həmi sözü azərbaycan dilində

həmi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həmi • 73.2143%
  • Həmi • 26.7857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru. == Həyatı == Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır. 2021-ci ildə ailə həyatı qurmuşdur. Aktyor fəaliyyəti: 2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir. 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir.
Elham Həmidi
Elham Həmidi (fars. الهام حمیدی‎‎) — İran aktrisasıdır. "Solomon kralı" serialında Məryəm, "Həzrəti Yusif" serialında isə Əsnad rolları ilə tanınmışdır.
Elçin Həmidov
Elçin Qəzənfər oğlu Həmidov (29 iyun 1958, Bakı – 4 mart 2011, Bakı) — Azərbaycan aktyoru və müğənnisi idi. Azərbaycanın əməkdar artisti (2007). Parni iz Baku, Planet Parni iz Baku KVN klublarında və Məhəllə film seriyasında canlandırdığı Məzi personajı ilə populyarlıq qazanmış və yaddaşlarda qalmışdır. == Həyatı və fəaliyyəti == 1958-ci ildə 29 iyun-da Bakıda doğulub. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Daha sonra o, əvvəlcə bacısı, sonra isə qardaşlarını itirir. 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni bitirmişdir. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində müxtəlif rolları canlandırmışdır.
Elşən Həmidov
Günel Həmidova
Günel Həmidova — Azərbaycan kino və teleserial aktrisası. == Həyatı == 24 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 176 nömrəli məktəbdə təhsilini başa vuruqdan sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqişünaslıq" ixtisası üzrə ali təhsilini Fərqlənmə diplomuyla bitirmişdir. Hal-hazırda aktrisa kimi fəaliyyət göstərsə də zaman-zaman müxtəlif kanallarda aparıcılıq sənətilə də məşğul olmuşdur. == Filmoqrafiya == Öncəliklə aktrisalıq fəaliyyətinə Bakı uşaq teatrında başlayan Günel Həmidova hal-hazırda bu fəaliyyətini müxtəlif film və seriallarda rol almaqla davam etdirir. Xəzər tvdə nümayiş olunan "Həyat varsa" telesrialının bəxtsiz gəlin buraxlışında "Aysu" obrazını, "Gözlənilməz zəng" adlı buraxlışında isə "Nərmin" obrazını canlandırıb. Bundan başqa onun digər qısa metrajlı filmi "Tələs ömrümə" filmi olmuşdur ki burda o "30 yaşlı, subay müəllimə" rolunu canlandırıb. 2013–2016-cı illərdə Xəzər tvdə nümayiş olunan "Bir ailəm var" teleserialında "Səma" obrazında tamaşacıların qarşısına çıxan Günel Həmidova hal-hazırda Atv kanalında nümayiş olunan "Sən olmasaydın" adlı teleserilın "Ləman" adlı obrazıyla, ARB kanalında nümayiş olunan "Uçurum" teleserialında Nərminə rolu ilə çıxış edir. Xəzər tv də yayımlanan "Qayıdış"serialında Qumru obrazında çıxış edir == Xarici keçidlər == Tələs Ömrümə filmi Həyat Varsa.
Hücumçu Həmişə İrəlidədir (1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Hücumçu həmişə irəlidədir (film, 1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Hüseyin Həmidzadə
Həmid (Qoşaçay)
Həmid (fars. حميد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 803 nəfər yaşayır (174 ailə).
Həmid Abbas
Həmid Abbas — şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi, Azərbaycan KP MK-da məsul işçi (1970-1981), Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1981-1999), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Həmid Məmmədəli oğlu Abbasov 10 oktyabr 1935-ci ildə Qazax rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsindən məzun olub. Həmid Abbas 19 noyabr 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəaliyyəti == Əmək fəaliyyətinə 1960-cı ildə tərcüməçilik edərək başlasa da səyyar müxbirlik, redaktorluk kimi vəzifələrdə də çalışmışdır. İlk əsəri, ,,Dilican’’ adlı şeiridir (1957). Ayrıca ,,Gəncliyin səsi’’ adlı ədəbi külliyətində ve dönəm mətbuatlarında şeirləri yayımlanmışdır. ,,Tarla qızları’’ adlı ilk şeir kitabı Abbas Həmid təxəllüsü ilə nəşr edildi. 1978-ci ildə Ali Partiya Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə, 1983-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv oldu.
