* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Əcdadı bir olan qohumlar silsiləsi; soy. İkinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir, … lakin bu böyük dühalar köhnəlmir, qocalmır, çürümür. M.İbrahimov. □ Nəsli kəsilmək – 1) tamam məhv edilmək, kökü kəsdirilmək (bir nəsil haqqında). Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski; 2) tamamilə kökü kəsilmək, yoxa çıxmaq. Bəzi nadir heyvanların nəsli kəsilib. Nəslini kəsmək – bir nəsli tamam qırmaq, məhv etmək, kökünü kəsmək. [Mahmud bəy:] Əgər Pəri adı çəksən, Qara vəzir səni öldürər, mənim də nəslimi kəsər. “Qurbani”. 2. Eyni vaxtda (dövrdə) yaşayan və birbirinə yaxın adamlar. Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq. // Ümumi mənafe üçün fəaliyyət göstərən eyni dövrün adamları. Azərbaycan ədəbiyyatına son illərdə qüvvətli bir nəsil gəlmişdir. M.Hüseyn. 3. xüs. Heyvan və bitki sistematikasında: ümumi əlamətlərə malik bir neçə növü birləşdirən qrup.
Azərbaycan dilinin izahlı lüğəti / nəsil4 Sosial həyatın ən mühüm anlayışlarından biridir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə ―gens‖ anlayışı uyğun gəlir. Ana nəsli (Matriarxat – latınca ―mater‖- ana, yunanca ―arxe‖ – hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir. Ananın hökmüranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki, bu vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular. Matriarxatizm ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli (Patriarxat – yunanca ―patriarxe‖-nəslin başçısı) kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada bu quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur. Patriarxatizm isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında ―klan‖ termini ata nəsli termini ilə sinonim sayılır.
Fəlsəfə terminlərinin izahlı lüğəti / nəsil5 \ – ümumi olaraq eyni illərdə doğulan və eyni zəmanənin şərtlərini və beləcə bir-birinə bənzəyən sıxıntıları, taleləri yaşamış, oxşar tapşırıqlarla məsul olmuş insanların toplusu.
Fəlsəfə terminlərinin izahlı lüğəti / nəsil1 Ərəb sözüdür, ”əcdadı bir olan qohumlar”, yəni “tirə” deməkdir. Tənasul (orqanı) kəlməsi də onunla kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nəsil1 1. NƏSİL Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir.. (M.İbrahimov); ÖVLAD Qəhrəmandır onun azad övladı; Qafqazda məşhurdur onların adı (A.Səhhət); ZÜRRİYYƏT [Səlim bəy:] ..Mirzənin, budur, saqqalı düşüb qurşağa, amma zürriyyəti yoxdur (Ə.Haqverdiyev). 2. NƏSİL [Bəxtiyar:] Mənim bütün nəslim bəxtiyardır.. (M.Hüseyn); NƏSƏB Kərəm gəzdi lələsinə Əslini; Axtarmadı nəsəbini, əslini (Aşıq Hüseyn Cavan); FAMİLİYA Şükür öyrəndi ki, bu kənddə bir-birinə qanlı iki familiya vardır (S.Hüseyn); SÜLALƏ Dərvişlik peşəsinin əsasını Səfəvilər sülaləsindən olan İran padşahı II Abbas qoymuşdu (Ə.Haqverdiyev); TİRƏ El bilir ki, onların törəməsi ilə bizim tirə əmiuşağı olublar (S.Rəhimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / nəsil2 I сущ. 1. поколение: 1) совокупность родственников одной степени родства по отношению к общему предку. Üçüncü nəsil третье поколение 2) совокупность людей близких по возрасту, живущих в одно время; сверстники. Gənc nəsil молодое поколение, yeniyetmə nəslin tərbiyəsi воспитание подрастающего поколения, yaşlı nəsil старшее поколение, xoşbəxt nəsil счастливое поколение 3) совокупность людей, близких по возрасту, связанных общей деятельностью, общими интересами. Bizim nəsil наше поколение 2. род: 1) ряд поколений, происходящих от одного предка. Qədim nəsil старинный род, nəslin yeganə varisi единственный наследник рода 2) принадлежность по рождению к какой-л. определённой социальной группе, национальности или месту; происхождение. Tacir nəsli купеческий род 3. потомство (молодое, новое поколение по отношению к старшему, к родителям). Sağlam nəsil здоровое потомство, böyük nəsil многочисленное потомство 4. бот., зоол. генерация (все члены одного рода или одного вида животных, растений) II прил. родословный, генеалогический. Nəsil kitabı родословная книга, nəsil ağacı генеалогическое древо (родословная таблица в виде дерева), nəsli kəsilmiş heyvanlar вымершие животные, nəslin kəsilməsi вымирание; nəsli kəsilmək: 1. полностью уничтожиться (об одном роде); 2. вымирать, вымереть ◊ nəslini kəsmək уничтожать, искоренять, истреблять чей-л. род; nəsli yox, əsli yox; nə əsli var, nə nəsli ни роду, ни племени
Azərbaycanca-rusca lüğət / nəsil1 i. family, kith; kith and kin; generation; stock; O, yaxşı nəsildəndir He / She comes of good stock
Azərbaycanca-ingiliscə lüğət / nəsil1 is. famille f, lignée f ; génération f ; O, yaxşı ~dəndir Il (elle) est issu (e) d’une bonne famille
Azərbaycanca-fransızca lüğət / nəsil1 [ər.] сущ. несил (1. са сихилдикай тир мукьва-кьилияр, мирес-вирисар; куьк; nəsli kəsilmək несил атӀун, несил хкатун, куьк хкатун, къирмиш хьун, телеф хьун, амукь тавун; nəslini kəsmək несил атӀун, куьк атӀун, куьк хкудун, са несил вири къирмишун, телеф авун; 2. са девирда яшамиш жезвай сад-садаз мукьва инсанар; са девирдин инсанар; 3. хуьс. сад хьтин лишанар квай са шумуд жуьредин группа (гьайванрин, набататрин).
Azərbaycanca-ləzgicə lüğəti / nəsil