* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. “Yeni”nin qəd. forması. Zülfünü eylə kənar, olsun əyan əbrulərin; Yengi ay rövşənlənir, mahim, hava olduqca saf. S.Ə.Şirvani. 2. Gələn il. Nə söz dedim o gülə, məndən inciyib getdi? Bizim barışmağımız yengi il baharə çəkər. Ə.Vahid.
Azərbaycan dilinin izahlı lüğəti / yengi2 Yeni. (“Koroğlu” dastanının lüğəti) Koroğlu sazı götürüb dedi: Yengi bağçalar bağısan. Tazə heyvalar narısan, Nigar, Koroğlu yarısan, Məgər bilməz aləm səni? (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası / yengi3 Yeni, təzə. Leyliyəm, candan bezaram, Dərdimə dərman yazaram, Yengi açmış laləzaram, Qoyma rəngim sola mənim. (“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikası / yengiI (Bakı, Kürdəmir, Meğri, Şamaxı) təzə, yeni. – Yengi yetişən oğlandu u; – Yengi il, sağlığ olsun, gedər oxumağa (Bakı); – Ö:ə yengi getmişdim, çağırdılar (Şamaxı); – Yengi il bu vaxt gənə gəlin (Şamaxı); – Yengi mövlix’ləri hər gün suvarın ki, qurımasın (Meğri) II (Göyçay, Qazax, Qax, Şəki) növbəti il. – Yengidə çox olajax pambığımız (Qazax); – Yengidə kiçiy oğluma toy eləyəcəyəm (Qax); – Mə:m əkdiyim ağaşdar yengidə bəhər verəcəg (Göyçay); – Əmim bizə bir də yengidə gəlcax (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.