Həmid Abbasbəyli
Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991, Kirov rayonu – 20 oktyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda Cavanşir Abbasov və Gülnarə Məmmədovanın ailəsində anadan olub. 1998–2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirmişdir. 2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. == Hərbi xidməti == Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir.
Həmid Alimcan
Həmid Alimcan(özb. Hamid Olimjon, 12 dekabr 1909, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 3 iyul 1944, Daşkənd) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir özbək ədəbiyyatının yaradıcılarından. == Həyatı == Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olmuşdur. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşmüşdür. O, Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirmiş və 1928-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil almışdır. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olmuş və yaxınlıq etmişdir. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəx siyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır. H.Alimcan ilk şeirini tələbəlik illərində yazmışdır.
Həmid Araslı
Həmid Məmmədtağı oğlu Araslı (Tam adı: azərb. Həmid Hacı Məmmədtağı oğlu Araslı‎; 23 fevral 1909, Yelizavetpol – 20 noyabr 1983, Bakı) – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. == Həyatı == Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.
Həmid Arazlı
Həmid Məmmədtağı oğlu Araslı (Tam adı: azərb. Həmid Hacı Məmmədtağı oğlu Araslı‎; 23 fevral 1909, Yelizavetpol – 20 noyabr 1983, Bakı) – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. == Həyatı == Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. Atası qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğlunda xalq yaradıcılığına dərin maraq aşılaya bilmişdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.
Həmid Arzulu
Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev; 15 may 1937, Naxçıvan) – şair, yazıçı, tərcüməçi, dramaturq, alim, pedaqoq, filologiya elmləri doktoru. == Həyatı == Həmid Arzulu Naxçıvanda dünyaya gəlmişdir. Tədqiqatçı Həsənalı Eyvazov 2005-ci ildə "H. Arzulunun yaradıcılığında tarixilik" adlı monoqrafiyasını nəşr etdirmişdir. == Fəaliyyəti == === Ədəbi fəaliyyəti === O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində fəaliyyət göstərmişdir. Onun ədəbi fəaliyyətinə əruz vəznində yazdığı satirik sabiranə şeirləri, sərbəst şeir vəznində qələmə aldığı "Deyirsən ki, açıq danış" poeması, ənənəvi janrda dərc etdirdiyi "Kəndimizin dastanı", "Bayramım-Novruzum gəlir" və nəhayət, "Şərq qapısı" qəzetinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülən "Heydərnamə"[1] poeması, digər şeir və mənsur hekayələri aiddir. H. Arzulu həm də yazıçı-dramaturq kimi fəaliyyət göstərmişdir. Onun Naxçıvan Dövlət Musiqili Dram Teatrında altı əsəri; dörd dram əsəri, bir komediyası və bir lirik-psixoloji pyesi tamaşaya qoyulmuş, iki dram əsəri ("Ürəyə qəsd" və "Dəfinə axtaranlar") Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir. Tarixi mövzuda Həmid Arzulunun bir sıra hekayələri ("Göy geyimli fateh", "Çinarlar qurumur", ("Qaya altında səs"), bir povesti ("Günahsız şikəstlər"), iki romanı ("Qaçaq Quşdan" və "Qara Xəncər") nəşr edilmişdir. Bununla yanaşı, "İnam", "Əlincə Qalası", və "İtilənən xəncərlər" pyesləri, "Qaçaq Quşdan", "Qara Xəncər" romanları və "Günahsız şikəstlər" povesti dərc olunmuşdur. === Tərcümələri === Alman dilindən alman klassik şairlərindən Henrix Heynenin "Hars səfəri" povestini və bu povestdə olan yüz beytə qədər lirik şeirləri, Yohan Volfqanq Hötenin məşhur "Qərb-Şərq" divanını, Qothold Efraim Lessinqin "Müdrik Natan" mənzum dramını, Fridrix Şillerin "Balladaları"nı, həmçinin Qothold Efraim Lessinqin "Emiliya Qalotti" faciəsini , "Minna fon Barnhell" komediyasını, Bertold Brextin "Təbaşir xaç" dramını, Stefan Sveyqin "Novellaları"nı Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
Həmid Aslanlı
Həmid Piri oğlu Aslanov (1940, Biləv, Ordubad rayonu) — Geologiya-mineralogiya elmləri namizədi, alim. == Həyatı == 1940-cı ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1957-1960-cı illərdə həmin kənddəki kolxozda işləmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra 1970-ci ilədək Qazaxıstanda və Parağaçayda mühəndis-geoloq işləmişdir. 1972-ci ildə ADU-nun aspiranturasını bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1990-cı illərdə Mərkəzi elmi-tədqiqatgeoloji-kəşfiyyat institutunda baş elmi işçi və laboratoriya müdiri işləyərək Qafqaz, Ural, Altay və Tyan-Şan ərazilərində elmi-tədqiqatlar aparmışdır. 1991-ci ildən sonra ğölkəmizin ayrı-ayrı bölgələrinin geoloji və geoekoloji problemlərinin araşdırılması, proqnozlaşdırılması və həlli ilə maşğul olmuşdur. 70 elmi və elmi-publisistik əsərin, o cümlədən 7 kitabın müəllifi və ya həmmüəllifidir. Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktorudur. Ailəlidir.
