* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. İlin bölündüyü dörd mövsümdən hər biri; mövsüm. Qış fəsli. – Hər fəsildə üç ay var; Üç ulduz var, üç ay var. (Bayatı). Hər ilin dörd fəsli var və hər fəslin də öz təğazası var. C.Məmmədquluzadə. // İlin çoxlu meyvə yetişən, bitkilərin çoxlu çiçək açan dövrü. Meyvə fəsli. – Fəsligüldür, aləm içrə novbahar olmuş, könül! Ə.Nəzmi. Çiçək fəsli deyil indi! Barıt vardır havalarda. S.Vurğun. 2. Kitabın, məqalənin, sənədin və s.-nin nömrə və ya ayrıca sərlövhə ilə işarələnən hissəsi. Əsərin ikinci fəsli. Birinci fəsli ixtisar etmək. – Bəzən nöqsan da olur; Sevimli bir romanın; Gözəl fəsillərində. İ.Səfərli.
Azərbaycan dilinin izahlı lüğəti / fəsil1 1. FƏSİL (ilin dörd fəslindən hər biri) Yay fəsli girdikdə bacısına məktub yazıb həkimlərin qərarını ona bildirdi (S.S.Axundov); MÖVSÜM Yaz mövsümü çəməndə; Yasəmənmi açılmış? (M.Rahim). 2. FƏSİL, BAB 30 babdan (fəsildən) ibarət bu böyük əsərin kamil nüsxəsi itmişdir (M.Hacıyev); BOY (dastanda); HİSSƏ.
Azərbaycan dilinin sinonimlər lüğəti / fəsil1 FƏSİL I is. [ ər. ] İlin dörd qismindən hər biri. Dəyişdi fəsillər, dolandı illər; Axdı gah bulanıq, gah duru sellər (M.Müşfiq). FƏSİL II is. [ ər. ] Əsərin bir hissəsi. S.Rəhimovun “Qafqaz qartalı” (I kitab) romanı 73 fəsildən ibarətdir. FƏSİL III is. [ ər. ] mus. Bir dəfədə icra olunan musiqi əsəri.
Azərbaycan dilinin omonimlər lüğəti / fəsil2 1 сущ. 1. время года. İlin fəsilləri времена года (периоды, на которые делится год в соответствии с видимым движением солнца по небу и изменениями, происходящими в природе – весна, лето, осень, зима) 2. сезон: 1) одно из четырех времен года. Yay fəsli летний сезон, payız fəsli осенный сезон 2) время, период, для которого характерны какие-л. природные явления, созревание, уборка плодов и др. Gül fəsli сезон цветов, yasəman fəsli сезон сирени 2 сущ. глава (часть книги, статьи, журнала и т.п., посвященная одной определенной теме). Birinci fəsil первая глава, sonuncu fəsil последняя глава, kitab dörd fəsildən ibarətdir книга состоит из четырёх глав
Azərbaycanca-rusca lüğət / fəsil1 i. 1. season; ilin ~ləri seasons of a year; 2. chapter; 1-ci / 2-ci / 3-ci və s. ~ chapter one / two / three, etc.; kitabın 1-ci / 2-ci / 3-cü və s. fəsli the first / second / third, etc. chapter of the book
Azərbaycanca-ingiliscə lüğət / fəsil1 is. 1) saison f ; ilin ~ləri saisons f pl de l’année ; 2) chapitre m ; kitabın birinci fəsli le premier chapitre du livre
Azərbaycanca-fransızca lüğət / fəsil1 [ər.] сущ. 1. вахт, чӀав; йисан кьуд вахтуникай сад (мес. гатфар, гад, зул, кьуьд); сезон; qış fəsli хъуьтӀуьн вахт (чӀав), кьуьд; meyvə fəsli емишар жедай вахт, емишрин сезон; 2. кьил, пай (улубдин, макъаладин); romanın üçüncü fəsli романдин пуд лагьай кьил (пай).
Azərbaycanca-ləzgicə lüğəti / fəsil