Nayib sözü azərbaycan dilində

Nayib

Yazılış

  • Nayib • 83.3333%
  • nayib • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
Nayib Qasımov
Nayib Qasımov (tam adı: Nayib Akif oğlu Qasımov; 12 iyun 1997; Masallı, Azərbaycan — 6 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar кənd tam orta məкtəbində təhsil alıb. == Hərbi xidməti == Nayib Qasımov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb.
Devran Nayibov
Devran Fazil oğlu Nayıbov (30 noyabr 1993, Bərdə rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Devran Nayıbov 1993-cü il noyabrın 30-da Bərdə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Devran Nayıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Devran Nayıbov oktyabrın 8-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2010 ••••••••• 0.18
2011 ••••••••• 0.17
2014 ••••••••• 0.17
2018 •••••••• 0.15
2019 •••••••••••••••••••• 0.42
2020 ••••••• 0.13

nayib sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: naib. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan kişi adlarının izahlı lüğəti

müavin, canişin; vəkil.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nayib" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nayib nədir? #nayib sözünün mənası #nayib nə deməkdir? #nayib sözünün izahı #nayib sözünün yazılışı #nayib necə yazılır? #nayib sözünün düzgün yazılışı #nayib leksik mənası #nayib sözünün sinonimi #nayib sözünün yaxın mənalı sözlər #nayib sözünün əks mənası #nayib sözünün etimologiyası #nayib sözünün orfoqrafiyası #nayib rusca #nayib inglisça #nayib fransızca #nayib sözünün istifadəsi #sözlük