Fəzli sözü azərbaycan dilində

Fəzli

Yazılış

  • Fəzli • 93.9024%
  • fəzli • 3.6585%
  • FƏZLİ • 2.4390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəzli
Fəzli (1543 – 1605) — azərbaycanlı şair. == Həyatı == XVI əsr Azərbaycan şairi olan Fəzli Məhəmməd Füzulinin oğludur. == Yaradıcılığı == Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb. Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər. Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. == Həyatı == 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Fəzli İsfahani Xuzani
Fəzli İsfahani Xuzani (fars. فضلی اصفهانی خوزانی‎; 1592 – XVII əsr) — İran zadəganı, tarixçisi. O, Səfəvi xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindustanda moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2006 •••• 0.23
2008 •••••••• 0.49
2009 ••••• 0.32
2010 •••• 0.27
2011 ••••••• 0.43
2012 •• 0.09
2013 ••••• 0.29
2014 ••••• 0.34
2015 ••••• 0.34
2016 •••••••••••••••••••• 1.39
2017 ••• 0.16
2018 ••••• 0.30
2019 ••• 0.14

fəzli sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

ləyaqət, fəzilət; fayda, xeyir; məziyyət; bəxşiş, mərhəmət.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"fəzli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəzli nədir? #fəzli sözünün mənası #fəzli nə deməkdir? #fəzli sözünün izahı #fəzli sözünün yazılışı #fəzli necə yazılır? #fəzli sözünün düzgün yazılışı #fəzli leksik mənası #fəzli sözünün sinonimi #fəzli sözünün yaxın mənalı sözlər #fəzli sözünün əks mənası #fəzli sözünün etimologiyası #fəzli sözünün orfoqrafiyası #fəzli rusca #fəzli inglisça #fəzli fransızca #fəzli sözünün istifadəsi #sözlük