Həmid Aslanov
Həmid Piri oğlu Aslanov (1940, Biləv, Ordubad rayonu) — Geologiya-mineralogiya elmləri namizədi, alim. == Həyatı == 1940-cı ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1957-1960-cı illərdə həmin kənddəki kolxozda işləmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra 1970-ci ilədək Qazaxıstanda və Parağaçayda mühəndis-geoloq işləmişdir. 1972-ci ildə ADU-nun aspiranturasını bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1990-cı illərdə Mərkəzi elmi-tədqiqatgeoloji-kəşfiyyat institutunda baş elmi işçi və laboratoriya müdiri işləyərək Qafqaz, Ural, Altay və Tyan-Şan ərazilərində elmi-tədqiqatlar aparmışdır. 1991-ci ildən sonra ğölkəmizin ayrı-ayrı bölgələrinin geoloji və geoekoloji problemlərinin araşdırılması, proqnozlaşdırılması və həlli ilə maşğul olmuşdur. 70 elmi və elmi-publisistik əsərin, o cümlədən 7 kitabın müəllifi və ya həmmüəllifidir. Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktorudur. Ailəlidir.
Həmid Ataman
Həmid Xəlil Ataman və ya Həmid Məmməd oğlu Məmmədov (Məmmədxəlil) (20 yanvar 1900, Qars, Qafqaz diyarı – 1979, Ankara) — azərbaycanlı mühacir, cümhuriyyət tələbəsi. == Haqqında == Həmid Ataman 1-ci Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Ştutqart İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinin xüsusi qərarına əsasən təhsilini almaq üçün Ştutqarda (Almaniya) göndərilmiş. Təhsilini bitirdikdən sonra Türkiyədə məskunlaşmış və Ataman soyadını qəbul etmişdi. Gələcəkdə Həmid Xəlil Ataman Azərbaycan Kültür Dərnəyinin ilk sədri olur.
Həmid Axundlu
Həmid Məmmədrəhim oğlu Axundlu (21 mart 1909 – 4 sentyabr 1964) — ictimai-siyasi xadim, yazıçı, SSRİ Yazıçılar İttifaqının üzvü (1939). == Həyatı == Axundlu Həmid Məmmədrəhim oğlu 1909-cu il mart ayının 21-də Bakının Əmircan kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Məhəmmədrəhim Axund Əmircandakı ilk rus-tatar məktəbində mütərəqqi fikirli din alimi Axund Əbu Turabın şagirdi olmuş, təhsil almışdır. Sonra İraqda ali dini təhsil almışdır. Həmid Axundlu orta təhsilini 18 №li şəhər məktəbində almışdır. Gənclik illərində Suraxanı rayon komsomol komitəsində çalışmışdır. Əmək fəaliyyətinə 1927-ci ildə kənd uşaq kitabxanasında başlamışdır. 1927-1941-ci illərdə neftçilərin mədəniyyət sarayında (indiki Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı) kitabxana müdiri, "Neft uğrunda" qəzetində məsul katib işləmişdir. Həmid Axundlu 1941-1942-ci illərdə M.C.Bağırovun təşəbbüsü ilə İran Azərbaycanında milli-mədəni və siyasi dirçəlişə yardım adı altında Cənubi Azərbaycana göndərilən xüsusi qrupun tərkibində Təbriz, Pəhləvi, Rəşt, Qəzvin, Ərdəbil şəhərlərində olmuşdur. Baş leytenant Həmid Axundlu 1942-ci ildə İrandan qayıtdıqdan sonra Mərkəzi Komitəyə, Mir Cəfər Bağırovun qəbuluna dəvət edilmişdir.
