Natiq sözü azərbaycan dilində

Natiq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Natiq • 83.5407%
  • natiq • 16.0754%
  • NATİQ • 0.3840%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov Natiq Əhmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Rəsulzadə — Natiq Fərzəliyev — Aktyor Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Atakişiyev — Natiq Cavadov — Natiq Paşa — Natiq Qasımov Natiq Qasımov (iqtisadçı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan vergilər nazirinin müavini (2002–2010). Natiq Qasımov (hərbçi) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin. Milli qəhrəman.
Natiq (ad)
Natiq Allahverdiyev
Natiq İsa oğlu Allahverdiyev (18 may 1973, Culfa rayonu) — AMEA prezidentinin İqtisadi məsələlər üzrə müşaviri, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini icra edir. == Həyatı və təhsili == Azərbaycan Respublikası Naxçıvan MR-nın Culfa rayonunun Bəyəhməd kəndində dünyaya göz açmışdır. Ailəlidir. Orta təhsil gimnaziyasını bitirdikdən sonra Nasxçıvan Muxtar Respublikasının aqronomçuluq üzrə texnikomunu 1991-ci ilədək təhsil almışdır. Bir müddət sonra 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuş və 2004-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində qırmızı diplomla magistr dərəcəsinə yiyələnmişdir. == Əmək fəaliyyəti == 1995—2001 Biologiya elmlərinin yeni sahələrinin inkişafı fondunda işlər müdiri; 2002 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nəsimi rayon şöbəsinin baş mütəxəssisi; 2002-ci ildən Yeni qlobal dünya iqtisadiyyatının əməkdaşlıq layihəsi üzərində çalışır.
Natiq Aslan
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Natiq Atakişiyev
Natiq Atakişiyev (15 fevral 1939, Bakı) — professor, azərbaycanlı fizik, riyaziyyatçı, əməkdar elm xadimi. == Həyatı == Natiq Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. Atası – Atakişiyev Məmməd Atakişi oğlu – orta məktəb müəllimi, anası – Mehdiyeva Nərgiz Abulxalıq qızı – 1 saylı Bakı şəhər poliklinikasında həkim işləmişdir. 1956-cı ildə 6 sayli Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Natiq Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə, Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964–1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra, 1967–1972-ci illlərdə, Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1972–1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüser, ssenarist və aktyor. == Həyatı == Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub. 1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb.
Natiq Ağamirov
Natiq Baxşəliyev
Natiq Bağırov
Natiq Nadir oğlu Bağırov (7 sentyabr 1964, Bakı) — Sambo və cüdo üzrə dünya və Avropa mükafatçısı, == Həyatı == 1964-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olmuşdur. 1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil almışdır. 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mədənləri fakultəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu bitirmişdir. 1983-cu ildə SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1986-1987-ci illərdə “Qiproneftqaz” ETİ-də muhəndis vəzifəsində calışmışdır. 1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə kocmuş, orada idmancı və məşqci kimi fəaliyyət gostərmişdir. İdman Nazirliyində mutəxəssis vəzifəsində calışmışdır. 1992-1993-cu illərdə İtaliyada məşqci kimi fəaliyyət gostərmişdir. 1995-ci ildə Belarus hokuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunmuşdur. 1996-1997-ci illərdə Xorvatiyada işləmiş, sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu olmuşdur.
Natiq Camalov
Natiq Cavadov
Natiq Hacı oğlu Cavadov (8 mart 1955, Əliağalı, Ağdam rayonu) — Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvü. == Həyatı == Natiq Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam "Mikropribor" Elmi-Texniki Kompleksinin direktoru, Ağdam Mexaniki zavodunun direktoru və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodunun direktoru vəzifəsində işləmişdir. 2003-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin Baş direktoru olmuş, elə həmin il Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur. 18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1997-ci ildə - texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir.
Natiq Cəfərli
Natiq Cəfərli (22 fevral 1972, Babakişilər, Bolnisi rayonu) — Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri. == Həyatı == 1972-ci ildə Bolnisi rayonunun Babakişilər kəndində doğulmuşdur. Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. O, 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirmişdir. == Siyasi fəaliyyəti == 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi olmuş, hazırda isə Respublikaçı Alternativ Partiyasının icraçı katibi olmuşdur. 6 noyabr 2023-cü il tarixində Respublikaçı Alternativ Partiyasının II Qurultayı keçirilmişdir. Qurultayda partiyanın nizamnamə və proqramı "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğunlaşdırılaraq səsverməyə çıxarılmış və qəbul edilmişdir. Qurultayda Partiya Siyasi Komitəsinə 8 üzv seçilmişdir. Partiya Siyasi Komitəsinin 20 noyabr 2023 tarixli iclasında İlqar Məmmədov Siyasi Komitənin sədri, Mahmud Məmmədov və Natiq Cəfərli isə partiya katibi seçilmişdir.
Natiq Eyvazov
Natiq Eyvazov (2 noyabr 1970, Füzuli) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 1993-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Natiq Eyvazov 1993-cü ildə İstanbul şəhərində baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu. Bununla da Natiq Eyvazov güləş üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı oldu. Həmin il İsveçdə baş tutan Dünya Çempionatını isə Natiq Eyvazov dördüncü pillədə başa vurdu. 1994-cü ildə Natiq Eyvazov Afina şəhərində (Yunanıstan) baş tutan Avropa Çempionatını 12-ci pillədə başa vursa da, Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu. 1995-ci ildə isə Natiq Eyvazov medala sahib ola bilmədi. Bezanson şəhərində (Fransa) Avropa Çempionatını beşinci, Praqa şəhərində (Çexiya) Dünya Çempionatını isə 14-cü pillədə başa vuran Natiq Eyvazov 1996-1997-ci illərdə Avropa Çempionatlarında uğursuzluqla üzləşdi. Natiq Eyvazov 1996-cı ildə Macarıstanda baş tutan turnirdə 24-cü, 1997-ci ildə Finlandiyada baş tutan turnirdə isə altıncı pillələrin sahibi oldu. Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Natiq Sulduz oğlu Eyvazov "Tərəqqi" medalı ilə təltif edildi. Daha sonra Natiq Eyvazov 1998-ci ildə Belarusda Avropa Çempionatının gümüş, 1999-cu ildə Bolqarıstanda Avropa Çempionatının isə bürünc medallarına sahib oldu.
