Azərbaycan 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu.
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 5 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 14-cü pillədə qərarlaşdı.
2014-cü il Nancin Olimpiadası Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunları tarixində ən uğurlu nəticə göstərdiyi turnir olaraq tarixə düşdü. Komanda həm qızıl medalların sayına, həm də medalların sayına görə 2010 və 2018-ci illərdə baş tutan olimpiadaların nəticələrini arxada qoydu.
== Medalçıların siyahısı ==
Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov, Teymur Məmmədov və İqbal Hacızadə, həmçinin taekvondoçu Səid Quliyev və boksçu Rüfət Hüseynov Olimpiadanın qalib oldu.
== Nəticələri ==
=== Akademik avarçəkmə ===
Q — növbəti mərhələyə adladı
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil elədi: Boris Yotov.