Həmdi sözü azərbaycan dilində

Həmdi

Yazılış

  • Həmdi • 94.0000%
  • həmdi • 4.0000%
  • HƏMDİ • 2.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həmdi Giraybəy
Həmdi Giraybəy (krımtat. Amdi Giraybay, əsl adı: Əbuləfət Lətifov: 14 fevral 1901, Yeni kale, Krım — 13 sentyabr 1930, Moskva, Butır həbsxanası) — krım tatar şair və tarixçi. == Həyatı == Həmdi Giraybəy 13 sentyabr 1901-ci ildə Yeni kale kəndində ilahiyyatçı ailəsində anadan olub. Qarasubazar ibtidai məktəbini bitirdikdən sonra Ağməsciddə yerləşən rüşdiyyə məktəbində orta təhsil alıb. 1921-ci ildə Krım Dövlət Universitetindin İşçi fakültəsinə daxil olub, lakin tezliklə maddi çatışmazlıq ucbatından təhsilini dayandırmalı olub. Millətlərin İşləri üzrə Xalq Komissarlığında işləyib. 1918–1923-cü illərdə özünün ən yaxşı əsərlərini yaradıb. Əsərləri "Yannı Çolpan" və "İleri" krımtatar jurnallarında çap edilib. 1923-cü ildə Krım MSSR-nın görkəmli xadimi Vəli İbrahimovun dəstəyi ilə Türkiyəyə təhsil almağa göndərilir. İstanbul universitetində fəlsəfə fakültəsində təhsil alıb.
Məhəmməd Həmdi Yazır
Elmalılı Məhəmməd Həmdi Yazır (1878, Elmalı, Antalya ili – 27 may 1942, İstanbul), pedaqoq, xəttat, musiqişünas, quran təfsirçisi == Həyatı == Elmalılı Məhəmməd Həmdi Yazır 1877-ci ildə Antalyanın Elmalılı qəzasında dünyaya gəlmişdir. Atası Numan Əfəndi əslən Burdurun Gölhisar qəzasının Yazır kəndindən idi. Numan Əfəndi kiçik yaşlarında Yazır kəndindən Elmalıya gəlmiş, orda oxumuş və Şəriət məhkəməsində baş katibi vəzifəsində işləmişdir. Həmdinin anası Elmalı alimlərindən Mehmet Əfəndinin qızı Fatma xanım idi. İbtidai məktəbi və bugünkü orta məktəblərə uyğun gələn Rüşdiyə mədrəsəsini Elmalıda bitirən Həmdi Əfəndi 1882-ci ildə dayısı Xoca Mustafa Sarılar ilə birlikdə İstanbula gəlmiş və dövrünün alimlərindən Kayserili Mahmud Həmdi Əfəndidən dərs almışdır. İstanbulun digər tanınmış müəllimlərinin dərslərində də iştirak etdikdən sonra 1906-cı ildə "Bəyazid ustadı (professoru)" diplomuna layiq görülmüşdür. Həmin ilki seçkilərdə Antalyadan millət vəkili seçilmiş və İkinci Konstitusiyanın I məclisində 1876-cı il "Qanun-i Əsasi" nin dəyişdirilməsində mühüm rol oynamışdır. 1909-cu ildə Mülkiyə məktəbində "Vəqf və ərazilərə dair ehkamlar" fənnindən dərs demiş və həmin illərdə Qazilər məktəbində Fiqh dərslərini vermişdir. Daha sonra "Dar əl-Hikmə əl-İsləmiyə" yə (Şeyxülislamla bağlı yüksək müşavirə heyəti) üzv, bir müddətdən sonra da həmin quruma sədr seçilmişdir. Birinci dünya müharibəsindən sonra Vəqflər Nazirliyində işləmiş və bu ərəfədə Əyanlar Məclisinin üzvü olmuşdur.
Əhməd Həmdi Paşa
Əhməd Həmdi Paşa (d. 1826 — ö. 1885) — II Əbdülhəmidin səltənətində 24 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Əhməd Həmdi Qaraağazadə
Əhməd Həmdi Qaraağazadə (1893, Batumi – 1933, d. 1893; Batumi, Tiflis quberniyası, Rus imperiyası - ö. 1933, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü , Müsavat və bitərəflər fraksiyasının üzvü. Bolşevik işğalından sonra Azərbaycan mühacirətinin üzvü olmuşdur. == Həyatı == Əhməd Həmdi bəy Acariyanın Batum şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçmüş, burada türk dilində təhsil almış, paralel olaraq da fransız dilini də öyrənmişdir. 1917-ci ildə İstanbuldan Bakıya gəlmiş və "Açıq Söz" qəzeti nəşriyyatında gürcü dilindən Azərbaycan türkcəsinə tərcüməçi işində işləməyə başlamışdır. Bu proses zamanı Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq əlaqələri qurmuşdur. Rəsulzadə bu barədə yazırdı: Daha sonra Müsavat partiyasından namizəd göstərilmiş və Transqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvlərindən biri olmuşdur. Uzun müddət "İstiqlal" qəzeti üçün jurnalist kimi çalışmışdır.O, həmçinin Azərbaycan Milli Şurasının da üzvü olmuş, Aprel işğalından sonra Türkiyəyə mühacirətə getmişdir.