Natiq Fərzəliyev
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Natiq Fərəcullazadə
Natiq Nadir oğlu Fərəcullazadə (d. 24 yanvar 1960, Bakı) — Azərbaycan boyakarı, heraldika ustası, Azərbaycanın əməkdar rəssamı (2018). == Həyatı == Natiq Fərəcullazadə 24 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1984-cü ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Natiq Fərəcullazadə əsasən rəngkarlıqla məşğul olur. O, bir müddət Türkiyədə fəaliyyət göstərmişdir. 2003-cü ildə Ankarada yaradılmış "Disney qəhrəmanları parkı"nın bədii kompozisiyasının müəlliflərindən biri və bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının relyef dekorativ kompozisiyasının müəllifi olmuşdur. Natiq Fərəcullazadənin yaradıcılığında realizmdən modernizmə doğru yönəlmə mühüm yer tutur. Onun "Qırmızı çətirli qız", "Çəmənlikdə", "Yorğunluq", "Xəyallar", "Səhər", "Kitabxanaçı", "Hörüklü qız", "Əbədi payız", "Abşeron qadınları", "Ruhlara dua", "Sevgi", "Şəhid önündə", "Həyat və təbiət", "Uzaq sahillərdə", "Abşeron motivi", "Söhbət", "Yağışlı gün" və s.
Natiq Gülməmmədov
Natiq Gülməmmədov (10 iyun 1955, Naxçıvan Muxtar Respublikası – 19 noyabr 2022) — Azərbaycanın tanınmış teatr xadimi. A. Şaiq adına Azərbaycan Kukla Teatrının keçmiş direktor müavini. == Həyatı == Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "mədəni maarif" fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirmişdir. == İş fəaliyyəti == 1973–1979-cu illərdə Naxçivan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010–2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır. 2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.
Natiq Həsənov
Natiq Həşimov
Natiq Mahmudov
Natiq Məmmədbəyli
Natiq Məmmədli
Natiq Məmmədli (Natiq Adil oğlu Məmmədov; 5 may 1977, Birinci Şahsevən, Jdanov rayonu) — azərbaycanlı yazıçı, jurnalist, tarixçi. == Həyatı == 1977-ci il mayın 5-də Azərbaycan SSR Jdanov rayonunda (Azərbaycan Respublikası Beyləqan rayonu) Birinci Şahsevən kəndində anadan olub. 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix fakültəsinin əyani aspiranturasında təhsil alıb. 2006-cı ildə "Mərkəzi Asiyada müastəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələri (1991–2001-ci illə)" mövzüsunda namizədlik dissertasiyasını müdafiə edib (tarix üzrə fəlsəfə doktoru) === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1990-cə illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb. Mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Onun təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.
Natiq Məmmədov
Natiq Məmmədov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Natiq Məmmədov (dövlət xadimi) — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini (2006-2018). Natiq Məmmədov (hüquqşünas) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini, 3-cü dərəcəli dövlət müşaviri.
Natiq Novruzov
Natiq Paşa
Natiq Hidayət oğlu Paşa == Həyatı == 1966-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1983-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin (indiki ADNA)Geoloji Kəşfiyyat fakültəsini, geofizik, dağ mühəndisi ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirib. 2007-ci ildə AMEA Geologiya İnstitutunda AMEA müxbir üzvü Arif Həsənovun və Akademik Ziyad Səmədzadənən rəhbərliyi ilə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi (PhD), “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarəedilməsi) ixtisası üzrə iqtisad elmlər namizədi (PhD) dissertasiya işini müdafiə edib. 2011-ci ildə Dosent elmi adı alıb. Azərbaycan Milli Elmlər Akademiyası RSXM-də böyük elmi işçi, Rusiya Federasiyası DR Beynəlxalq Şərq Universitetində Tədris hissəsi müdiri, Qafqaz Universitetində Tədris hissə müdiri, İnzibati işlər departamentinin müdiri, Baş katib, Prorektor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasında dosent, Qərbi Kaspi universitetində Mühəndislik fakultəsinin dekanı vəzifələrdə işləyib. Hazırda Azərbaycan Texniki Universitetində "Kimya texnologiya, təkrar emal və ekologiya" kafedrasının dosenti, HFT proqramının (ixtisas) rəhbəridir. 2017-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. 2022-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi, TKTA - Akkreditasiya Komissiyasının Ekspertidir. N.H.Paşa bir dərs vəsaiti, 20-yə yaxın fənn proqramı, yerli və xarici elmi jurnallarda nəşr olunmuş 60-dan çox elmi əsərin müəllifidir.
Natiq Qasımov
Natiq Qasımov (iqtisadçı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010). Natiq Qasımov (hərbçi) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, Milli Qəhrəman, itkin.
Mirzə Cavad Natiq
Mirzə Cavad Natiq (?-?)—İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Mirzə Cavad Natiq Əyalət əncüməninin üzvü idi. Əncümən onu Makuya göndərdi.
Natiq Camal Afşar
Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu, Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub. Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir. 1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir. 1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir.
Natiq Camal Əfşar
Natiq Camal Afşar (d. 12 avqust, 1961, Bakı şəhəri) — Rəssam-heykəltaraş, Azərbaycan Hərb Tarixi Muzeyinin qurucusu, Azərbaycanda ilk dəfə "Hərbi rəssamlıq" studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Qaşqarlı fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Natiq Camal Afşar 1961-ci il 12 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977–1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəssam ixtisası üzrə bitirib. 1981-ci ildə Moskva Hərbi Dairəsində həqiqi hərbi xidmət keçib. 1982-ci ildə Moskva Hərbi Dairəsində hərbçi rəssamlar arasında keçirilən rəsm müsabiqəsinin laureatı olub. Hərbi xidməti bitirdikdən sonra 1983-cü ildə Şixəli Qurbanov adına Musiqili Komediya teatrında dekorçu rəssam və Azərbaycan Rəssamlar İttifaqının istehsalat Kombinatında icraçı heykəltaraş işləmişdir. 1985-ci ildə Yuri Qaqarin adına Məktəblilərin yaradıcılıq evində rəsm və heykəltaraşlıq müəllimi, eyni zamanda keramika fabrikasında keramikaçı rəssam vəzifəsində işləmişdir. 1987–1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini heykəltaraş ixtisası üzrə bitirmişdir. Tələbəlik illərində 1989-cu ildə Rusiyanın Smolensk Vilayəti Qaqarin Şəhərində fərdi sərgi keçirmişdir.

