Həni sözü azərbaycan dilində

Həni

Yazılış

  • Həni • 50.0000%
  • həni • 43.7500%
  • HƏNİ • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Axund Məhəmməd Hənifə
Axund Məhəmməd Hənifə (1870-1931) == Həyatı == Bakının Əmircan (köhnə Xilə) kəndində anadan olmuşdur. Kiçik yaşlarından iti ağıla və dərin zəkaya malik olan Hənifə öz yaşıdlarından seçilirdi. Atası kəndin tanınmış, mötəbər şəxslərdən olduğu üçün Hənifə atasının ziyali dostlarinin əhatəsinde böyümüşdür. Elmə, sənətə dərin həvəsi var idi. Mollaxanada ilk təhsilini aldiqdan sonra təhsilini mədrəsədə davam etmişdi. O, ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, nücum və s. elmlərin sirrlərinə yiyələnmişdir. Atası oğlunun bu fitri istedadını görüb onu ali təhsil almaq üçün İraqın Kərbəla şəhərinə göndərir. Təhsilini bitirdikdən sonra Hənifə müqəddəs həcc ziyarətinə də gedir. Daha sonra doğma şəhərinə qayıtmaq qərarına gəlir.Qayıtdıqdan sonra o, kəndin seçilə,mötəbər şəxslərindən birinin qızı Məsməxanım ilə aile qurur.
Cəmşid Hənifəyev
Cəmşid Hənifəyev - SSR Ali Sovetin Deputatı, Savxoz Direktoru 1926-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 40 il (1948-1988-ci illər) Zərkənd sovxozunun direktoru vəzifəsində işləmişdir. Keçmiş SSRİ-nin ən yüksək orden və medallarına layiq görulmuşdur. Lenin ordeni, Oktyabr inqilabi ordeni, Şərəf nişani ordeni, Qirmizi əmək bayraği ordeni, 2 dəfə dalbadal Ermənistan SSR Ali Sovetinin deputati seçilmişdir. İşlədiyi müddətdə rəhbərlik etdiyi sovxoz 4 dəfə sosializm yarişinin qalibi, 5 dəfə keçici qırməzə bayrağa layiq görulmuşdur.
Fariz Hənifə oğlu Babayev
Fariz Babayev (nefroloq)
Hənifə
Hənifə — Azərbaycan Respublikasının Balakən rayonunda kənd. == Tarixi == Hənifə Balakən rayonununda kənddir. Balakən çayının sahilindədir. Oykonim kəndin ilk sakinlərindən olan Hənifə adlı bir şəxsin adı ilə bağlıdır.
Hənifə Abayeva-Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. O,Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdır. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Hənifə Abdullayev
Hənifə Məmmədağa oğlu Abdullayev (7 fevral 1923, Lənkəran, Lənkəran qəzası – 14 mart 1991) — Azərbaycan həkimi və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR səhiyyə naziri (1970–1979). == Həyatı == Hənifə Məmmədağa oğlu Abdullayev 7 fevral 1923-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1942-ci ildə Lənkəran şəhər orta məktəbini bitirmişdir. 1943-cü ildə Bakıya gələrək Azərbaycan Sənaye İnstitutunun Avtomobil yolları fakültəsinə qəbul olunmuş, lakin iki ay sonra təhsilini yarımçıq qoyaraq yenidən Lənkərana qayıtmışdır. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya fakültəsinə qəbul olaraq iki il burada oxumuşdur.1946-cı ildə təhsilini İkinci Moskva Tibb İnstitutunda davam etdirmək üçün Moskvaya gedən Hənifə Abdullayev 1949-cu ildə buranı əla qiymətlərlə bitirərək və SSRİ Səhiyyə Nazirliyinin "Lenin" ordenli Mərkəzi Hemotologiya və Qanköçürmə İnstitutunun Cərrahiyyə Klinikasında ordinator təyin edilmişdir. 1952-ci ildən 1955-ci ilədək aspirantura təhsili almış, əvvəlcə kiçik, sonra isə baş elmi işçi vəzifələrində işləmişdir. Daha sonra Mərkəzi Hematologiya və Qanköçürmə İnstitutunda elm və tədrisin planlaşdırılması şöbəsinin rəhbəri olmuşdur. 1957-ci ildə "Yeni üsulla stabilizatorsuz hazırlanmış qanın klinika şəraitində öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.1967-ci ildə Hənifə Abdullayev Azərbaycanda işləməyə dəvət edilmiş, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yenicə təşkil olunmuş Hematologiya və qanköçürmə kafedrası müdiri vəzifəsinə seçilmişdir. Həmin il "Hemofilin klinik müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, bir il sonra, 1968-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir.Hənifə Abdullayev 1970-ci ildə Azərbaycan SSR səhiyyə naziri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1979-cu ilədək çalışmışdır. 1979-cu ildən həyatının sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasına rəhbərlik etmişdir.Hənifə Abdullayev 1969-cu ildən Ümumdünya Hemofiliya Assosiasiyasının üzvü olmuş, ABŞ, Almaniya, Türkiyə, İran, Fransa, Çexoslovakiya və başqa ölkələrdə keçirilmiş tibbı konfranslarda hemofiliya və talassemiya məsələlərinə dair elmi mühazirələr oxumuşdur.
Hənifə Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. O,Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdır. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Hənifə Pirverdiyev
Pirverdiyev Hənifə Hacı Murad oğlu (1893, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı orta inĢaat texniki məktəbini bitirmişdi (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi.
Hənifə Terequlov
