* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Zərlə bəzəkli, zərlə işlənmiş, üzərinə zər çəkilmiş, zərlə örtülmüş. Zərli parça. Zərli kağız. Zərli cild. – Dağdan gəldik ikimiz; Zərli yorğan yükümüz. (Bayatı). Taxçalarda xırda və zərli sandıqlar qoyulub, üstünə örtük çəkilmişdi. M.S.Ordubadi. Sövkəndi üzlərə zərli paqonlar; Şişdi tuluq kimi ağ nazik donlar. H.K.Sanılı. 2. is. Zərli parça, zərlə işlənmiş parça.
Azərbaycan dilinin izahlı lüğəti / zərli1 ZƏRLİ (qızıl suyuna çəkilmiş, qızılla bəzədilmiş) Çıxdı gəzintiyə bir sal içində; Əynində yaxası zərli nimtənə (M.Rahim); QIZILLI [Əminə] ..ətəyi qızıllı, qəşəng al faydan kofta geymiş, başına da heyratı kəlağayı örtmüşdü (Ə.Əbülhəsən); MÜTƏLLA (köhn.) Sərraf yüz bəzəsə səngi-siyahi; Üzdə mütəlladır, ləl ola bilməz (Aşıq Ələsgər); ZƏRRİN Aşıq Vəli: Qızıl eynəkləri fəxr edib taxma; Mübahat eyləmə zərrin əbayə (N.Vəzirov).
Azərbaycan dilinin sinonimlər lüğəti / zərli2 прил. 1. золочёный, позолоченный. Zərli portsiqar позолоченный портсигар, zərli saat позолоченные часы 2. златотканный. Zərli don златотканное платье
Azərbaycanca-rusca lüğət / zərli1 s. gilded; ~ kağız gold foil; (zərlə işlənmiş) (i.s.) with raised pattern in gold; ~ parça brocade
Azərbaycanca-ingiliscə lüğət / zərli1 sif. doré, -é ; ~ kağız papier m d’aluminium ; ~ parça brocart m
Azərbaycanca-fransızca lüğət / zərli1 1. прил. зар алай, зардал кӀвалахнавай, винел зар чӀугур (мес. парча, жилд); 2. сущ. зар алай парча.
Azərbaycanca-ləzgicə lüğəti / zərli