* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Başqa yerdən gəlmə deyil, həmin yerdən olan, bu yerin əhalisindən olan. Yerli əhali. Yerli camaat. Bizim yerli deyil. // İs. mənasında. Yerlilər və gəlmələr. Yerlilərə məxsus adət və ənənələr. Buranın yerliləri əkinçidir. – [Südabənin anası:] Südabə Həkimülmülkün qızı deyil. Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi. M.İbrahimov. 2. Müəyyən yerə (şəhərə, ölkəyə və s.-yə) aid olan. Yerli adətlər. Yerli ləhcə. Yerli cins mal-qara. // Gətirilmə olmayan, həmin yerdə olan və ya hazırlanan. Yerli mallar. Yerli yanacaq. Yerli xammal. // Mərkəzi olmayan, ümumdövlət mahiyyəti daşımayan, yalnız müəyyən bir ərazi daxilində qüvvəsi, əhəmiyyəti olan. Yerli təşkilatlar. Yerli büdcə. Yerli qəzet. 3. Ümumi olmayan, bir şeyin yalnız bir hissəsinə, bir cəhətinə təsir edən. Yerli iltihab. Yerli keyləşdirmə. 4. Şəraitə tam uyğun olaraq edilən, məqamında, yerində olan; haqlı. Yerli söz. Yerli göstəriş. – Babacanın məzəmməti bir az yerli və haqlı olduğundan Qumru pozuldu. Ə.Əbülhəsən. □ Yerli-yerində – 1) hər şey və ya hər kəs öz yerində, qaydasında, tərtib və nizamla. Hər şey yerli-yerindədir. Sinifdə şagirdlər yerli-yerindədir; 2) bütün təfsilatı ilə, müfəssəl surətdə; 3) lazım gəldiyi yerdə, hər yerdə.
Azərbaycan dilinin izahlı lüğəti / yerli2 I прил. 1. местный: 1) относящийся к определённой местности. Yerli əhali местное население, лингв. yerli dialekt местный диалект, yerli dil местный язык, yerli şivə местный говор, yerli kolorit местный колорит; yerli vaxt местное время 2) изготовленный на данной территории, не привозной. Yerli gübrə местное удобрение, yerli xammal местное сырьё, yerli mallar местные товары 3) относящийся к отдельной части какого-л. целого. мед. Yerli keyitmə местное обезболивание, yerli ağırlaşma местное осложнение 4) действующий, имеющий значение в пределах определённой территории, района, коллектива. Yerli icra orqanı местный исполнительный орган, yerli hökumət местная власть, yerli təşkilat местная организация, yerli sovetlər истор. местные советы, yerli mətbuat местная печать, yerli rabitə vaqonu вагон местного сообщения, yerli əhəmiyyətli dəmir yolu железная дорога местного значения, yerli sənaye местная промышленность 2. локальный. Yerli üsul локальный метод, yerli müqavilə юрид. локальный договор 3. уместный. Yerli sual уместный вопрос II сущ. земляк. O bizim yerlidir он наш земляк, onun atası öz yerlimiz idi его отец был нашим земляком; yerli müqavimət yamsalı физ., тех. коэффициент местного сопротивления, yerli parazitizm бот. местный паразитизм, yerli cərəyan эл.-тех. местный ток, связь. yerli rabitə местная связь, yerli teleqram местная телеграмма; тех. yerli korroziya местная коррозия, yerli qızma местное нагревание; мед. yerli anesteziya местная анестезия, yerli peritonit местный перитонит
Azərbaycanca-rusca lüğət / yerli1 I. i. (fellow-) countryman*; (bir şəhərli) fellow townsman*; (bir kəndli) fellow-villager II. s. 1. local; ~ dialekt local dialect; ~ vaxt local time; ~ hakimiyyət orqanları local authorities; 2. indigenous, aboriginal; ~ əhali indigenous / aboriginal population
Azərbaycanca-ingiliscə lüğət / yerli1 is. compatriote m ; patelin m ; pays m fam ; concitoyen m -ne f ; ~ əhali indigènes m pl, population f locale
Azərbaycanca-fransızca lüğət / yerli1 прил. 1. чкадин (мес. агьали); 2. тайин са чкадиз (уьлкведиз, шегьердиз ва мс.) талукь тир, гьа чкадин, са чкадин (мес. нугъат, адетар, тешкилатар); 3. умуми тушир, са затӀунин гьа са чкадиз (паюниз) эсер ийидай; 4. вичин чкадал (вахтунда) авур (хьайи); ери авай, кутугай, гьахъ алай (мес. гаф); // yerli-yerində а) чка-чкадал, гьар са затӀ (ва я гьар са кас) вичин чкадал, къайдада; б) вири куьлуь-шуьлуьйрал гьалтна; в) лазим атай чкада, вири чкайра.
Azərbaycanca-ləzgicə lüğəti / yerli