nəcib sözü azərbaycan dilində

nəcib

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəcib • 90.7612%
  • Nəcib • 8.9773%
  • NƏCİB • 0.2615%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

nəcib sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Nəcabəti, əsli olan; əsilli, soylu, nəcabətli. [Heydər bəy:] Amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. M.F.Axundzadə. [Həsən:] Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi. Ə.Haqverdiyev. 2. Alicənab, yaxşı, ürəyi təmiz. [Gülçöhrə:] Arşınmalçının üzü nəcib adamın üzünə oxşayır. Ü.Hacıbəyov. Silistçi Sədrəddin bəy yaxşı, nəcib adamlardan birisi idi. S.M.Qənizadə. Üz-gözündən bilinir ki, qonağın nəcib oğlandır. M.Hüseyn. // İs. mənasında. [Rəhim:] Belə olan surətdə rüsxət ver, gedim, sübut gətirim ki, mən özüm də nəciblərdənəm. N.Vəzirov. 3. məc. Təmiz, pak, müqəddəs. Nəcib duyğu. Musiqi yüksək, nəcib hisslər ifadə edir. – Bəsləyirəm mən səni nəcib əməllərimlə; Deyirəm ki, bağban ol bizim bu gözəl bağa. S.Rüstəm. Yeni sədrin cəsarətli sözləri, nəcib arzuları Həbibə bir az qəribə görünsə də, Mədədin bugünkü söhbəti ona bərk təsir eləmişdi. Ə.Vəliyev. 4. məc. dan. Qəşəng, gözəl, incə, zərif. Nəcib üz (sifət). – [Qızın] uzun, nəcib barmaqlarına diqqət edir, fikrinə gəlir ki, bu barmaqlar sənət üçün yaranmışdır. Mir Cəlal. ◊ Nəcib qazlar – adətən başqa qazlarla kimyəvi reaksiyaya girməyən qazlar. Nəcib metallar – havada oksidləşməyən metallar (qızıl, gümüş, platin).

    Azərbaycan dilinin izahlı lüğəti / nəcib
  • 2 nəcabətli, yaxşı nəsilli; ürəyitəmiz.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / nəcib
  • 3 NƏCİB(Ə) ə. əsil-nəsəbi olan; əsil-nəcabətli.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nəcib

nəcib sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 alicənab — mərd — comərd

    Azərbaycan dilinin sinonimlər lüğəti / nəcib
  • 2 1. NƏCİB [Dadaş Qəhrəmanov:] Əsil nəcib adamlar yalnız sənin kimi mərd hərəkət eləyə bilərlər (M.Hüseyn); ALİCƏNAB İbrahim xan özünü alicənab göstərmək üçün, bu fürsətdən istifadə edərək, arvadların buraxılmasını tapşırdı (Çəmənzəminli); COMƏRD ..xəsis olan mədənçilər saxlanc arvadlarına qarşı çox comərd və əliaçıq idilər (A.Şaiq); ƏSİLLİ Xotkar qızı, şahnəsilli; Ağır elli, xan əsilli (“Koroğlu”). 2. nəcib bax təmiz 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / nəcib

nəcib sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 NƏCİB – KOBUD Cahangir ağa kimi nəcib ağa heç bir oymaqda tapılar? (Ə.Haqverdiyev); Ürəyim sanki kobud bir pəncənin sərt barmaqları arasında cənglənir (S.Qədirzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / nəcib

nəcib sözünün rus dilinə tərcüməsi

  • 1 1. благородный, великодушный; 2. родовитый, знатный;

    Azərbaycanca-rusca lüğət / nəcib
  • 2 прил. 1. благородный: 1) родовитый (принадлежащий к старинному, знатному роду) 2) обладающий высокими нравственными качествами, безукоризненно честный, великодушный. Nəcib insanlar благородные люди 3) возвышенный, освещённый высокой целью. Nəcib hərəkət благородный поступок, nəcib məqsədlər благородные цели, nəcib hisslər благородные чувства 2. нежный, красивый. Nəcib barmaqlar нежные пальцы, nəcib sifət нежное лицо; хим. nəcib qazlar благородные (инертные) газы (газы, не вступающие или с трудом вступающие в какие-л. химические реакции); nəcib metallar благородные металлы (металлы, не окисляющиеся на воздухе – золото, серебро, платина)

    Azərbaycanca-rusca lüğət / nəcib

nəcib sözünün inglis dilinə tərcüməsi

nəcib sözünün fransız dilinə tərcüməsi

nəcib sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. эсил авай, эсиллу, хаса; 2. хъсан, къени, рикӀ михьи, дуьз; 3. пер. михьи, пак, мукъаддас (мес. амал, гьиссер); 4. пер. рах. иер, гуьзел, зериф (мес. ччин); ** nəcib qazlar маса газарихъ галаз химиядин реакциядиз тефир газар; nəcib metallar гьавада окисламиш тежер металлар (къизил, гимиш, платина).

    Azərbaycanca-ləzgicə lüğəti / nəcib

"nəcib" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəcib nədir? #nəcib sözünün mənası #nəcib nə deməkdir? #nəcib sözünün izahı #nəcib sözünün yazılışı #nəcib necə yazılır? #nəcib sözünün düzgün yazılışı #nəcib leksik mənası #nəcib sözünün sinonimi #nəcib sözünün yaxın mənalı sözlər #nəcib sözünün əks mənası #nəcib sözünün etimologiyası #nəcib sözünün orfoqrafiyası #nəcib rusca #nəcib inglisça #nəcib fransızca #nəcib sözünün istifadəsi #sözlük