi inglisça #həmidi fransızca #həmidi sözünün istifadəsi #sözlük