natiq sözünün leksik mənası və izahı

natiq sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. оратор: 1. тот, кто произносит речь. Natiqin sözünü kəsmək перебить оратора 2. тот, кто обладает даром красноречия. İstedadlı natiq талантливый оратор, gözəl natiq прекрасный, замечательный оратор II прил. ораторский. Natiq nitqi ораторская речь

    Azərbaycanca-rusca lüğət / natiq

natiq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. orator, (public) speaker; istedadlı ~ talented orator; görkəmli ~ distinguished orator; ~ olmaq to be* an orator / a public speaker; əvvəlki ~ the previous / last speaker

    Azərbaycanca-ingiliscə lüğət / natiq

natiq sözünün fransız dilinə tərcüməsi

natiq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. оратор; 2. хъсан рахунин алакьун авай, иер рахаз алакьдай; 3. куьгьн. рахазвайди, луькӀуьнзавайди, лугьузвайди.

    Azərbaycanca-ləzgicə lüğəti / natiq

natiq sözünün türk dilinə tərcüməsi

"natiq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#natiq nədir? #natiq sözünün mənası #natiq nə deməkdir? #natiq sözünün izahı #natiq sözünün yazılışı #natiq necə yazılır? #natiq sözünün düzgün yazılışı #natiq leksik mənası #natiq sözünün sinonimi #natiq sözünün yaxın mənalı sözlər #natiq sözünün əks mənası #natiq sözünün etimologiyası #natiq sözünün orfoqrafiyası #natiq rusca #natiq inglisça #natiq fransızca #natiq sözünün istifadəsi #sözlük