Həmid Cəfərli
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi. Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
Həmid Herisçi
Həmid Herisçi (29 aprel 1961, Bakı) — Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı. == Həyatı == Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb. Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış iri həcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə Space telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir.
Həmid Heydəri
Həmid Məhərrəməli oğlu Heydəri (26 mart 1991; Şahrud, İran) — Azərbaycanı, əvvəl isə İranı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Həmdi Heydəri 1991-ci il martın 26-da Şahrud şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. == Karyerası == Həmdi Heydəri İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XIV Yay Paralimpiya Oyunlarında təmsil elədi və gümüş medalın sahibi oldu. 2017-ci ilin iyul ayında o, Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmdi Heydəri 2020-ci ildə Azərbaycan vətəndaşlığını qəbul elədi. 2021-ci ilin iyun ayında Həmdi Heydəri Polşada baş tutan Avropa Çempionatında 42.48 metr nəticə ilə turnirin gümüş medalına sahib oldu. 2021-ci ilin avqust ayında isə Həmdi Heydəri Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nizə atma turnirində Həmdi Heydəri 50.42 metr nəticə ilə qızıl medala sahib oldu.
Həmid Həmidov (jurnalist)
Kürəkən Həmid Əfəndi
Kürəkən Həmid Əfəndi (1494, Konya – 16 oktyabr 1577, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Hicri 900-cü ildə (1494/1495) Konyada dünyaya gəlmişdir. Atası Beyşəhər qazısı Mehmed Əfəndidir. 22 yaşında İstanbula gəlmiş, Çivizadə Muhiddin Əfəndi, Sədi Əfəndi və Həsən Əfəndidən dərs aldı. Bir müddət başqazı Əbdülqədir Əfəndinin xidmətinə girdi. Təhsilini tamamladıqdan sonra sırayla Bursada Molla Hüsrəv və Bəyazid Paşa, Kütahyada Gərmiyanoğlu, yenə Bursada Əhməd Paşa mədrəsələrində müdərris oldu. 1541-ci ildə İstanbulda Davud Paşa mədrəsəsinə müdərrisliyə gətirilmiş, həmin il şeyxülislam Çivizadə Muhiddin Əfəndinin qızıyla evlənərək "Çivizadə kürəkəni" təxəllüsü aldı. Həmid Əfəndi daha sonra Qəbzədə Mustafa Paşa mədrəsəsinə müdərris, 1547-ci ildə Manisa müftüsü, ertəsi il İstanbulda Şahzadəbaşı mədrəsəsinə müdərris oldu. 1549-cu ildə Dəməşq, bir il sonra Misir qazısı olan Həmid Əfəndi bu əsnada həcc ziyarətinə getdi. 1553-cü ildə Ayasofya mədrəsəsinə müdərris, ertəsi il Bursa və 1556-cı ildə İstanbul qazısı, 1557-ci ildə Rumeli başqazısı oldu və 9 il bu vəzifədə qaldı.

həmi sözünün leksik mənası və izahı

  • 1 bax həm. Həmi sağdan, həmi soldan; Zənbur kimi sancdı birə. Aşıq Ələsgər. [Cahan Əsgərə:] Allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / həmi

həmi sözünün rus dilinə tərcüməsi

həmi sözünün ləzgi dilinə tərcüməsi

"həmi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həmi nədir? #həmi sözünün mənası #həmi nə deməkdir? #həmi sözünün izahı #həmi sözünün yazılışı #həmi necə yazılır? #həmi sözünün düzgün yazılışı #həmi leksik mənası #həmi sözünün sinonimi #həmi sözünün yaxın mənalı sözlər #həmi sözünün əks mənası #həmi sözünün etimologiyası #həmi sözünün orfoqrafiyası #həmi rusca #həmi inglisça #həmi fransızca #həmi sözünün istifadəsi #sözlük