* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Münasib, abırlı, layiqli, yaxşı, əməlli-başlı, yararlı. Fərli ev. Fərli həyət. Fərli bir şeyim yoxdur ki, bağışlayım. – …Mal-heyvanı saxlamaq üçün fərli bir tövlə yox idi. M.İbrahimov. [Babayev:] Heç olmazsa özünə fərli bir ayaqqabı alaydın. H.Seyidbəyli. 2. Bacarıqlı, qabiliyyətli, yaxşı, ağıllıbaşlı, təpərli. Fərli övlad. – Fərli oğul neylər ata malını? (Ata. sözü). Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / fərli1 FƏRLİ – BİVEC Necə yəni oğlanın fərli adamları yoxdur? (M.İbrahimov); Bivec uşaqdır (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / fərli2 прил. 1. годный, пригодный. Fərli bir şey tapmadım ничего годного не наш ёл, bu gün bazarda səbzi üçün fərli göyərti yox idi сегодня на рынке не было зелени, годной для сабзи 2. приличный (достаточно хороший, удовлетворительный). Fərli ev приличный дом, fərli palpaltar приличная одежда; fərli maaş приличная зарплата 3. дельный, путный, путёвый: 1) хороший; способный, умный, сообразительный. Fərli övlad путный ребёнок 2) способный к работе, деловой. Fərli işçi путный работник 3) такой, какой нужен, какой полагается. Fərli ayaqqabı yoxdur нет путной обуви, fərli parça axtarıram ищу путный материал 4) полезный. Fərli məsləhət путный (дельный) совет.
Azərbaycanca-rusca lüğət / fərli1 I. s. 1. (yaxşı) good; worthy, right; ~ adama a worthy man; ~ iş adamı a right man for the job; 2. (faydalı) useful; (münasib, yararlı) proper, suitable; worthy, worth-while; 3. (layiqli) decent, decorous; ~ paltar decent clothes; Oraya gedəndə əyninə fərli paltar gey Put on some decent clothes when you go there II. z. well; properly; decently; (aydın, anlaşıqlı) plainly; ~ danışmaq to speak* plainly
Azərbaycanca-ingiliscə lüğət / fərli1 sif. bon, -ne ; acti//f, -ve ; énergique ; utile ; convenable ; décent, -e
Azərbaycanca-fransızca lüğət / fərli1 прил. ферли (1. абурлу, кутугай, аваран, лайихлу, хъсан (мес. кӀвал, гьаят); 2. алакьунар авай, гьунар авай, кар алакьдай, хъсан, акьуллу (мес. велед).
Azərbaycanca-ləzgicə lüğəti / fərli