Əhməd Həmdi Tanpınar
Əhməd Həmdi Tanpınar (23 iyun 1901, Konstantinopol – 24 yanvar 1962, İstanbul) — Türkiyə şairi. == Həyatı == Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib. 1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. == Yaradıcılığı == Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır.
Mahmud Əhməd Həmdi Fələki
Mahmud Əhməd Həmdi Fələki (ərəb. محمود حمدي الفلكي‎; 1815 – 1885) — Misir ərəbi əsilli Osmanlı mühəndisi, riyaziyyatçısı və alimi. O, Qərbiyə mühafəzəsinin Hissə kəndində anadan olmuşdur. Fələki 1881-ci ildə İtaliyanın Venesiya şəhərində keçirilən Üçüncü Beynəlxalq Coğrafiya Konqresi və Sərgisində Misirin nümayəndəsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Crozet, Pascal. 'La trajectoire d’un scientifique égyptien au xixe siècle: Mahmûd al-Falakî (1815-1885)' In: Entre réforme sociale et mouvement national: Identité et modernisation en Égypte (1882-1962) [online]. Le Caire: CEDEJ - Égypte/Soudan, 1995 (generated 29 juin 2020). Available on the Internet. ISBN 9782905838704. DOI: https://doi.org/10.4000/books.cedej.1420.
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası (türk. Ahmet Hamdi Tanpınar Edebiyat Müze Kütüphanesi) — Türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) adına ədəbiyyat muzeyi və arxivi. Muzey İstanbulda yerləşir, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Açılışı 2011-ci il noyabrın 12-də reallaşıb.. == Tarixi == Muzey, XIX əsrdə inşa edilmiş "Alay Köşkü" tarixi binasında, Topqapı sarayı kompleksinin bir hissəsi olan Gülhanə parkının yaxınlığında yerləşir. Osmanlı sultanları əvvəllər bu binada yeniçəri paradlarına ev sahibliyi edirdilər. 1910-cu illərdən bəri Gözəl Sənətlər Dərnəyi tərəfindən istifadə olunur. 1928-ci ildən 1940-cı illərin sonlarına qədər binada Türk Dili və Ədəbiyyatı Dərnəyi üzvlərinin iclasları keçirilirdi. == Muzeyin təsviri == Zirzəmidə iki otaq və bir vestibül var. Birinci mərtəbədə keçmiş taxt otağı, iki salon və üç otaq yerləşir.
Ağbulaq-Həmdiyyə (Təbriz)
Ağbulaq-Həmdiyyə — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 31 km cənub-qərbdə, Miyanə-Marağa dəmir yol xəttinin 5 kilometrliyindədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.97
2004 •••• 0.34
2005 ••••••• 0.67
2006 ••• 0.23
2007 ••••• 0.42
2008 ••••• 0.49
2009 ••••• 0.48
2011 •••• 0.34
2012 •••• 0.34
2013 •••••••• 0.73
2014 ••••••• 0.69
2015 •• 0.17
2016 •••••••• 0.69
2017 •• 0.16
2018 •• 0.15
2019 •• 0.14

həmdi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

"Həmdulla" adının ixtisar və əzizləmə şəkli; duaya, sitayişə aid; şükür, mədh.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"həmdi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həmdi nədir? #həmdi sözünün mənası #həmdi nə deməkdir? #həmdi sözünün izahı #həmdi sözünün yazılışı #həmdi necə yazılır? #həmdi sözünün düzgün yazılışı #həmdi leksik mənası #həmdi sözünün sinonimi #həmdi sözünün yaxın mənalı sözlər #həmdi sözünün əks mənası #həmdi sözünün etimologiyası #həmdi sözünün orfoqrafiyası #həmdi rusca #həmdi inglisça #həmdi fransızca #həmdi sözünün istifadəsi #sözlük