* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. İlk dəfə yaradılmış lap yaxınlarda meydana gəlmiş, törəmiş; təzə (köhnə ziddi). Yeni əsər. Yeni paltar. Ən yeni maşınlar. – Hər gün bir yeni nəğmə; Hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq. // İstifadə olunmamış, işlənməmiş, əcərli. Yeni ayaqqabı. Yeni evə köçmək. Yeni silahlar. Yeni kostyum. // Öz əvvəlki vəziyyətini saxlamış, dəyişməmiş halda qalmış. Paltar yeni (z.) qalıbdır. 2. Dövrümüzə aid olan, müasirimiz olan, müasir (keçmiş, köhnə, əski, qədim qarşılığı). Yeni tarix. Yeni ədəbiyyat. Yeni dünya. □ Yeni il – yanvarın birinci günü, üzümüzə gələn il. Yeni iliniz mübarək! – yeni il münasibəti ilə təbrik. // İndiki, hazırkı. Yeni dövr. Yeni mərhələ. Yeni dillər – qədim, ölü dillərdən fərqli olaraq bu gün mövcud olan dillər, müasir dillər. Yeni insan, yeni adamlar – müasirlərimiz. Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq. 3. Təzə tapılmış, kəşf edilmiş, keçmişdə məlum olmayan. Yeni planet. Yeni ulduz. Elmdə yeni qanun. Yeni kəşf. Yeni üsul. 4. Əvvəlkinin yerinə gəlmiş, yaxud təyin olunmuş, əvvəlkini əvəz edən. Yeni müdir. Yeni direktor. Yeni katib. // Bir işdə hələ təcrübəsi olmayan; alışmamış, öyrənməmiş. O, bu vəzifədə yenidir. // Köhnəni əvəz edən, əvvəlkinin əvəzində tətbiq edilən. Yeni qayda. Yeni vəzifələr. Yeni istiqamət. Yeni yol. 5. Əvvəlki deyil, başqa, digər, bambaşqa. Yeni məna. Yeni məzmun. Qarşımda yeni aləm açıldı. – İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi… İ.Hüseynov. 6. Cavan, tər, bu ilin məhsulu; təzə. Yeni taxıl. Yeni məhsul. – Onsuz açılmazdı yeni çiçəklər; Uçmazdı düzlərdə ağ kəpənəklər. S.Vurğun. 7. Zərf mənasında. Bir az bundan əvvəl; təzəcə. Bəzi vaxt Cəmilə [Mirzağanın] mənzilinə gəlir, yeni aldığı bir ev əşyasının nə yerə və necə qoyulmasını təyin edirdi. S.Hüseyn. Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə. ◊ Yeni başdan – bax yenidən. Yeni çıxma – təzə meydana çıxmış, moda olmuş. Yeni çıxma şey. Yenidən yeni – lap yeni, lap təzə. Yeni dünya köhn. – Amerika. [Qara zənci:] Amerika, Yeni dünya! Mənim doğma vətənimdir; Babamın ağ sümükləri çürümüşdür bu torpaqda… S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / yeni1 YENİ – KÖHNƏ Yeni kənd köhnə kəndi kitablardan pozmaqda (S.Rüstəm).
Azərbaycan dilinin antonimlər lüğəti / yeni2 прил. новый: 1. впервые созданный или сделанный. Yeni əsər новое произведение, yeni maşınlar новые машины, yeni ədəbiyyat sərgisi выставка новой литературы (новых поступлений), yeni kitablar книжные новинки, yeni metro xətti новая линия метро 2. относящийся к настоящему или ближайшему времени. Yeni dərs ili новый учебный год, yeni il новый год, yeni nəsil новое поколение, yeni dünyagörüşü новое мировоззрение, yeni dövr новая эпоха, yeni əmək qələbələri новые трудовые победы, yeni konstitusiya новая конституция 3. вновь открытый, ранее не известный. Yeni ulduzlar новые звёзды, yeni ixtira новое открытие, yeni neft və qaz yataqları новые залежи нафти и газа, yeni rekord новый рекорд 4. непривычный, неопытный в каком-л. деле. Bu işdə o yeni adamdır он новый человек в этом деле 5. появившийся вместо ранее бывшего, пришедший на смену прежнему. Yeni direktor новый директор, yeni müavin новый заместитель, büronun yeni tərkibi новый состав бюро, yeni səpin üsulu новый метод посева, yeni tədbirlər новые мероприятия; Yeni dünya Новый свет (об Америке), yeni tarix новая история, yeni iqtisadi siyasət истор. новая экономическая политика (нэп); yeni söz, təzə söz (demək) новое слово (сказать); yeni istiqamətə yönəltmək направить в новое русло, yeni dəb salmaq завести новую моду; yeni səhifə yazmaq nəyə вписать новую страницу куда, во что; yeni səpgidə göstərmək представить в новом свете; yeni həyata başlamaq начать новую жизнь; yeni həyat qurmaq строить новую жизнь
Azərbaycanca-rusca lüğət / yeni1 s. 1. new; novel; ~ hökümət a new government; ~ iş new job; ~ sözlər new words; ~ dəb new fashion; ~ məlumat new information; ~ kitablar new books; ~ təklif novel suggestion; ~ fikir novel idea; 2. modern; ~ dillər modern languages; ~ tarix modern history; ~ il New Year; Yeni nə var? What is the news? What’s new?
Azərbaycanca-ingiliscə lüğət / yeni1 sif. nouveau, (sait və ya lal h qarşısıda nouvel, f nouvelle) ; neu//f, -ve ; moderne ; ~ hökumət nouveau gouvernement m ; ~ sözlər mots m pl nouveaux ; ~ dəb nouvelle mode f ; ~ il Nouvel An ; ~ nə var? Qu’y a-t-il de nouveau? Quoi de nouveau? Qu’est-ce qu’il y a de neuf?
Azərbaycanca-fransızca lüğət / yeni1 прил. 1. цӀийи; yeni paltar цӀийи пек; yeni direktor цӀийи директор; yeni məna цӀийи мана; yeni qayda цӀийи къайда; 2. гилан (алай) девирдиз талукь; гилан (алай) девирдин; исятдин; yeni dövr цӀийи девир; yeni il цӀийи йис; yeni dillər цӀийи чӀалар (къадим, кьенвай чӀаларилай фаркьлу яз исятда авай чӀалар); yeni insan, yeni adamlar цӀийи инсан, цӀийи инсанар (чахъ галаз са девирда, санал яшамиш жезвай исятдин инсанар); 3. цӀийиз жагъанвай (жугъурнавай), и чӀавалди малум тушир (мес. планета, гъед); 4. цӀийи, жегьил, таза, цӀинин магьсул тир (мес. техил); 5. нареч. цӀийиз; papaq yeni qalıbdır бармак цӀийиз ама; ** yeni başdan кил. yenidən; yeni çıxma цӀийиз акъатай (мес. затӀ); yenidən yeni цӀеп-цӀийи, лап цӀийи; yeni dünya куьгьн. цӀийи дуьнья-Америка.
Azərbaycanca-ləzgicə lüğəti / yeni(Gəncə) növbəti il. – Sənin pulun yeniyə qaldı
Azərbaycan dilinin dialektoloji lüğəti.