Məmməd Hənəfi Həsən oğlu Terequlov (əsl adı:Məhəmmədhənifə Həsən oğlu Terequlov; 27 noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri. == Həyatı == Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşıdır. Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasının məzunu olmuşdur. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 17–20.
Hənifə bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hənifə Ələsgərov
Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı – 29 aprel 1991, Bakı) — Bakı şəhərinin baş memarı (1967-1972), SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. == Həyatı == Hənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir. Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu. Zaqatala rayonunun baş planının layihələşdirilməsi işində əsas yer tutmuşdur. O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında memarlıq işləri üzrə birinci müdir müavini işləmişdir. 1948-1958-ci illərdə Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi.1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusunun tikilməsində iştirak etmişdir.1972-ci ildə SSRİ və 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatları laureatı adına layiq görülmüşdür. 1-ci dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.Hənifə Ələsgərovun yaradıcılığında şəhərsalma üzrə maraqlı işlərdən biri də Bakıdakı Nizami meydanının yenidən qurulması idi. 1961-ci ildə keçmiş Lenin meydanının, (indiki Azadlıq meydanı) yenidən qurulması üçün elan edilmiş qapalı müsabiqədə H.Ələsgərovun başçılığı altında olan kollektivin layihəsinimn 3-cü mükafat alması müəllifin yaradıcılıq nailiyyəti idi.Hənifə Ələsgərovun 1965-ci ildən Bakı şəhərinin Baş Planlaşdırma idarəsi rəhbəri vəzifəsində fəaliyyəti, tezliklə şəhərin yeni baş planının texniki iqtisadi əsasları üzərində işə başlanılması ilə əlamətdar olmuşdur. O, 1973-cü ilə qədər Bakı şəhərinin Baş memarı vəzifəsində işləmişdir.Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Ələsgər Hüseynovla) layihəsini vermişdir.Hənifə Ələsgərov 50-dən çox məqalə, kitab və kitabçaların müəllifidir.
Məhəmməd Hənif Vijaya
Məhəmməd Hənif Vijaya (22 noyabr 1996) — İndoneziyalı oxatan. Məhəmməd Hənif Vijaya İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Hənif Vijaya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində İtaliyanın nümayəndəsi Mauro Nespoli ilə üz-üzə gəldi. Həmin görüşdə Məhəmməd Hənif Vijaya rəqibinə 3:7 hesabı ilə uduzdu.
Məhəmməd Hənifnejad
Məhəmməd Hənifnejad (1939-1972),İran xalq mücahidləri təşkilatının banilərindən biri. O, Səid Möhsün və Ələsqər Bədizadeqn ilə birlikdə İran xalq mücahidləri təşkilatını 1965-ci ilin sentyabr ayının 5 də təsis etmişdir. 1971-ci ildə SAVAK tərəfindən saxlanılmışdır və 1972-ci ilin may ayının 25 də Məhəmməd Rza Pəhləvi rejimi tərəfindən edam olunmuşdur. == Hayatı == Məhəmməd Hənifnejad, 1939-cu ildə Təbrizdə dünyaya gəlmişdir. O, kənd təsərrüfatı(əkinçilik) mühəndislik məzunu idi.
İsmail Həniyə
İsmail Həniyə (29 yanvar 1963, Əl-Şati[d], Qəzzə zolağı) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. == Bioqrafiya == Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin “Hənifə” adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. === Ailə və uşaqlıq === Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir.
Hənif
Hənif (ərəb. حنيفية‎) — İslamdan əvvəlki Ərəbistanda yaranmış dini monoteizm formalarından biri. Hənifilik həm yəhudilik, həm də xristianlıqdan təsirlənmişdir. Hənifilik ardıcıllarına həniflər deyilir. == İbrahim == Quranda İbrahim peyğəmbərin adı Hənifdir. Mədinə surələrində hənif müsəlman termini ilə sinonimdir. İslam ehkamına görə, Məhəmməd peyğəmbər İbrahim peyğəmbərin həqiqi tövhidini dirçəltmişdir. == Tarix == Quran insanlara çatmazdan əvvəl tövhidə inanan insanlara ərəbcə hənif deyilirdi. Bu insanların İbrahim peyğəmbərin yolu ilə getdiyinə inanılırdı. Həniflər tövhidi qəbul edir və ritual təmizliyə riayət edirdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16
2012 ••••••••••• 0.09

həni sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

HƏNİ’ ə. yaxşı həzm olunan, səhhət üçün xeyirli olan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Salyan) bax hənə. – Həni adam bic olar II (Füzuli) danışqan. – Ay həni, ta bəsdi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"həni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həni nədir? #həni sözünün mənası #həni nə deməkdir? #həni sözünün izahı #həni sözünün yazılışı #həni necə yazılır? #həni sözünün düzgün yazılışı #həni leksik mənası #həni sözünün sinonimi #həni sözünün yaxın mənalı sözlər #həni sözünün əks mənası #həni sözünün etimologiyası #həni sözünün orfoqrafiyası #həni rusca #həni inglisça #həni fransızca #həni sözünün istifadəsi #sözlük